"Xəzər"ə 1 molla, 3-4 yaşlı arvad lazımdı ki… - YAZI

06.05.2014 | 8752 dəfə oxunub

Bu xəmir ya çox çu aparacaq, ya da bu gəmi çox uzaqlara üzəcək. Hər iki halda şərtin şumu «çox»du. Şərti şumda kəsərlər ki, xırmayanda yabalaşmayasan. «Xəzər Lənkəran»ın əkin sahəsi genişdi. Məşqçinin biri gəlir, tarlaya baxır, burdan nə qədər məhsul götürəcəyini vəd edir, touxunu səpməyə başlayır. Biçin vaxtı yetişir, dediyi olmur, bir ikincisi gəlir. Və başlayır vədlərini sıralamağa. Bir, iki, üç… Qurtarmır bu vədlər. Yığım dövrü başa çatır, məlum olur ki, «Xəzər Lənkəran»ın özü qurtarıb. Bitib hər şey.

Con Toşakın papağını Mustafa Dənizlinin başına da qoydular, heç nə dəyişmədi. Yenə dəyişikliyə gedilir. Deyəsən, Mirça Rednik gəlir. Yenə. Yenə o hallar təkrarlanacaqmı? Yenə futbolçular onun «torba»sını hazır hala gətirəcəklərmi? Zamanla güləşəsi məsələdi. Yaşayırıq və görərik. Lənkəran azarkeşləri baş verənləri yaxından izləyir və üzülür.  XL fanlarından Hacı Mərdanın Sportinfo.az-a göndərdiyi növbəti yazıda klubun bəzi rəsmiləri istefaya çağırılıb:

Vay «Xəzər», Vay!!! «Xəzər Lənkaran»da yənə də məşqçi istefası! Vallah, mən artıq «Xəzər»in məşqçi dəyişikliyinin sayını itirmişəm. O klubda məşqçi yox,  rəhbərlik dəyişməlidi. Mais Mənsimovla Tuyqun Nadirov «vəssalam, şüt-tamam!» deyirlər. Rednik gəlir? Niyə yollamışdız, niyə də qaytarırsız? Mənim fikrimcə, o kluba kimi gətirsən, Mustafa Dənizli kimi, o da Xəzərin çirkablı dalğasında boğulacaq. Çunki rəsmilərin futboldan anlayışı yoxdu.

Heyif, Mübariz Mənsimovun xərclədiyi pullara! Ən əsas məsələdə, heyif, Lənkaran azərkeşlərinin o sevgisinə! O sevgi heç bir Azərbaycan klubuna qarşı yoxdu. Bunu hamı qəbul edər ki, Azərbaycanda yeganə klub «Xəzərdi» ki, azərkeşi komanda uduzanda hönkürtüylə aglayır! Bəylər, heç biriniz fikirləşməyin ki, bu azərkeş daimidi. Getdikcə az-çox qalan azerkeş də klubdan üz döndərəcək. Bəzi klublar kimi “dönər”azərkeşlərə  möhtac qalacaq. Nə qədər ki bu baş verməyib, gedin. Gedin ki, futboldan anlayışı olan idarə etsin komadanı. İdarə etsin və uğur qazansın! Bu qədər vəsaitin qarşısında heç nə edə bilməmək sizi heç düşündürmür? Çevrilib arxanıza baxın: neçə məşqçi, neçə futbolçu ilə yolları ayırmısız. Nə faydası, rəsmilər?

Mənə elə gəlir, «Xəzər»in indiki halında heç  bir özünə hörmət edən məşqçi gəlib işləməz. Çünki ən çox 3 aydan sonra gedəcək bu klubdan! Çünki bu komandanı peşəkarlar idarə etmir! Əgər siz həqiqətən də «Xəzər»in uğurlarını istəyirsizsə, gedin! Siz getməsəz, bu klub özünə gəlməyəcək heç vaxt!

Mən istərəm ki, bu klub zirvələrdə olsun. Axı bu klubun həqiqətən möhtəşəm azərkeşi var. Yadınıza salın, 3-4 il bundan qabağa qədər «Xəzər»in hər ev oyununda, hətta səfər oyunlarında minlərlə azərkeş olurdu. Bəs indi? Siz qovduz onları bu meydançalardan. Əməllərinizlə, qeyri-peşəkarlığınızla qovduz! Hər qabağınna çıxan «Xəzər»ə 3-4 qol vurur. Bu oyunla azərkeş gələr stadiona? Gəlməz, qardaşlar, gəlməz! Gedin papağınızı qoyun qabağınıza! Rəsmilər, əməlli-başlı fikirləşin! Belə yerdə deyirler: vay, «Xəzər», vay!

P.S Bizim kənddə belə bir deyim də var: «Xəzər»in indiki gününə 1 molla, 3-4 yaşlı arvad lazımdı ki, molla rozə desin, arvadlar da ağlasın!

Hacı Mərdan



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail