Təl-Əvivdən «Xəzər-Lənkəran» üçün «Makkabi» barədə «Mossad məlumatları»

30.06.2011 | 12707 dəfə oxunub

Adım Rasimdir. İsraildə - Təl-Əvivdə yaşayıram və 18 yaşım var. Hər bir azərbaycanlı kimi mən də ölkə xaricində yaşasam da, daim vətənlə bağlı xəbərlərlə maraqlanıram. Özüm futbol həvəskarı olduğumdan, klublarımızn avroliqadakı rəqiblərini də maraqla gözləyirdim. Biləndə ki, fanatı olduğum «Neftçi» klubunun əzəli rəqibi «Xəzər-Lənkəran» İsrail təmsilçisi «Makkabi» ilə düşüb. Ona görə yox ki, mən «Neftçi»liyəm və avroliqadakı təmsilçilərimizin rəqibləri arasında ən güclüsü «Xəzər-Lənkəran»a düşüb. Sadəcə ona görə sevindim ki, Lənkəran klubu Təl Əvivə gələcək və həmvətənlərimi görəcəm, doğma ölkəmin komandasının oyununa burada baxacam. Daha televiziyada deyil. Bir azərbaycanlı olaraq «Makkabi» barədə düşüncələrimi və bəlkə də, «Xəzər-Lənkəran»a köməyi dəyəcək məlumatları sizinlə bölüşməyi özümə borc bildim:

rnrn

Təl Əviv «Makkabi»si, İsrailin ən köklü klubudur .1906-cı ildə yaranan bu klub 20 dəfə ölkə çempionu adını qazanıb. Bundan başqa, 22 dəfə də ölkə kubokunda bütün rəqiblərindən güclü çıxaraq kuboku muzeyinə aparıb. rnBunlardan 7-də isə qızıl dubl olub. Bu komanda 1971 və 1969-cu illərdə Asia Kubokun sahibi olandan sonra, böyük uğurlar üzünə həsrət qalıb.«Makkabi»nin Avropa turnirlərində ən yaddaqalan uğuru 2004/2005-ci illər Mövsümdə olub .

rnrn

Bu mövsümdə İsrail çempioni olan komanda ikinci təsniyat mərhələsindən qatıldığı Çempion Liqasının oyununda Finladiyanın «HİK Helsinki» və ardınca da Yunanıstanın PAOK klubunu keçərək Avropanın ən titulu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Burada - qrup mərhələsində isə «Bayern», «Yuventus», «Ayaks» kimi klublarla mübarizə aparan «Makkabi», 4 xal toplamağı bacarmışdı. Bu xallar isə evdə «Ayaks»ı udmaq və «Yuventus» 1-1 hesablı heç-heçə hesabına əldə olunmuşdu. Bundan sonrakı mövsümdə avroliqaya vəsiqə qazanan «Makkabi» təsnifat mərhələsinin oyununda «Apoel Nikosiya»ya məğlub olaraq Avropa turnesini erkən bitirmişdi .

rnrn

2007/2008-ci ilər mövsümündə yenidən Avroliqaya vəsiqə qazanan Təl-Əviv təmsilçisi, ilk mərhələni adlasa da, ikinci mərhələdə Türkiyə təmsilçisinə uduzaraq yenə mübarizəni vaxtından əvvəl dayandırmışdı. Maraq üçün deyim ki, həmin Türk klubu bir neçə gün əvvəl həmyerlifmiz Amid Quluzadənin transfer olduğu Kayseri təmsilçisi «Ərciyəsspor» idi.

rnrn

2007/2008-ci illər mövsümündən sonra iki il avropada oynamayan «Makkabi» , 2010/2011-ci illər mövsümündən sonra yenidən Avroliqaya vəsiqə qazanıb və bu dəfə ikinci mərhələni keçərək, üçüncü mərhələdə Yunanstanın tanımış «Olimpiakos» klubu ilə qarşılaşan İsrail klubu evdə 1-0 hesabı ilə qələbə qazanıb. Səfər oyununda 2-1 hesabıyla məğlub olan «Makkabi» məhz səfər qolu sayəsində turu adlayan təfər olmuşdu. Pley-off-dakı rəqib isə Fransının PSJ klubu idi. «Makkabi» bu dəfə də doğma meydanda qələbə qazandı - 4-3, amma səfər matçında 2-0 uduzaraq mübarizəni dayandırdı.

rnrn

«Makkabi» sürətli oyun oynamağı çox sevir və qısa ötürmələrə üstünlük verir. «Makkabi» əsasən ortadan oynayır, ara ötürmələri edərək qol vurmağa çalışır və «dabel» «pas»lardan çox istifadə edirlər. Bu komanda cinahlardan hücuma keçən zamanəsasən uzun ötürmələrdən istifadə edir və yaxud da boşluq yaradıb ortaya aqressiv girişlər edirlər.

rnrn

«Makkabi»nin orta xətti çox güclüdür. Demək olar ki, komandada olan futbolçular əsasən orta xəttə meyillidir. Məsələn: Aris Medunyanin, Dor Malul, Maor Buzaqlo, Giz'rmo İsraelovic. Bu oyunçular çox səviyyəli və təhlükəli futbolçulardır. Nəzərə alsaq ki, komandanın uğurunu əsasən orta xətt həll edir, o zaman «Xəzər-Lənkəran» adını çəkdiyim futbolçulara xüsusi nəzarət etməlidir.

rnrn

Yarımmüdafiə ilə yanaşı, «Makkabi»nin çox güclü hücum xətti də var. Öndə çıxış edənlərdən Eliran Atar, Barak İtzhaki, Roberto Kolauti kimi oyunçuların adını çəkə bilərik ki, bunlar hər an Kamran Ağayevi cəzalandıra bilərlər.

rnrn

Amma «Makkabi» ideal səviyyədə komanda deyil. Təl Əviv klubunun zəif cəhətləri də az deyil. Başlayaq elə oyun taktikasından. Pressinqlə oynayan istənilən komanda «Makkabi»nin oyun tərzini asanlıqla poza bilər. Bu zaman onlar hücum qurmaqda çətinlik çəkirlər. Əsas da odur ki, «Makkabi»nin futbolçularını boş qoymayasan.

rnrn

Arxada qalan mövsümdəki oyunlara əsaslanaraq deyə bilərəm ki, hazırda «Makkabi»nin müdafiə xətti zəifdir. Bu komanda evdə ancaq hücum haqda düşündüyündən, «Xəzər-Lənkəran» rəqibin zəif müdafiəsindən istifadə edib kəsərli əks-hücumlarla «Makkabi»ni cəzalandıra bilər.maraq üçün deyim ki, «Makkabi» son mövsümdə çempionatda 53 qol vurub və 40-nı da buraxıb. Bununla da qol fərqi 13 edir. Amma deyək ki, çempionatda birinci və ikinci yeri tutan komandalarda top fərqi müvafiq olaraq 35 və 36-dır.

Təcrübəyə gəldikdə, bu baxımdan «Makkabi»nin zəif olduğunu deməzdim. Amma hazırkı vəziyyət başqa məqamdan xəbər verir. Məsələ ondadır ki, son zamanlar «Makkabi» əsasən gənc və yerli oyunçulara üstünlük verməyə başlayıb. Bu da hazırkı heyət üçün zəif cəhət sayılır.

rnrn

Və sonda komandanın azarkeşləri barədə. «Makkabi»nin fanatları İsraildə ən çılğın azarkeşlər kimi tanınır. Və oyunun son saniyəsinə kimi komandalarını tək buraxmırlar. Ümid edirəm ki, İsraildə yaşayan bir azərbaycanlı kimi doğma vətənimin komandasına lazımlı məlumatları verə bildim. İnşallah «Xəzər-Lənkəran» turu adlayaraq bizi sevindirər.

rnrn

Xüsusi olaraq Stadium.Az saytı üçün Təl-Əvivdən, Mixlelet Ort Singalovski Universitetinin EnergetikarnMühendisirnfakultəsinin 5-ci kurs tələbəsi:

rnrn

Rasim MURADOV



  #3   Adınız: emin;   E-mail: [email protected]

02.07.2011 03:12

Bu da bizim Neftci azarkeshimiz - Esl milletsever oldugu uze chixir! Biz bele azerbaycanli telebelerimizle fexr edirik! Inshallah Avropada oynayacaq butun komandalarimiz bizi sevindirer! Sag ol Rasim!

  #2   Adınız: Rasim Muradov;   E-mail: [email protected]

01.07.2011 13:13

Imkan olsa bu melumti xezere gonderersiz mende inaniram bu xeber
komek ede biler

  #1   Adınız: xelilov oruc;   E-mail: [email protected]

01.07.2011 08:24

cox sagol Rasim. mence bunu Mirca Rednik bilse bu ona coooooox komek olacaq.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail