Şapalaq - KÖŞƏ

29.09.2013 | 10620 dəfə oxunub

Vaxtilə Kərim Ağayev adlı hakim var idi. Oyunlara laynsman kimi gedirdi. İndi AFFA Hakimlər Komitəsində işləyir, gənc və perspektivli FİFA referimiz Əliyar Ağayevin atasıdır, səhv etmirəmsə. Onu xüsusən, "Şəmkir"in oyunlarında tez-tez görmək olardı. Bu komandanın qapısına hücum edən olan kimi bayrağını havaya qaldırardı. Məhz belə yersiz ofsayd qərarlarına görə bir dəfə hazırda "Bakı"da, o vaxt isə "Dinamo"da icraçı direktor işləyən Yaşar Seyidov onu oyun gedə-gedə şapalaqlamışdı.

Həmin dövrlərdə televiziya vasitəsilə elə də oyun göstərmirdilər. "Neftçi"nin çempionluq yolunda süni əngəl olan "Şəmkir"ə "dəstək qrupu"nun ən fəal üzvlərindən biri idi Kərim Ağayev. Televiziyada hər zaman oyunlar göstərilmədiyindən, onun hoqqalarını izləmək üçün stadionlara getmək zorunda qalırdıq.

Amma dünən "Neftçi" - "Qarabağ" oyununu "Bakcell Arena"da yox, evdə televiziya vasitəsilə izlədim. Elə yaxşı ki, evdə baxdım və Kərim Ağayevin özünə oxşayan laynsman davamçısının hoqqalarının əyani şahidi ola bildim. Stadionda olsaydım, bəlkə də ofsaydın olub-olmadığını aydın görə bilməyəcəkdim. Amma televiziyada bu, açıq-aydın özünü büruzə verirdi. Bunun da nəticəsində bəzilərinin utanıb-qızarmadan Avropa derbisi adlandırdıqları oyun qolsuz tamamlandı.

Görəsən, o laynsmana bayrağını yerli-yersiz qaldırdığı üçün şapalaq vuran olubmu?

P.S. Bayrağı qaldırmaq olar, amma o şərtlə ki, enməyən bayraq olsun...

Elşən MƏMMƏDOV

QEYD: Yazı həmkarımız Elşən Məmmədovun razılığı ilə onun şəxsi "facebook" səhifəsindən götürüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail