Yağış, futbol və sevgi...

18.05.2011 | 10012 dəfə oxunub

Futbol, gözəldir hər şeyi - həyacanı ilə, sevinci ilə....

rnrn

Futbol qəlbləri riqqətə gətirir, futbol insanı özündən alır...

rnrn

Bilmirəm, nə vaxtsa futbol haqqında belə bir yazı oxumuşdum ki, futbol ilə sevgi bir-birilə bağlıdır. İnsan sevəndə də, futbola baxanda da, eyni həyacanı keçirir, eyni hissi yaşayır. Qapıda qol məqamı bəlkə də sevginin qalib olmasıdır. Sevgidə qürur olmaz, hər iki insan özünü unutmalıdır, futbolda da eynən...

rnrn

Çox yaşadıq futbolda belə hissləri. Bəzisi  sevincini hoppanıb tullanmaqla bildirir, biri kimisə qucaqlayır, kimisi isə...

rnrn

Sevəndə də belə olur: insanrnözünü unudur, sanki yerin üstündə gəzmir, onu hansısa qüvvə hərəkətə gətirir. Yeri gəlib qoy deyim- o gün romanların birində belə cümləyə rastladım: İnsan sevərkən, maşınla eniş aşağı hərəkət edən hisslərə oxşar hisslər yaşayır...

rnrn

Futbolda da belədir. Sözümü, konkret olaraq, "Xəzər-Lənkəran" - "Qarabağ" matçına yönəldəcəm. Bəlkə də "Qarabağ" yeganə komandadır ki, məni həmişə eyni hisslərə kökləyir, futbolu sevməyə səsləyir. Hər oyunda azarkeşi oyuna pərçimləyir. Dəfələrlə şahidi olmuşam ki, Qurban Qurbanovun yerində əvəzetmələri oyunun məcrasını dəyişib. Əlbət ki, bu məqamda oyunu duymaq, məğzi tapmaq lazımdı. Qurbanov bunu ustalıqla bacarır. Vüqar Nadirovunrnvə İlqarın sonradanrnmeydana çıxmaları ilə oyunda dönüş yarandı. 90-cı dəqiqə Qurbanovunrnməntiqi sonluğunun təntənəsi idi. 17-ci dəqiqədə qapının sağ tərəfinin torunu narahat edən top, bu dəfə sol tərəfi narahat etdi. Vurulan qollar eyni ssenari ilə toru silkələdi. Bu an "Fırtınalar meydanı" sanki silkələndi.

rnrn

Bu an futbolu daha çox sevdim. Heç nə yadıma düşmədi. Nə kəsərli yazılar, nə "futbol yoxdu " deyimləri, nə Əfqan Həmzəyevin gündə bir jestlə gündəmə gəlməsi, nə Nazim Süleymanovun ayağını masanın üzərinə qoyub, türkiyəli qonağı - NacirnŞensoyu elə beləcə vəziyyətdə otaqda qəbul etməsi, nə hakimlərin qərəzli qərarları...

rnrn

Gözümdə heç nə görünmürdü. Meydanda futbol vardı, meydanda gözəl oyun vardı, meydanda ağıllı məşqçinin ibratəmiz taktikası vardı, meydandarnQurbanov vardı...

rnrn

Həmişə təmkini ilə qələbə qazanan məşqçi vardı meydanda...

rnrn

Bir də sevdim futbolu.
rn"Fırtınalar meydanında" yağış yağırdı. Yağışı da sevirəm, futbolu da... Amma ikisirnbir yerdə möhtəşəmdi...

Ayna


  #3   Adınız: Vugar Aliyev;   E-mail: [email protected]

06.06.2011 05:37

Gozel yazi uchun teshekkurler. Qarabag agilli ve gozel oyun
gosterir.Xezerde geri qalmir amma Xezerin menfi xususiyyeti
komandanin chox hissesini legionerler teshkil
etmesidir.Qarabagin oyunu heqiqetende zovq verir muasir
futbola benzeyir...Quban Qurbanova minnetdaram..

  #2   Adınız: edik;   E-mail: [email protected]

27.05.2011 23:52

heç olmasa düz danış.Qurbanova halal olsun yaratdığı komanda
güclüdü ama bu ölkəyə futbol gətirəndə "Xəzərdi". Rəqabət
azərkeş gətirəndə

  #1   Adınız: edik;   E-mail: [email protected]

27.05.2011 23:50

ama sənə bir şy deyim ayna "Xəzər Lənkəran" olmasa bu ölkənin
futboluna mən............Hə "Qarabağ"ı yazmısansa bu ölkəyə
futbolu rəqabəti azərkeşi "Xəzər gətirdi"

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail