55 yaşın mübarək, ustad! - YAZI

27.12.2013 | 10830 dəfə oxunub

Onunla tanışlığım 8 il əvvələ təsadüf edir. “Lider TV”-nin idman departamentində təcrübə keçmək imkanı qazanmışdım. Televiziya haqqında heç bir bilgiyə malik olmayan bir gənc üçün bu maraqlı olmaqla yanaşı, həm də çətin görünürdü.

Digər tərəfdən təcrübəli əməkdaşlarla necə ünsiyyət quracağım məni çox narahat edirdi. Mənə elə gəlirdi ki, yaşlı nəsil heç cür gəncləri qəbul etmək istəmir. Xüsusilə, “Lider TV”-də böyük çəkisi olan Rövşən Binnətlinin gənc təcrübəçiyə necə münasibət bəsləyəcəyinə dair heç bir təsəvvürüm yox idi.

İşə çıxdığım ilk gün onunla üz-üzə gəlmədim. Və içimdə sanki bir çətinliyi ertələdim kimi duyğular yarandı. Ancaq yaxşı anlayırdım ki, bu görüş gec və ya tez baş tutmalı idi. Beynimdən keçən ilk fikirlərdən biri də o idi ki, SSRİ təfəkkürlü, peşəkar bir insanla gənc təcrübəçinin anlaşması alınan məsələ deyil.

Onunla tanış olduğumuz ilk gündə qeyri-adi bir hadisə baş vermədi. Sadəcə, o, düşündüyümdən daha hüzurlu, daha təmkinli göründü mənə. Rövşən bəyin çox mədəni insan olduğu da diqqətimdən yayınmadı. Bu, yaxşı əlamət idi. Çünki mədəniyyət münasibətlərin formalaşmasında ən ali vasitədir.

Hiss edirdim ki, o da mənim hərəkətlərimə nəzər yetirir. Amma nə düşündüyünü, məni necə qəbul edəcəyini hələki bilmirdim.

İlk vaxtlar televiziya işinə uyğunlaşmaq çox çətin idi. Primitiv səhvlər, natamam reportajlar, qeyri-dolğun məlumatlar fəaliyyətimdə kifayət qədər idi. Ancaq getdikcə səhvlər azalırdı. Səbəbi, daha doğrusu səbəbkarı o idi. Rövşən müəllim bütün süjetlərimi izləyir, çatışmazlıqların aradan qalxması üçün az qala hər gün mənə saatlarla vaxt ayırırdı. Sanki mənə dərs öyrədirdi, televiziya dərsini.

Rövşən müəllimin verdiyi daha bir dərs var idi. Bu, ən vacibi idi – insanlıq dərsi. İş prosesində bir xanım əməkdaşımızla mübahisəmiz olmuşdu. Xoşagəlməz səhnə idi. Həmin gün Rövşən müəllim məni möhkəm danladı və həmin gün onun dediyi sözlər indi də yaddaşımdan silinməyib. Çox ağır gəldi mənə onun sözləri. Lakin o söhbətimizdən sonra yaşadığım 8 il ərzində işlədiyim yerlərdə daha heç vaxt, heç bir xanımla o tərzdə danışmadım.

Bu illər ərzində Rövşən Binnətli mənim kimi bir çox gənclərə məktəb olub. “Lider TV”-nin idman departamentində çalışan hər kəs onun dəstəyini görüb. Uzun illər şərhçilik, aparıcılıq peşəsini bizlərə aşılamaqla yanaşı, futbol üzrə dünya və Avropa çempionatlarını, Olimiya oyunlarını və bir çox böyük idman yarışlarını şərh edib. Onun bu sahədə əvəzsiz xidmətləri olub. 11 illik televiziya təcrübəsindən sonra o, yenə qəzetə qayıtdı. Ancaq özündən sonra Pərviz Musayev, Rövşən Məmmədov, Şəmsəddin Abbasov  və mənim kimi tələbələrini idman jurnalistikasına qazandırdı.

Bu gün Rövşən Binnətlinin 55 yaşı tamam olur. Ona can sağlığı, xoşbəxtlik, bir sözlə, hər şeyin yaxşısı arzu edirəm. 55 yaşın mübarək olsun, ustad! 

Emin ABBASOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail