Ədalət ilahəsi

05.06.2011 | 9881 dəfə oxunub

Mətbuat Şurasından yazmaq mənlik deyil. Niyə? Çünki dünyada, o cümlədən Azərbaycanda elektron KİV-in tüğyan etdiyi bir vaxtda sözügedən şura elektron KİV-in qanunla tanınması yönündə heç tükün də tərpətmir. Boş-boş danışıqlardan savayı.
Amma, məni buna futbolpress.az saytında gedən "BİZDƏ ƏDALƏT.. AŞIQ ŞƏKLİNDƏDİ" yazısı vadar etdi. Yazı müəllifi deyəsən "ədalət" deyilən "bədənə" müqəddəs don geyindirib. Aşıq!

Qardaşım sən harda yaşayırsan? Yoxsa Avropanın, Amerikanın lüks otellərinin nömrələrindən sosial şəbəkələrə "gəlin azadlıq üçün vuruşaq" statusu ilə paylaşanlardansan? İnanmıram! Yaxşısı mövzuya qayıdaq.

Aşıqlar keçmişdə haqq-ədalət carçıları olub. Elə bu səbəbdən xalq onları sevib, el sənətkarı deyib. Elə buna görədə bir yazımda Atatürkdən sitat gətirmişdim. Yəqin oxumamısan ...

"Sənətkar əl öpməz, sənətkarın əli öpülür".

İndiki zamandan danışaq. Bizdə Atatürkün dediyi qüvvədədi? Sən hansı zamanda qalmısan, qardaşım?

İstəyirsən ədalətli aşıqdan danış, istəyirsən aşıq Ədalətdən danış. Məzahir bəydən səmimilik tələb edirsən, özün yuxarıdakı suallarıma səmimi cavab ver. Ürəyində. Səmimi oldunsa ,yazdığını yenidən oxu. Sən hansı ə(Ə)daləti axtarırsan?

Bir yazımdan da sitat ...

"Azərbaycanda ədalət ilahəsi çoxdan pullu kişilərin yataq şortusuna çevrilib".

Nə istəyirsən? Axtardığın ədalətin ünvanını da verdim. Nə edəssən? Ordan kimin ədalətini tapıb çıxartmaq istəyirsən? MŞ-nın, AFFA-nın mətbuat xidmətinin, yoxsa "Olimpiya dünyası"na ən yaxşı qəzet deyənlərin? Yox, bu qədərinə gücün çatmaz. Məndən sənə bir məsləhət: "Voobşe" həmin ünvana getmə! Deyirlər ora gedən qayıtmır. İnanmırsan? Sübut edim!?

Heç bir il olmaz ki, Azərbaycan futbolunun inkişafı naminə, haqqın, ədalətin tapdanacağı yerdə olacağına and içən saytlar fəaliyyətə başladı. Bir neçə gün əvvəl AFFA jurnalistləri Lənkərana aparması ilə bağlı xəbər yayanda, səsimizi qaldırıb ədalətsizlik etdiklərini deyib, baykot etdik. Amma, güvəniyimiz dağlara sən demə qar yağıbmış. Nə isə....

Məndən demək idi, dedim! Əgər getsən, işdi bacarsan "luçşe" "qarlı dağların" ədalətini çıxart o yataqdan, gətir. Yoxsa milyonlarla insan (tamaşaçı) məhv olar. Bax o zaman Azərbaycan futboluna xidmət etmiş olarsan. Amma, yenə də 33-lüyə düşməyəcəksən!

Yaxşısı budu, yazını yenə yenidən oxu. Bəlkə başa düşərsən. Sən axtardığın ədalət həmən məkanı ümumiyyətlə tanımır.

P.S. Amma 33 nəfərin arasında ədaləti həmkarlarımız da var. Bu yazını ordakı adların hamısına şamil etmək olmaz.

Əli SAHİB


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail