"Rəvan"ın Həsən(i) soxdu dəyirmanı

05.10.2013 | 13481 dəfə oxunub

El arasında belə bir deyim var, "Həsən soxdu dəyirmanı". Bubun hansı anlamda işlədildiyini dəqiq bilmirəm, amma qandığım odur ki, kim gəldi girə bilər, bu dəyirmana. Bu deyimi bir balaca "eroziya"ya uğratsaq, onda "Həsəni soxdu dəyirmanı" da alınır. Bir çox şeylər müasir tələblər qarşısında daha çox "eroziay"aya uğradığından, bu məsəli də günümüzün tələblərinə uyğunlaşdıra bilərik. Məsələn, Vladislavı soxdu dəyirmanı, Bəhməni soxdu dəyirmanı... Bunu Alispahiç (Kemal daha yaxşı alınar, hə?) və Ramillə daha da zənginləşdirmək olar, məncə...

Bildiz də, söhbət "Rəvan"dan gedir. Bu komanda yenə baş məşqçisini dəyişdi. İndiyə kimi Bəhmən Həsənov, Vladislav Qədirov, Kemal Alispahiçlə baş məşqçi postunu dəyiş-düyüş etdirən klub rəhbərliyinin qərarı olduqca anlamsızdır. Komandadan qovulan baş məşqçini o halda gedi qaytarırlar ki, ilk dəfəsində onun hansısa uğuru olur. Bu uğura baxmayaraq işlər tərs getdiyində "qan - nəfəs dəyişikliyini əsas gətirərək onla yollar ayrılır. Və uzun müddətdən sonra o baş məşqçiyə yenə şans verilə bilir, çünki ilk dəfəsində uğurlu keçmiş qoyub gedib axı. İndi maraqlıdır, "Rəvan"a əli ətəyindən uzun gəlib, qısa gedən bu baş məşqçilər neyləyiblər ki, "Rəvan" rəhbərliyi onlardan vaz keçə bilmir? Yoxsa bu fikirlərindən  daşınmamağa (türkün sözü) onları zorlayan nəsə - kimsə var?

Ağlıma başqa bir fikir də gəlib. "Rəvan"ın prezidenti olan Nuru Əliyevin başçılıq etdiyi "Nurgun Motors" şirkəti mənbəyi eyni, amma forması yeni olan yeni-yeni avtomobilləri tez-tez Azərbaycan bazarına soxur və bu onlarda kifayət qədər uğurlu da alınır. Yəqin "Nurgun Motors"un praktikasın futbolda da sınamaq isdəyirlər, amma alınmaz, yoldaşlar. O dəmirdi, dəyişdirilir, bu baş məşqçilərin maksimum xarici görnüşünə barmaq edə bilərsiz, qandıqlarına heç nə əlavə etmək olmaz.

Həsəni soxdu dəyirmanına bu dəfə kimi soxacaqlar, çox maraqla gözləyirəm...

P.S. Hörmətli Nuru müəllim, bildiyim qədəriylə kluba oğlunuzun adın vermisiz. Kluba hörmət etmirsizsə, heç olmasa o övladınızın adına hörmət edin. İmkan verməyin o adı bu qədər ucuzlaşdırsınlar.

Elnur QARACALI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail