“Qarabağ”a bax, için göynəsin, Foqts!

30.06.2011 | 9476 dəfə oxunub

"Qarabağ" litvalılara da göstərdi futbol nədir, Foqtsa da!

Yenə Avroliqa, yenə Qarabağ, yenə tarix! Başın sağ olsun, Berti Foqts!

Kim nə edir etsin, pislik etsin, qarğış etsin xeyri olmaz, Allah sevdiyi bəndəsini məsləhət bildiyi an istədiyi zirvəyə qaldırar və bunu heç kim və heç nə əngəlləyə bilməz.

Yan tökül Foqts! Qoy, sənin AFFA-dakı himayədarların və onların əlində alət olan mətbuat da baxsın, içi göynəsin.

Qurban Qurbanov yenə sənə pulsuz dərs verdi. Sən milli üzvlərini süni örtüklü meydançalarda "çapdığın" halda, Qurbanov təbii örtüklü meydançalarda düzgün hazırlığın bəhrəsini gördü, öyrən qoca alman! Hamı deyir, "gərək milli "Qarabağ"ın futbolunu oynasın". Bunu Qurban bəy bacarır, Fotqs bacarmaz. Yan Foqts, yaaannn!

Bəs, deyirdin azərbaycanlılar futbol oynaya bilmir? Bəlkə sən onları oynada bilmirsən, Foqts? Əminəm ki, "Qarabağ"ı sənə versəydilər, Litvada bizi faciə gözləyəcəkdi.

Fotqs oturub dua edirdi ki, "Qarabağ" udmasın. Alınmadı Foqts, başın sağ olsun. Bir az dərindən nəfəs al və reallığı qəbul et - Qurbanov səndən daha yaxşı mütəxəssisdi. Sənin yalnız adın qalıb Fotqs, futbolun isə 15 il əvvəldə. Əgər bu gün Qurban səndən yaxşıdırsa, bunun günahı səndədi. Sən evdə uzanıb pivə içəndə, Qurbanov müasir məşq proseslərini öyrənirdi. Yan Foqts!

Bəzən məni ittiham edirlər ki, Qurban Qurbanovu ilahiləşdirirsən. Hə, elədi. Qurban bəy mənim üçün dahidi, futbol dahisi. Mən fəxr edirəm ki, Azərbaycanın Qurban Qurbanov kimi məşqçisi var.  Bəs, siz fəxr etmirsiz? Bu Qurban, bu ölkədə nə qədər tarix yazdı, inşallah hələ çox yazacaq.

"Banqa"ya səfərdə 4 qol vurdu və bu gecəni bayrama çevirdi bizlər üçün "Qarabağ".

"Qarabağ" litvalılara da göstərdi futbol nədir, Foqtsa da!

Bizim üçün hər yer Qarabağ, bu ab-havanı sən bizə bəxş edirsən, "Qarabağ"!

Unudulmaqda olan İlqar Qurbanov öz oyununu tapır, Bəxtiyar Soltanov "Qarabağ"ın yeni simasını çevrilir, yan Foqts!

Bunu qəbul etsəniz də, etməsəniz də, "Qarabağ" buraların "Barselona"sıdı!

İlk dəfə Avrokuboklarda səfər oyununda  4 top fərqli qələbə qazandıq. Çox sağ ol, "Avropa fatehi"miz!

Təbriklər "Qarabağ", təbriklər Qurban bəy, təbriklər Azərbaycan xalqı...

Rremyerliqa.az

Emin ABBASOV


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail