Qurban Qurbanova Fatih Terimin aqibətini yaşatmayın! YAZI

30.09.2013 | 8239 dəfə oxunub

Bu həftə Türkiyə futbolunda, mətbuatında, ictimai həyatında ən böyük olayQalatasarayın baş məşqçisi Fatih Terimin klubdan... göndərilməsi oldu. Yox, bəziləri kimiTerim qovulduyaza bilmərəm. Ona görə ki, “İmperator” “Qalatasarayüçün çox böyük işlər görüb. səbəbdən olursa-olsun, bu adamın gedişinəqovuldufelini yapışdırmaq düzgün olmazdı. Terim həqiqətən komandanın əfsanəsidir belə olaraq da qalacaq. Bunu Ünal Aysal, Adnan Nas, bir başqası dəyişə bilər. “İmperator” “Qalatasaray azarkeşlərin könlündə əbədi taxt qurub.

Qalatasarayın prezidenti Ünal Aysalın qəbul etdiyi qərar haqlı olaraq çoxlarının narazılığına səbəb olub. İndi heç nəyi dəyişmək mümkün deyil. Bu aydın məsələdi. AmmaQalatasaray azarkeşlərin Terimin evinin qarşısına yığışaraq, sevgilərini nümayiş etdirmələri, “Rizəsporla matçı boykot etmək istəmələribütün bunlarİmperatorsevgisinin göstəricisidir. Şəxsi fikrimi deyə bilərəm ki, Aysal həqiqətən çox böyük səhvə yol verdi. Bu səhvin yeganə səbəbi isə məncə, qısqanclıqdır. Görünür, Terimin çətin anda milliyə dayaq durması başqana ləzzət etməyib. Deməli, təkcə bizdə yox, Türkiyədə klub prezidentləri sadəcə olaraq söz xatirinəölkə futbolunun inkişafı üçün çalışırıqdeyirlər. Belə olmsayadı, yığmanın uğurlu çıxışına Ünsal qısqanmamalı, əksinə buna sevinməli fəxrləbudur bizim məşqçideməliydi. Lakin Aysal bunun əksini etdi cəzasını da çəkəcək. Çünki indiki məqamda Terimin əvəzinə gələcək heç bir məşqçi ondan yaxşı nəticə göstərə bilməyəcək. Ən yaxşı halda, “Qalatasarayyenə ölkə çempionu olacaq, vəssəlam. Çempionlar Liqasının 1/4 finalını isəCim-Bombu mövsüm yalnız yuxusunda görə bilər.

Klubla vidalaşdığı günün səhəri jurnalistlərdən biri TeriməyenidənQalatasaraya qayıdarsınızmısualını ünvanladı. Bəlkə başqa məşqçi olsaydı, bu cürvidalaşma mərasimindən sonrayoxcavabı verərdi. Ammaİmperator” “qayıdaram, yalnız prezident vəzifəsinə cavabını verdi”. Bu, həm Ünal Aysala göndərilən bir mesaj idi

Ümumiyyətlə, bu, “Qalatasarayda yaşanan ilk belə hal deyil. Klub buna qədər əfsanəvi isimlərinə qarşı vəfasızlığını nümayiş etdirib. Bu baxımdan ortada Bülənt Qorxmaz Hakan Şükür nümunəsi var. Hər iki futbolçu komanda üçün canını qoydu, amma sonda klub onları bir günün içində sildi. “Qalatasarayrəhbərliyi açıq-aşkar əfsanələrinə qarşı vəfasızlıq nümayiş etdirir. Bu cür hərəkətlər isə azarkeşlərin narazılığına, kluba olan sevginin azalmasına gətirib çıxarır. “Qalatasaray azarkeşlərin Terimin evinin önündə dediyi kimi, “bizi satanı, biz satarıq!”

Əslində, bu yazını elə burada bitirmək istəyirdim. Lakin baş redaktorumuz İlqar Tağıyevin bir fikri mənə çox maraqlı gəldi. SöhbətQarabağın baş məşqçisi Qurban Qurbanovdan gedir. Sual yarana bilər ki, Qurbanovun Terimə dəxli var. Əslində var.

Bu gün Azərbaycan futbolunu ürəkdən sevən, millimizin həqiqətən irəli getməsini istəyən şəxslərin çoxu yığmanın baş məşqçisi postunda Qurban Qurbanovu görmək istəyir. Əksəriyyət inanır ki, Qurbanovun gəlişi ilə yığmamız günə çıxacaq. Buna oxşar vəziyyət bir müddət əvvəl Türkiyədə baş verirdi. Abdulla Avcıdan narazı olanlar yığmada Terimi görmək istəyirdilər. Terim isə millidə xilaskar rolunu oynasa da, klubda işləri bir qədər yaxşı getməyən kimi ona qapını göstərdilər. Uzun sözün qısası, eyni aqibəti Qurbanov da yaşaya bilər. Çünki Ağdam klubunun Qurban bəydən vaz keçəcəyi inandırıcı deyil. Deməli, o həm yığmanı, həm klubu eyni anda çalışdırmalı olacaq. Müasir futbolda isə 2 işin qulpundan yapışıb, uğur qazanan məşqçi tapmaq çətindir. Həm Qurbanovun millimizi uğura daşıyacağına inanmaq bir qədər çətin məsələdir. Yox, elə bilməyin ki Qurbanovun məşqçi bacarığına şübhəm var. Qurban bəyin işi göz qabağındadır hər birimiz onun qazandığı uğurlardan qürur duyuruq. Lakin dərd ondadır ki hazırki Azərbaycan millisini heç Kapello, Maurinyo, Lippi uğura daşıya bilməz. Ona görə futbolçu qıtlığı var. Yaxşı oyunçu olmayandan sonra məşqçi neyləyə bilər ki? KimsəQurbanovunQarabağdakı işi göz qabağındadırdeyəcək. Mən razı. Amma klubla milli bir deyil. Əksinə, hesab edirəm ki Qurban bəy yığmaya getməklə klubda qazandığı nüfuzu məhz millidə xərcləyəcək. Odur ki Qurbanovun əsl yeri eləQarabağdır. Bu sözlərim xoşunuza gəlməyə bilər, amma Qurban bəy milliyə getməyin. Bizim millinin uğur qazanması üçün futbolçu nəsli yetişməli, insanların psixologiyası dəyişməlidir. Bütün bunlar isə 1 ayda, 1 ildə dəyişməyəcək. Sizin çalışdırdığınız milli uzaqbaşı indikindən bir qədər yaxşı çıxış edəcək, 3-4 xal artıq toplayacaq, vəssəlam. Siz bizə, Azərbaycan futboluna məhzQarabağda lazımsınız! Ağdamlı azarkeşlər sizdən çempionluq, avrokubokların qrup mərhələsində oynamağı gözləyirlər. İnşallah, tez bir zamanda bu uğurlara imza atacaqsınız. Yetər ki, milliyə getməyin. Milli bizimdi, hamımızındıbunu da bilirəm, millini çalışdırmaq hər bir məşqçi üçün şərəfdi. Amma bizim, Azərbaycan futbolunun bir neçə Qurban Qurbanovu yoxdur ki, risk eləyək.

Şahin ZÜLFÜQAROV, “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail