Futbolumuzun QaQası YAZI

05.08.2013 | 9720 dəfə oxunub

QarabağınPyastla oyununa gedə bilməmişdim. Qəmbərqulu kişi imkan verməmişdi. Düzü, çox şey itirdiyimin fərqinə oyundan sonra vardım. “Gefleilə oyunda isə stadionda idim. Həmin gün futbol adına hər şeyin şahidi oldum. Gözəl oyun, ağıllı taktika, möhtəşəm azarkeş dəstəyi. Doğrudan da hamıQarabağ idi. Oyun haqqında uzun-uzadı yazmaq fikrim yoxdu. Bunu inad göstərdiyini görüb buraxdım həmkarım Ceyhun Əliyevin ixtiyarına. Bu yazıda iki məqama toxunacam. Birincisi, oyundan əvvəl nədənsə ürəyimə dammışdı ki, “Qarabağ” 17-ci dəqiqədə qol vuracaq. Niyə məhz 17-ci dəqiqə. Həmin vaxt iftar başlayırdı. Oruc tutanlar da, tutmayanlar daQarabağdan iftarsüfrəsigözləyirdi. Elə yanımdakı həmkarlarım özləri ilə gətirdikləri kotlet-çörəyi dişlərinə çəkmək istəyirdilər ki... Gelaşvili hər şeyi korladı. Bico kosu boş qapıdan (oxu - kotleti boşqabdan) kənara göndərdi. İkincisi isə cümə axşamından bəri beynimdə dolanan bir söz haqqında qısaca yazmaq istəyirəm – “Futbolumuzun qaqası”.

Azərbaycanda bir xeyli maraqlı müraciət formaları var. Məsələn, gəncəlilərdələlə”, bakılılardaqədeş” (“qaqaş”), Tovuz-Qazax gölgəsindəqağa”, ağdamlılardaqaqa s. Sadaladıqlarımın hamısının kökündəqardaşsözü durur. (“Lələqağaböyük qardaş deməkdired.). Özüm əslən tovuzlu olsam da, nədənsəqaqasözü daha çox ürəyimə yatır bu müraciət formasından tez-tez istifadə edirəm. Qurban Qurbanovla şəxsi tanışlığım yoxdu. Əslində 20 il əvvəl bir klubun üzvü olmuşuq . RəhmətlikTuranı deyirəm. Çətin ki, indi 16 yaşlı uşaq yadında qalsın. Bircə dəfə telefonla açıqlama götürmüşəm. Oğlu Musanınlipaolması haqqında yayılan şayiələrə aydınlıq gətirmək üçün. , bir dəfə keçən mövsümün sonunda komandalıran mükafatlandırılması mərasimində 1-2 dəqiqəlik söhbətimiz olub. Vəssalam. Əlqərəz, tanıyanlar bilirlər ki, heç vaxt özümdən yaşca böyük olan kiminsə üzünə tərif yağdırmamışam. Birdən fikirləşərlər ki, onlara xoş gəlmək üçün bunu edirəm. Qurban müəllimi tərifləməyəcəm. Buna heç ehtiyacı da yoxdu. Amma ürəyimdən keçən bircə kəlməni deməmək olmurfutbolumuzun QaQası. Özü şirin Ağdam ləhcəsində.

İlqar TAĞIYEV, Het-trik news

P.S. Oyun günü həmkarım, gənc nəslinəmideyə müraciət etdiyi Natiq Muxtarlının ad günü idi. Lələmiz 45 yaşını qeyd edirdi. Feysbuk-da Natiqi təbrik edən ağdamlıların mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovQarabağın qələbəsinin onun üçün əsl ad günü hədiyyəsi olduğunu yazmışdı. Fevralın 1- mən Qarabağdan hədiyyə istəyirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail