"Neftçi" rəhbərliyi futbolçulardan niyə çəkinir? YAZI

24.09.2013 | 10019 dəfə oxunub

"Neftçi" rəsmiləri hər söz deyə bilər, amma görünən dağa nə bələdçi? Komandada işlər yaxşı getmir, hətta pisə doğru iri addımlar atır. Nədir səbəb, kimdir günahkar? Bir çox məqamlar var. Görünən odur ki, komandada nizam-intizam olduqca aşağı səviyyədədir. Bundan əvvəl Flavinyoyla Bertuccinin meydanda didişməsi, son oyunda Kardosonun cəzimə zərbəsi vurmaq üstündə Araz Abdullayevlə az qala dava etməsi, Mahir Şükürovun öz bildiyi oyunu oynaması və başqa arqumentlər göstərir ki, komandanın yüyəni heç kimin əlində deyil.

Elə buna görə idi ki, "Sumqayıt"la oyundan sonra komandanın futbolçuları paltardəyişmə otağını gülə-gülə, oynaya-oynaya tərk edirdi (Saşa Stamenkoviç istisna olmaqla). Və klub rəhbərliyi də buna seyirci mövqeyi tutmuşdu, sanki futbolçulara nəsə deməyə çəkinirdilər...

Bəylər, nədən qorxursuz, kimdən çəkinirsiz? Qucaq-qucaq pul verirsiz, qarşılığını tələb etmək bu qədər zordur? Hə, kiminsə yanında papağınızı qaldıra bilmirsizsə bu, artıq başqa məsələ. Bax klub prezidenti Sadıq Sadıqov da gərək buna diqqət yetirə. Toplaya peykanlı camaatını bir yerə, soruşa ki, dərdiniz nədir?!

Çoxları baş məşqçi əvəzi Tərlan Əhmədovu bu işə hazır saymır, amma problemin yuxarıda qabartdığım məsələlərdə olduğunu unudur. "Neftçi"nin heyətini quranlar indi Tərlanın içinə necə lazımı müdaxilə edirlər və elə o təsirdir ki, iş yoxdur. Tərlan Əhmədov baş məşqçidirsə ona bu səlahiyyət tam verilməlidir. Tərlan "Neftçi"nin baş məşqçisi işləyə bilər, komandaya uğurda qazandırar, sadəcə ona tam güvən, tam səlahiyyət lazımdır. Yoxsa Tərlanı da Böyükağa Hacıyev kimi yola salacaqlar.

Sözün kimlərə çatdığını onlar yaxşı başa düşür. Lazım gəlsə, daha konkret yazarıq!..

Elnur QARACALI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail