"Futboldan ayrılmasını istədim" AÇIQLAMA

09.03.2014 | 8970 dəfə oxunub

"Elvinin futbolla bağlı arzuları həyata keçmədi. Belə deyək, o uşağın futbolda bəxti gətirmədi". Stadium.az xəbər verir ki, bu sözləri PFL prezidenti Ramin Musayev deyib.

Qurum başqanı son klubu “Qarabağ” olan oğlunun – Elvin Musazadənin ruhdan salındığını vurğulayıb: “Azərbaycanın uşaq futbolu deyəndə ağlıma ilk olaraq İslam Kərimov gəlir. İslam bəy sağ olsun, yetişən, püxtələşən vaxtlarda Elvinə şans vermədi. Elə həmin vaxtdan onda özünəinam itdi, oyun təcrübəsinin azlığından əziyyət çəkdi. Sonradan hansı komandaya getdisə, “sənin oyun təcrübən yoxdu” deyib uşağı ruhdan saldılar. Sağ olsun Georgi Hacievski, az-çox o nəsə etmək istəyirdi. Ancaq Hacıevski işindən ayrılmalı oldu. Üz tutduğu başqa klublarda oynamağa imkan vermədilər. Futbolda heç kimlə üz-göz olmaq istəmədim. Ona görə də futboldan ayrılmasını istədim”.

Ata Musayev övladının elm dalınca düşdüyünü açıqlayıb: “Ata kimi ona bir cümlə dedim: oğul, ən yaxşısı elmdi, get, elmlə məşğul ol. O da nə demək istədiyimi anlayıb futboldan ayrıldı. İndi Allaha şükür, xarici ölkələrin birində ingilis dilini öyrənir. İqtisad Universitetini bitirib. İngilis dilini öyrənəndən sonra xaricdə magistr təhsili almaq üçün imtahan verəcək. Qoy indidən öz gələcəyini qursun". Futbol+ qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail