"Bakı"dan hakimbaşıya böyük hörmət və ...

21.09.2013 | 6950 dəfə oxunub

Bir qədər gecdi, amma "Xəzər Lənkəran" - "Bakı" oyunundakı hakim biabırçılığı və bundan sonra ikincilərin vitse-prezidenti Zeynal Məmmədovun AFFA tərəfindən cəzalandırılması barədə yazmaqdan qaça bilədim. Bu məsələyə biraz sonra qayıdacam...

Hafiz Məmmədov "Bakı"nı Milinko Pantiçə tapşırandan sonra bu komandanın son bir neçə ildəki uğursuzluq zolağından çıxa bilməyəcəyini düşünənlər olduqca çox idi. Üstəlik, bu komandanın ilk iki turda evində "Qəbələ"yə, ardınca isə səfərdə AZAL-a uduzması belə düşünənləri öz-özlərində haqlı çıxartmışdı. Və ən əsası da AFFA buna sevinirdi. Axı hər bir komanda Avrokubolara oynayır, istəkləridə alınmayanda düşürlər (tökülürlər) federasiyanın üstünə. İndi gəl, bunları yola ver də...

Bunlara cavab verməmək üçün, indidən hansısa "dualar" etmək lazım gəlirdi ki, zamanında söz-söhbət ortağı olmasınlar. "Bakı"nı da iki turdan sonra hesabdan silmişdilər, amma ardıcıl qələbələr,"Neftçi"ni darmadağınla udmaları yatanlarə ayıltdı. Hamısı bu "Bakı"nın asan yem olmadığının fərqinə vardı. İnsaf naminə, Pantiç yaxşı komanda yaradıb. Bu məşqçinin Syomin, Toşak və Vaqif Sadıqova boyun əyməsi isə onun zəif məşqçi olmasından irəli gəlməz. Sadəcə, Pantiç hələ yerli yol-yolağaları dərindən mənimsəməyib. Belə deyək də, yerli tempi tuta bilmir. Ən qısa zamanda bu adaptasiyanı da keçsə, mövsümün sonunda "Bakı"nı ən pis halda Avrokuboklara gedən komandalar arasında görə biləcəyik. 

"Xəzər Lənkəran" - "Bakı" oyununun baş hakimi Ramil Diniyevdə heç bir günah görmürəm. Onu ancaq onda təqsirləndirirəm ki, hakimbaşının söz buyruğçusuna çevrilib.

Ramilin sözügdən oyunda "Bakı"nın qapısına verdiyi penaltidən belə başa düşülür ki, elə belədə olmalıymış. Ramil həmin an özüdə yaxşı bilirdi ki, penaltidən söhbət gedə bilməz. Sadəcə penaltiyə oxşar bir məqam yaranmalıydı ki, o da düdüyünü konuşdursun. Sadəcə özünü onda yandırdı ki, həmin epizodda penaltiyə oxşayacaq heçnə yoxdur. Ramilin həmin anki qətiyyətli duruşundan və bunun arxasında - daha dəqiqi gözlərinə sıçrayan içindəki qorxudan hiss olunurdu ki, o, bu qərarı verməliymiş. Necə olursa olsun. Deməli, arxasında hakimbaşı var da. Zeynal Məmmədov özünü saxlaya bilməyib, fasilədə hakimlər otağına yaxınlaşaraq "adam kişi olar" və bu kimi bəzi ifadələr işlədib, işlətməyib, bilmirəm. Amma onu 5 oyunluq cəzalandırdılar. Bəs Zeynalı o həddə çatdıran hakimin zəcalandırılması barədə harda rəsmi məlumat var? Hakimbaşı susmağa üstünlük verir. AFFA-ın hər icraiyyə komitəsindən sonra hakimbaşı ən azı Hafiz Məmmədovun yarım saat vaxtın alır, dil tökür, yalvarır ki, ona dəstək olsun. Hakimbaşı, o nədir, bu nədir?

Amma hakimbaşıya haqq qazandırıram. Hakimbaşının "uşaqları"nın "Bakı"nın başına açdığı ilk belə oyun deyil. Bundan əvvəl də dəfələrlə eyni hal olub və əminəmki bundan sonrada olacaq. Ancaq "Bakı"nın hər ev oyununda gedib görürsən ki, bu klubun rəhbərliyi hakimbaşını qaldırıb oturdublar yuxarı başda. Sizə hələ buda azdı. Niyə? Bircə dəfə hakimbaşıya layiq olduğu yeri göstərin, görün necə quzuya dönəcək. Axı siz onu çıxardıb yuxarı başda oturdanda belədə etməlidir.

Elə həmin bu "Xəzər Lənkəran" - "Bakı" amma kubok oyununda hakimbaşının dillerinin sizə nələr yaşatdığını nə tez unutduz?

Bundan sonra 5 oyunda hakimbaşı yenə yuxarıbaşda oturacaq, yəqin, amma Zeynal Məmmədov  orda olmayacaq. Yeriniz məlum...



  #1   Adınız: Anar;   E-mail: [email protected]

06.10.2013 17:56

Neftchi bu il cempiondu

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail