QUYRUQ... YAZI

15.10.2013 | 10276 dəfə oxunub

Yazmağa çox söz var, amma gərək elə yazasan,  məhkəməlik olmasın. Bunun üçün də bir qədər üsdüörtülü malalamağa çalışacam.

Azərbaycan – Şimali İrlandiya oyunundan (2:0) sonra saytımızda “Rövnəq Abdullayevi danışmağa qoymadılar” başlıqlı xəbər yer almışdı. Bu xəbərə qayıtmayacam, amma maraqlı gəlsə  http://www.stadium.az/?dil=az&cat=xeberler&id=30044

yuxardaki linkə klik edib, bir daha tanış ola bilərsiz.

Deməli belə, oyundan sonra çalışdım ki, AFFA prezidenti Rövnəq Abdullayevdən açıqlama alım. Müsahibə daha yaxşı olardı, amma zaman darlığını  nəzərə alıb heç olmaya AFFA prezidentindən ən azı 3 sula cavab almağa çalışmaq kimi bir niyyətdə bulunurdum. Fürsətdə yaranmışdı, amma... mərdimazarı axdarmaqla deyil ki, özü gəlib tapmalıdır səni. Rövnəq müəllimin ətrafında olan bir uzun qıllsız Quyruq olmasaydı, buna nail olmaq çətin deyildi. Həmin o quyruq maşşenikcəsinə söhbəti tutdu ki, Abdullayevə yaxınlaşmaq isdəyirəm, özünü qabağa salıb bəndənizə yaxınlaşdı:

Quyruq: Siz, mətbuatdansız?

Bəndəniz: Bəli.

Quyruq: Zəhmət olmasa AFFA-nın mətbuat xidmətinə yaxınlaşın, o sizinlə söhbət edər.

Bəndəniz: Onu indi tapmaq çətin məsələdir, amma bunun sizə nə dəxli var axı? Klub prezidentisiz, yoxsa AFFA işçisi?

Quyruq çıxır aradan və dərhal AFFA prezidentinin keşiyini çəkən mühafizəçiyə yaxınlaşır, onun qulağına nələrsə pıçıldayır. Məhz bundan sonra gözaltı bəndənizi süzən mühafizəçi təmkinini  pozmadan mənə yaxınlaşır, çox normal şəkildə söhbətimiz oldu onunla. Səhv etmiriəmsə adı Elnurdur. Düzü, klub mühafizəçilərin göz önünə gətirsək, bu qardaşdan bu qədər alicənab hərəkət heç gözləməzdim. Qısaca olaraq Rövnəq Abdullayevin şəxsi mühafizəçisi, adı Eldar olan yoldaşla da söhbətim oldu. Söhbəti çox uzatmayaraq hər ikisinə bir daha təşəkkürümü bildirirəm. Çünki onların yerində klub “axranaları” olsaydı yəqin ki, o quyruğun göstərişindən sonra bəndənizi stadionun hasarından kənara atmışdılar. Amma bu yoldaşlar öz təmkinlərini pozmadan və quyruğa fikir vermədən işlərini insanlıqla gördülər. Qısaca, quyruğun isdəyi içində qalsa da, AFFA prezidentiylə söhbət etməyimə mane ola bildi. Amma əminəmki bu yazını oxuduqdan sonra onun udquna bilmədiyi çox anlar olacaq...

Maraqlısı odur ki, bu quyruq klub prezidentidir. Adama deyərlər, sənə nə isdi-soyuğu var, mən kiminlə müsahibə almaq isdəyirəm? Səni stadiona fit çalan qoyublar, bəlkə xəbərimiz yoxdur? Quyruq, adam kişi olar, sənin klubunun tufeyli ömür sürən bomjlar kimi olmasından bir neçə dəfə yazmışam. Yoxsa, bunun əvəzini çıxırdın? Sözün varsa, nömrəmi tapmaq çətin deyil, zəng elə, sözünü de, amma kişi kimi. Pərdə arxasından nakişilik heç bir kişiyə yaraşmaz...

Ola bilsin, özünü kiməsə şirin göstərməyə çalışırdın, amma dərk et ki, quyruq bulamaqla kiminsə gözündə ucalmaq mümkünsüzdür. Kişi kimi yaşamaq, kişi kimi də ölmək lazımdır!..

P.S. Bu klub prezidentinə təlxək deyə də müraciət etmək olardı, amma onun tullanıb-düşdüyünü görmədim. Özünü quyruq kimi göstərirdi, sadəcə...

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail