Mxitaryandan daha yaxşı olmağın yolu KÖŞƏ

14.07.2013 | 13160 dəfə oxunub

Bəlkə də çoxlarından fərqli olaraq məndə futbola maraq tamamən başqadır. Hamı kimi futola hansısa komandanın qələbə qazanması, yaxud da uduzması üçün baxmıram. Heç variant yazmıramki, bərabərlik üçün həyacan keçirim. Futbol mənim üçün nədir?

Bu suala cavab verməzdən əvvəl futbol barədə yazı yazmaq kimi bir fikrimin olmadığını əlavə edim. Amma mömin qardaşım Kərbəlayi Vüsalın təkidindən sonra inad etmədim. Elə ilk yazını da futbolun mənim üçün necə olmasından yazacam...

Varlığın məntiqi sturukturu, harmoniyasi futboldu. Məhz futbol olmayanda zaman varlığı qırılır. Sanki ölümlə həyat, tarixlə bu gün, işıqla kölgə arasındakı vəhdət və sərhəd futboldu...

Saat kəfkirinin, günlərin, qərinələrin və min illərin səyahət və səfər yollarından qalan izlərin, əyri və düz xətlərin toxuduğu zolaqlı torun nahamar macərasi ilə süzülüb axan zaman. Bax o zaman mən futbola baxıram...

Futbolla nəfəs almaq, futbolla yaşamaq insanın mənəvi paklığına dəlalətdir. Əlbəttə, futbolu alverə çevirmek əbədi cəzaya məhkum olmaq deməkdir. Beləsini futbolun ahı tutmalıdır. Mənim üçün futbolun ahı vetenin ahı qədər ağırdır. Təəssüf... futbolu qumara qoyurlar, millət - tamaşaçı isə bəzi yox, bir çox hallarda futbol tamaşasına baxır. Bilmir ki, tamaşa əvvəldən qurulub... sanki oyuna canlı baxmır kimi...

Futbol mənim üçün açıq, müstəqil, sərbəst təfəkkürün sərhədsiz fəzasında yenidən qayıtmağa tələsdiyim ünvan və mənzil deyil, gələcəyə boylandığım zirvə və dayaqdır. Sabaha yürüşdə start meydanı, irəliyə hərəkətdə mənəvi mühərrikdir.

Bunlar mənüm üçündür. Əslində isə bunlar bir futbolçu üçün örnək olacaq sözlər və məqsəddir. Əgər hansısa bir futbolçumuz bu amal uğrunda vuruşub futbolçu olsa, inanın indi biz Henrik Mxitaryanın "Borussiya"ya keçidinə paxıllıq etməzdik. Çünki dediklərimi futbolçularımız etsəydilər, indi bizimkilər daha böyük klublarda oynayırdılar. Bəlkə də biz deyərdik, nə olsun, bizim futbolçu da "Bavariya"da oynayır... Mxitaryana paxıllıq, özümüzə təsəlli. Zatən təsəlli bizim üçün ən böyük silah olub. Həmişə bununla təskinlik tapmışıq.

İnanın, bir futbolçu yuxarıda dediklərimi özünə örnək alsa və bunları - sevincin ağırlıq, günahin həcm, tövbənin çəki, yaddaşın həssaslıq ölçüsünün də futbol olduğunu öz düşüncələrinə əlavə etsə, o, ən azı Mxitaryandan daha yaxşı futbolçu ola bilər...


Turanə Hacıyeva



  #2   Adınız: Rəhim Məlikov;   E-mail: ---

16.07.2013 09:35

Cox yaxsi yazmısız. Mən səhv etmirəmsə sizin ilk yazınızdır.
Çünki bu saytı davalı olaraq izləyirəm və burada başqa
yazınıza rast gəlməmişəm. Amma deyim ki, sizin
söylədiklərinizə Azərbaycanda heç bir futbolçu əməl etməz.
Çünki bizim mentalitetimiz buna imkan vermir. Axı bizdə tez
"şişmək" adətdir...

  #1   Adınız: Samiralda;   E-mail: ---

14.07.2013 11:56

Baci qeseng yazmisan ellerine saqliq

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail