Onu ma neçəyə verərsiz? - YAZI

11.12.2013 | 9379 dəfə oxunub

Azərbaycan idman mətbuatında ilk dəfə Stadium.az saytı xəbər yaydı ki, milli komandamızın baş məşqçisi Berti Foqtsla olan müqavilə daha 2 illiyinə uzadılacaq. Xəbərimiz doğrulur. Artıq hər kəs bu barədə yazır. Bəzi “ağzıgöyçəklər” isə bunu özəl xəbər kimi oxucusuna sırayır. Ay sənə sırasınlar, niyə kiminsə əməyini yeyirsən? Nə isə...

     Sözüm  bunda deyil.

Nə qədər absurd olsa da, Foqts milli komandada qalacaq. Buna isə dekabrın 18-də AFFA İcraiyyə Komitəsinin iclasına aydınlıq gələcək. AFFA-ya yaxın “saytlar” isə çox gülməli yazılar yazır. Biri qeyd edir ki, AFFA prezidenti Rövnəq Abdullayev millidə yerli məşqçinin – konkret olaraq Qurban Qurbanovun işləməsini istəyir, amma Foqtsla müqavilə bağlanacaq. İstək başqa cür, reallıq başqa cür? Bəyəm AFFA prezidenti həqiqətən Rövnəq Abdullayev deyil? Bunlar sadəcə çox şərəfsizcəsinə, 3-5 manata vicdanların sataraq kiminsə sifarişiylə belə təbliğat xarakterli yazılar yazır. Ar olsun sizə, jurnalistikanın üz qaraları...

    Sözümün məğzi heç bu da deyil...

Mraqlıdır, Berti Foqts Azərbaycan millisinə 2008-ci il aprelin 1-dən başçılıq edir. Onun rəhbərliyi altında millimiz 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində qrupu 5 xalla, 2012-ci il Avropa çempionatının seçmə qrup  mərhələsində qrupu 7 xalla, 2014-cü il dünya çempionatının seçmə qrup  mərhələsində isə qrupu 9 xalla başa vurdu. Çox gözəl, hər iki ilə 2 xal irəliləyiş var. İndi isə AFFA alman tülküsünün qarşısında daha ağır vəzifə qoyubmuş, sən demə. Foqtsu zorlayıblar ki, sənə az pul verəcəyik, amma millimiz 2016-cı il avropa çempionatına vəsiqə qazanmalıdır. Kimə gəlirsiz? Bilmirsən ağlayasan, yoxsa güləsən... arsızlıqdır sadəcə...

Cənab AFFA rəhbərliyi, görmək üçün kor olmaq lazım deyil. Hər iki il üçün Foqts sizə 2 əlavə xal verib. Bu gedişlə Avro-2016 üçün millimiz 11 xal toplayacaq. Bununla isə heç bir yerə vəsiqə qazanmaq olmaz.

    Sözüm heç bunda da deyil...

Hörmətli Rövnəq müəllim, sizdən bir xahişim olacaq. Yeni müqaviləyə bir bənd də əlavə edin ki, Foqts bizə hörmətlə yanaşsın. Qarşımızda şərəfsizcəsinə arsızlıq etməsin. Çörəyimizi yeyib, bizə təpik atmasın. Bunun üçün sizin heç bir xərciniz çıxmayacaq, tam əminliklə deyirəm...

   Sözümün canı heç bu da deyil...

Odur ki, KİV-in fikri heç kimə maraqlı deyil. Onsuz da, necə istəyirlər, elə də edəcəklər. Elə buna görə soruşuram:


Onu ma neçəyə verərsiz?


Vüsal BƏBİRLİ



  #1   Adınız: Bəhram;   E-mail: [email protected]

15.12.2013 19:39

əla əla pulum vare mənim pulum var

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail