Elxan Məmmədov 300 min manatı AFFA-dan qardaşının əliylə necə "oğurlayıb"? - ŞOK -ŞOK-ŞOK - ARAŞDIRMA

17.12.2013 | 18965 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov barədə maraqlı məlumat əldə etmişik. Daha doğrusu, Elxan bəyin fırıldağının üstünü açmışıq. Məsələ belədir. 2008-in fevral ayından Azərbaycanın U-21 millisinin baş məşqçisi olan Bernhard Lippert və 2009-cu ildən U-19 qızlar millisinin baş məşqçisi Sissi Rayt (və hazırda onun yerində işləyən Patrisia Qonzalez) bu günə kimi “Landmark Hotel”də qalırlar. Deyəcəksiz bunun söhbətə nə aidiyyatı? İndi onu xırdalayaq sizin üçün. Lippert artıq 58 ay, Rayt və onun yerinə gələn Qonzales isə 42 aydır Landmark Hotel”də yaşayır. Maraq üçün bu otellə əlaqə saxladıq. Oteldən bildirdilər ki, sadə otaqda bir nəfərlik şəxs üçün 1 günlük qalmaq haqqı 159, orta otaqda bu rəqəm 182 manatdır. Amma bura səhər yeməyi daxil deyil. Səhər yeməyi verilən otaqda isə günlük bir şəxs 229 manata qala bilər. Aldığımız məlumatda isə millinin məşqçiləri üçün endirim olunduğu və onlardan hər gün üçün 200 manat alındığı və paltarlarının da otel tərəfindən yuyulduğu bildirilir. Niyə məhz Landmark Hotel”? Çünki Elxan Məmmədovun qardaşı bu oteldə baş menecerdir və gətirdiyi müştərilərə görə də yaxşı faiz alır, otel rəhbərliyindən.

İndi bunu siz də hesablaya bilərsiz.

Bernhard Lippert Landmark Hotel”də qaldığı 58 ay (bu da 1740 gün edir) üçün AFFA onun qalmaq puluna 348 min manat vəsait xərcləyib.

Sissi Rayt (və onu əvəzləyən məşqçi) isə 42 ay bu oteldə qalıb. Bu isə 252 min manat edir. Deməli, iki məşqçinin millidə işlədiyi arxada qalan bu müddət üçün AFFA onların yaşayışına nə az, nə çox, düz 600 min manat pul xərcləyib. Halbuki bunu başqa cür də həll etmək olar. Necə? Hazırda Bakının ən yaxşı yerində 3-5 otaqlı bina evlərinin qiyməti 2 min manatdır. Lap bunu hesablayaq 3 min manat, maksumumla. İki məşqçinin Azərbaycanda qaldığı 100 ay üçün isə 300 min manat pul xərcləmək olardı. Deməli, ən azı 300 min manat pul boş yerə xərclənmiş oldu. Bu, çox xırda bir məqam idi. Düşünün, xırda bir məqam üçün AFFA-nın baş katibi 300 min manat artıq pul xərcləyir, daha doğrusu, məşqçilərin yaşayış yerindən istifadə edib qardaşının əliylə pul qazanır. Görün, daha böyük işlərdə nə qədər qara pullar bu yolla “silinir”.

Azərbaycan futboluna gələndən bəri, yaxantı suyun susuz qalan ağaca verdiyi xeyirin milyonda birini futbolumuza verməyən Lippert kimilərin komfortu üçün boş yerə xərclənən yüz min manat pullarla Gəncədə, Tovuzda, Mingəçevirdə, İmişlidə uşaq futbolu üçün çox iş görmək olardı. Amma kimə deyəsən... Elxan Məmmədova? O, nə bilir, futbol nədir...

 Vüsal BƏBİRLİ



  #1   Adınız: babek;   E-mail: nicat@seyidov

19.12.2013 19:35

salam elxan necesen men babek fudbol uzre mutexesiz sen affadan
30000 min manat ogramisan men hecde inamiram elxan sagol qardas

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail