Milliyə qurban yox, QURBAN lazımdır YAZI

05.08.2013 | 8706 dəfə oxunub

Qurban Qurbanov Azərbaycanın ən yaxşı məşqçisidir. Bəndəniz bu fikrə heç Gefle ya ondan qabaqkı Polşa klubuyla oyundan sonra gəlməyib. Son 3 ildir bu fikirdəyəm. Onunla aramızda yaş fərqii bir xeyli olsa da, normal münasibətimiz var düşəndə futboldan danışırıq. Qurbanova hörmətim onun futbolçu olduğu zamandan olub, karyerasını bitirdiyi zaman isə bu hörmət birə beş yox, bəlkədə ona yüksəlib. “Niyə belə tez getdinsualıma biraz gülümsəyərək cavab verdi: “Daha əvvəlki Qurban deyiləm. Baxıram ki, meydanda uşaqların çoxundan geri qalıram, əvvəlki kimi qaça da bilmirəm. Məncə, elə indi futboldan getməyim lazımdı”.

Onun bu sözlərini dəqiq xatırlayıram. Qurbanov özünə hörmət qoydu, qapı-qapı düşüb dilənçilik etmədi, vaxtında futboldan getdi. Məşqçiliyə elə vaxtında başladı. Çoxları onun ilk mövsümdəcəNeftçi gümüş medal qazandırmasını uğursuzluq hesab edirdi, amma çox böyük uğur idi.

Heç şübhəsiz ki, “Qarabağkaryerası Qurban müəllim üçün yeni bir səhifə olub. O, məşqçi kimi özünü bu klubda hamıya tanıtdırdı, qəbul etdirdi. Qurbanov həmişə futboldan danışır, oyundan əvvəl , sonra da. Hətta jurnalistlə söhbətində taktiki gedişlərdən, etdiyi manevrlərdən, rəqibin oyun üslübundan, zəif güclü tərəflərindən bəhs edir. Qısası, futboldan anlayışı olan insan bu adamla söhbətində anlayacaq ki, o, məşqçidir. YAXŞI MƏŞQÇİDİR.

Heç vaxt rəqibə qarşı hörmətsizlik etməz, komandada elə ab-hava yaradır ki, bütün futbolçular ən zəif rəqibi belə güclü gözündə görür. Bəlkə , onun əsas olan uğur çubuqlarından biri elə budur. İstənilən halda, subyektiv fikirimdi (məncə həmdə obyektivdir) Qurban Qurbanov Azərbaycanən ən güclü məşqçisidir.

Nədənsə... nədənsə AFFA başqanı, hörmətli Rövnəq Abdullayev ən yaxşını hələ bəyənmir. Niyə? Deyir cavandır, hələ yaxşı var. Rövnəq müəllim, siz milliyə ən qocasını gətirmisiz, özü Avropa çempionu olmuş məşqçini. O neyləyib ki, cavan gəlib bunu edə bilməyəcək?

Rövnəq Abdullayevdən söz düşmüşkən, görün Foqts barədə deyib: “Berti Foqtsun  klublardakı həmkarlarının ondan incidiyini deməsi normal fikirdir. Siz niyə belə hay-küy salmısızQarşıda 3 rəsmi oyunumuz var. Həmin görüşlər keçirilməli, baş məşqçi müqaviləsinin sonuna qədər işini yerinə yetirməlidir. Hara tələsirsiniz? Siz insanı oyunqabağı həvəsdən salırsınız. 5 il ərzində Foqts görməli idi ki? Əvvəllər maksimum 5 xal toplamağımıza görə sevinirdik. Onun başçılığı altında yığma qrup oyunlarındakı xallarının sayını 7- yüksəltdi. Halbuki, 20 ildə ən yaxşı göstəricimiz 5 xal idi”.

Rövnəq müəllim, 7 xal sizin üçün böyük uğurdur? Elə buna görə , başçılıq etdiyiniz futbol tısbağa kimi sürünür . Bəndənizə çox yaxşı bəllidir ki, sizdən olsa ən yaxşısını edərsiz, amma ətrafınız buna imkan vermir. Elşad Nəsirov Elxan Məmmədov cənabları sizin fikirlərinizə həmişə müdaxilə ediblər. Atın onları başınızdan, milliyə Qurban Qurbanov lazımdır. qədər gec deyil, bu keçidi həll edin.

Qarabağ” – “Gefleoyunundan sonra otaqdan çıxarkən sizi gördüm, az qala uşaq kimi sevinirdiz. üçün? Çünki bu oyundakı uğursuzluq sizin işinizi yerə vuracaqdı, ölkə prezidentinə deməyə sözünüz olmayacaqdı. Amma məhz Qurban Qurbanov idi ki, oyuna etiyi müdaxilələr qələbəyə səbəb oldu. Düzdü, o, sadəcə işini gördü, özünə lazım olan qələbəni təmin etdi. Ancaq məhz o səbəb oldu ki, siz o dərəcədə sevinəsiniz, üzünüzün o dərəcədə gülsün? Sizin müdaxiləniz olmadan Berti Foqts hansı oyunu qazanıb sizi bu qədər sevindirmişdi? Məncə cavabınız olmayacaq...

Belə sevinməyin yalnız bir yolu var, milliyə Qurban Qurbanov gəlsin. Sizə, bizə, Azərbaycan millisinə məşqçi lazımdır, millidən xeyir güdməyən, ona uğur qazandıracaq məşqçi. O daadam gibi adamQurban Qurbanovdur...

Fikirləşin, hələ gec deyil. İnanın, əks halda, siz AFFA prezidenti olaraq ən yuxarısı elə Fuad Musayev Ramiz Mirzəyev qədər xatırlanacaqsız...

Vüsal BƏBİRLİ, Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail