Klublarımız inkişaf istəyirsə... YAZI

30.09.2013 | 10589 dəfə oxunub

Ötən sayımızda klubların büdcəsi ilə bağlı yazı dərc etmişdik. Elə həmin yazıda elitada mübarizə aparan kollektivlərin marketinq sahəsində səriştəsizliyi barədə material hazırlayacağımı vəd etmişdim. Necə deyərlər, vaxt gəldi, vədə yetişdi...

Divlər

İlk olaraq, beynəlxalq arenada çıxış edən klubların gəlir mənbələrini araşdırmağa zərurət var. “Barselona”, “Real”, “Mançester Yunayted”, “Bavariyakimi öncüllərin gəlirləri reklam, teleyayım, turne matçları, atributika satışı, bilet satışı, futbolçu satışı, avrokuboklardan əldə olunan vəsaitlər hesabına əldə edilir. Məsrəf fondu isə az maddələri əhatə etsə , kifayət qədər sanballı olur. Söhbət oyunçu transferlərinə xərclənən 100 milyonlarla vəsaitdən gedir. Əlbəttə, bura klubda çalışan geniş korpusun məvacibləri, təlim-məşq toplanışları, səfərlər, müxtəlif bonuslar da əlavə olunur. Ümumi gəlirlər xərclər 100 milyonlarla ölçülür ki, bu gün Azərbaycan klublarından heç biri belə vəsaitlə öyünə bilməz.

UEFA-nın pulları bizlik deyil

Digər kateqoriyaya nisbətən ortabab klublar daxildi. Bu klubların ən böyük ümidləri bilet satışı avrokuboklardakı çıxışlarıdı. Çünki onlar dünya ulduzlarını rənglərinə qatmaqda çətinlik çəkirlər belədə, atributika televiziyadan yüksək həcmdə gəlir əldə etmək mümkünsüz olur. Məsələn, DortmundBorussiyasının ötən mövsümün sonuna 215 milyon avro pul qazanmasında (bura xərclər daxil deyil) başlıca rolu əlbəttə ki, UEFA-dan aldığı dividendlər təşkil etdi. Axı komanda Çempionlar Liqasənən finalınadək yüksəlməyi bacardı. Bəlli olduğu kimi, Azərbaycan klubları ən yaxşı halda Dortmund təmsilçisi ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmaq iqtidarındadırlar. Yəni UEFA-dan dividend almaq hesabına 100 milyonlar qazanmaq bizim təmsilçilər üçün deyil.

Özümü kimə bənzətməli?

Üçüncü qrupda elitar komandalara oyunçu satışından əldə olunan gəlirlər hesabına klubu yaşadan variantı nəzərdən keçirək. BuraAyaks”, “Portu”, “Feyenordkimi kollektivləri daxil etmək mümkündür. Elə Hollandiyanın ən nüfuzlu klublarından olanAyaksın 25 meydançasının mövcudluğunu söyləsək, istedadların haradan peyda olması aydın olar. Bu yol bizim klublar üçün ən münasibidir. Doğrudu, biz birdən birəReal”, “Arsenal”, “Milankimi klublara azərbaycanlı balalarının satışı barədə düşünə bilmərik. Ancaq elə komandalar var ki, gənc azərbaycanlılar üçün tramplin rolunu oynaya bilərlər. Söhbət Yunanıstan, Türkiyə, İsveç, Slovakiya, Sloveniya, Çexiya Polşa kimi ölkələrin çempionatlarından gedir. Hazırki nəslin futbolçularına ümid olduqca azdı. Çünki onlara Azərbaycan Premyer Liqasında verilən paralar əsl dəyərlərindən dəfələrlə çoxdur. Nisbətən gənclərdən isə daha çox seçilən Araz Abdullayevin elə meydandakı davranışı onu göstərir ki, bu yarımmüdafiəçi xarici çempionatlarda oynaya bilməz. Çünki Avropada futboldabismillahedən gənclərin bu cür davranışını başa düşmürlər. Orda hər şey kəsə yolla həll edilir: təklif edirlər ki, çantanı vur qoltuğuna təzminat almadan, qayıt gəldiyin yerə. Əgər futbolçu nəm-nüm edirsə, onu otuzdururlar ehtiyat oyunçular skamyasında. Oyunçu da 1 mövsüm ərzində rəsmi oyun üzünə həsrət qalırsa, çətin ki, yaxın 1 ildə formasını bərpa etsin. Deməli, əlvida karyera!

Bax beləcə, bizim hazırki futbolçuarın əcnəbi klublarda çıxış etmək perspektivinin üstündən qalın bir xətt çekdik. Bəs etməli? Çıxış yolu nədədir ki, gələcəkdə Azərbaycandan da kimsəBorussiya”, “Qalatasaray”, “Portukimi nəhənglərin şərəfini qorusun?

BakıylaQəbələ” - bir addım öndə

... Bu gün bu yola çıxmaq istəyən 2 komandamız var: “Qəbələ Bakı”. Özü fərqli formada. Əgər bölgə təmsilçisi əcnəbi mütəxəssisləri Qəbələyə gətirərək, azərbaycanlı balalarının peşəkarlaşmasını təmin etməyə cəhd göstərirsə, paytaxtın eyniadlı komandasıLansAtletikoyla birliyinə start verib. Digərlərinə baxdıqda, bunlara şükür edə bilərik. Lakin bu, gələcəyi düşünən klubun inkişaf bazasının bir qoludur. Gəlin incələyək. “Bakı edir? Yetirmələrini 1 həftəlik, 10 günlük aparır adlarını sadaladığım klubların düşərgəsinə orada azərbaycanlı balaları fransız ispan həmyaşıdları ilə birgə məşq edirlər. “Ac həriflər mərhum Yaşar Nuridən bir sitat gətirmək istəyirəm: “, nooolsun”. Qardaş, insan acdırsa evində qara qəpiyi yoxdursa, ona ən gözəl təamlardan daddırmaqla, həmişəlik tox edə bilməzsən. Onsuz da ertəsi gün yenə aclıq güc gələcək. BaxBakıda həmçinin. Məgər yeniyetmə gənc 10 günə peşəkarlaşa bilər?!

BəsQəbələ”? Doğma şəhərdə gənc futbolçularına əla şərait quran klub nəcib görüb. Ancaq burda da çatışmazlıq var. Söhbət burdadır ki, bu uşaqların ünsiyyətdə olduğu həmyaşıdlarının hamısı azərbaycanlıdır. Mühit yerli mühitdi.

Mühasibat dərsi

İndi isə gəlin hər iki klubun atdığı addımların sintezini götürək. Bir uşağın xaricdə futbol klubunda təhsil alma xərci ildə 50 min avronu keçməyəcək. Hər il ən istedadlı 10 uşağı göndərsələrPortu”, “Milan”, “Ayaks”, “Mançester Yunaytedin məktəbinə, illik 500 min xərcə düşəcəklər. Məsələn bu, futbolçuların 13 yaşında baş verir. Müqavilə əsasında onların 5 ilXklubun bazasında məsrəflərinin pullarını ödəyən Azərbaycan təmsilçisi, parallel olaraq daha bir anlaşmaya imza atır. Bu dəfə həmin uşaqların valideynləri ilə. Yəni həmin futbolçular karyeralarının sonunadək hansı komandaya keçsələr, müqavilədə nəzərdə tutulan məbləğin 20 faizini ödəyəcəklər, onların yetişməsini maliyyələşdirən kluba. Özü xaricdə yaşadıqları 5 ildən sonra onların yaxın 3 illik transfer hüququQəbələ ( yaBakıya) məxsus olmalıdır. Bu 10 uşaqdan ən azından biri mütləq olduqca parlaq bir futbolçu olacaq. Başqa sözlə, onun elə 18 yaşında transfer qiyməti 1-2 milyon avroyla ölçüləcək. Ən primitiv riyazi hesablamalar belə göstərir ki, klub 5 ildən sonra sanballı dividendlər əldə etməyə başlayacaq...

Kim oxumalıdı? Mən oxumalıyam?”

Mənə olduqca maraqlıdı, bu gün klublarımızda marketinq şöbəsi mövcuddurmu? Varsa, həmin şəxslər hansı marketinq addımını atıblar? Son 2-3 ildəXəzər Lənkəranabonement satışını ortaya qoyub. Məgər marketinq bununla bitir? Sabah Mübariz Mənsimov əlini klubdan çəksə, baş verəcək? MəgərXəzər Lənkəranözünü saxlaya biləcək? Hələ cənublularda abonement satışı var, digər komandalarda heç bu da yoxdur.

Tribunalar günü-gündən keçəlləşir. Klubların fərasətsiz qurmaq bacarığı bir yana, PFL əcaib qərarları ilə fanat axınının azalmasına təkan verir. Oyunlar günü, özü vaxtı başlayanda, həmin tribunaları kim doldurmalıdı? “Bəxtiyarfilmində necə deyir? “Kim oxumalıdı? Mən oxumalıyam”? Ay Ramin müəllim, tribunaları kim doldurmalıdı, jurnalistlər?!

ASC

Sonda bir qədər bədbin notları futbolsevərlərin diqqətinə çatdırmağı özümə borc bilirəm. Futbolumuzun sabun köpüyünü xatırlatdığını ötən sayımızda dilə gətirmişdim. Yəni sponsor əlini çəkən kimi, klub iflasa uğrayır. Bunun baş verməməsinin başlıca yolu şəffaf mühasibat Açıq Tipli Səhmdar Cəmiyyət (ASC) olmaqdan keçir. Əslində ASC olduqdan sonra mühasibat avtomatik şəffaflaşacaq. Çünki klub rəhbəri səhmdarlar qarşısında hesabat verməli olacaq. İstəyərlərmi? Buna cavab tapmaq çətindi. Böyük ehtimalla klub rəhbərləri bunu istəməzlər. Hər halda mən ASC-nin üstün tərəflərini qeyd edim. Deyək ki, klubun dəyəri 300 milyon dollardı. Nominal dəyəri 1 manatdan 149 milyon səhm birjaya buraxılır. Həmin birjada bu səhmlərin real dəyəri bir neçə ay ərzində müəyyənləşəcək. Burda bir neçə başlıca məqsəd var. Rəhbərlik səhmlərin 51 faizini özündə saxlayır belədə, əsas söz sahibi olaraq qalır. Klub səhmlərin satışından əldə olunan vəsaitlə bir sıra mühüm addımlar atmaq şansı əldə edir. Amma, bu addımlar kimlərinsə ciblərini doldurmağa xərclənə bilməyəcək. Çünki digər səhmdarlar şəffaf mühasibat pulların doğru istiqamətləndirilməsini tələb edəcəklər. Birja isə öz işini görməkdə olacaq. Məsələn, klub avrokubok zonasına yaxınlaşdıqda (çempionatın qızğın vaxtı) səhmlərin dəyəri qalxacaq. Avtomatik 51 faizə sahib olan klub rəhbərliyi de-fakto varlanmış olacaq. Çünki səhmlərə tələb artacaq. Treyderlər (birja alverçiləri) üçün klubun növbəti mövsüm avrokuboklardan teleyayımdan gəlir əldə edəcəyi pulları hesablamaq çətinlik törətməyəcək. Belədə, klub yenisanballı transferlər həyata keçirmiş olacaq. Eyni zamanda, infrastrukturun yaxşılaşdırılması yönündə işlər aparmaq olacaq. Bu, məsələnin gözəl tərəfi. Əslində digər tərəf normaldı. Kluba 4-5 ildən bir prezident seçkiləri keçirilməli olacaq. Yəni artıq şəxsi müstəvi arxa plana keçəcək kimin prezident olmasından asılı olmayaraq, klub yaşayacaq.

Ceyhun ƏLİYEV, “Het-trik news” qəzeti

P.S. Deyə bilmərəm, Azərbaycanda fəaliyyət göstərən klublar mənim yazdıqlarımı bilirlər, ya yox. Bilmirlərsə, oxuduqdan sonra biləcəklər. Bilirlərsə, Azərbaycan futbolu naminə bu yolu seçməlidirlər. Çünki əks haldasabun köpüyüolmağa imza atmış olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail