Bişkek...

21.11.2013 | 9150 dəfə oxunub

Bişkek - gözəl, səmimi, gülərüz insanların yaşadığı bir şəhər. Qırğızıstanın iqtisadi cəhətdən çox geri qaldığı paytaxt Bişkekə ayaq basan kimi hiss olunur. Sanki, 1994-cü ilin Bakısını xatırladır. Avtobusla hava limanından mehmanxanaya gedərkən oyunun tez başlamasını arzu elədim. Zarafatla Mikayıl müəllimə, danışın onlarla bəlkə oyunu 1 gün tez, ayın 18-də keçirək, evə tez qayıdaq dedim. Havanın pis qoxması və tüstülü olması (dumanlı yox) adamı narahat edirdi. Ancaq səhər açılanda tam fərqli bir mənzərə ilə qarşılaşdım. İnsanların səmimiyyəti, üzlərindəki təbəssüm, bizə qarşı münasibətləri məni yaxşı mənada təəccübləndirdi. Sankı kasıb bir ailəyə imkanlı qohum qonaq gəlmişdi. Kasıb ailənın qonağın qarşısına sıxıla - sıxıla qoyduğu kartof qızartması və soğanla çörəyin dadı həmişə fərqli olur. İnsanların Azərbaycan millisinə münasibəti bizim Portuqaliya yığma komandasına olan münasibətimiz kimi idi. Oyundan öncə məşq qapalı keçirilsə də, azarkeşlər hasarın üstündən, qapıların ağzından millimizin məşqini izləyirdi. Stadionun vəziyyəti çox bərbad idi. Oyun günü mətbuat nümayəndələri üçün ayrılmış yerdə məktəb partaları qoyulmuşdu. Mətbuat konfrası otağı çox kiçikdi. Bir sözlə, stadion Gəncə şəhər stadionuna bənzəyirdi. Şəraitsizlik olmasına baxmayaraq, heç sıxılmadım, əksinə, çox böyük zövq aldım. Hətta milli komandamız bu yoxlama oyununda məğlub olsaydı belə, yenə üzülməyəcəkdim. Oyun bitən kimi insanların üzündəki sevinci görməyə dəyərdi. Yanımda əyləşən jurnalist bu gün Qırğızıstanda bayram ab-havası olacaq deyə qışqırdı. 
BİZ – TÜRKÜK! BİZİM ÖZÜMÜZDƏN BAŞQA DOSTUMUZ YOXDUR, BUNU HAMI BİLİR. İnsanların bir-birinə yaxınlaşması, münasibət qurması üçün gediş-gəliş lazımdır. Tez-tez qonaq getdiyin qohumunun evində daha sərbəst olursan. Daha yaxınlaşırsan, daha çox istəyirsən. Məncə, türk dövlətlərinin çempionatlarında həmin ölkələrin futbolçularının üzərindən legioner statusu götürülərsə, əla olar. Türkdilli ölkələrin çempionlarının iştirakı ilə bir futbol turnirinin keçirilməsi isə lap qiyamət olardı, Birlik Kuboku kimi, ondan daha yaxşı. Məsələn, elə qışda Antalyada, gəlməyə imkani olmayan komandalara da sponsor tapmaq o qədər də çətin olmaz. Və yaxud hər il bir türk dövləti turnirə ev sahibliyi etsə maraqlı olar. Raxmat (çox sağ ol) Bişkek))))

Aslan Şahgəldiyev (PFI-in mətbuat xidmətinin rəhbəri)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail