Startdan qrup iyi gəlmir YAZI

08.07.2013 | 8442 dəfə oxunub

Başa vurduğumuz həftə Azərbaycan klublarının əsl imtahanı başladı. Ölkə çempionatının gedişində dəfələrlə deyirik ki, klublarımızın əsl gücü avrokuboklarda bilinəcək. Təəssüf ki, klublarımızın qitə səhnəsindəki startı ürəkaçan olmadı. Düzdü, komandamız uduzmadı. Amma gəl ki, 3 kollektivin payına cəmi 1 qələbə düşdü. “Xəzər Lənkəransəfərdə, “İnterisə evdə yalnız heç-heçə ilə kifayətləndi. İndidən bu komandaların ikinci mərhələyə yüksələ bilməyəcəyini iddia etmək absurd olardı. Lakin bu iki komandanın ilk oyundakı nəticələri oyunları adamı həyəcanlandırır.

İlk oyunların nəticəsinə əsasən bizi ən çoxQarabağsevindidi. Ağdam klubu səfərdən 1:0 hesablı qələbə ilə dönməklə cütün taleyini elə ilk oyundaca həll etdi. Ağdam klubunun məşqçiləri futbolçuları hər qədər təvazökarlıq edib, cütün taleyinin hələlik həll olunmadığını bildirdisələr , fakt faktlığında qalır ki, “Qarabağ” “Metallurqdan aşkar gücülüdür evdə rəqibinə qalib gələrək, mərhələ adlayacaq. Amma eyni sözləri ikinci mərhələ haqda demək çətindir. Çünki növbəti turda Qurban Qurbanovun komandasıPiast Qlivitseilə qarşılaşacaq ki, bu komandanı daMetallurqla müqayisə etmək olmaz. Polşa klubları daim güclü olublar. Həm nəzərə almaq lazımdır ki, millimiz klublarımız əksər hallarda bu ölkənin təmsilçiləri ilə mübarizədə çətinlik çəkiblər. Polyakları yalnız bir dəfəözü eləQarabağın sayəsində üstələmişik. Ümid edək ki, “Visla diz çökdürənQarabağbu dəfə digər Polşa təmsilçisinə eyni aqibəti yaşadacaq. Amma bunun üçün Ağdam klubu heyətini bir qədər gücləndirsə, daha yaxşı olar. 

Kubok oyunlarında səfərdə 1:1 hesablı nəticə qazanmaq, yaxşı nəticə hesab olunur. Lakin baxır hansı rəqiblə. Məhz rəqibinSlimaolmasıXəzər Lənkəranın bu nəticəyə görə tənqid olunmasına gətirib çıxarır. Aydın məsələdir ki, “Xəzər Lənkəranın büdcəsi, heyətlər arasındakı səviyyə fərqi çox böyükdür. Buna görə Lənkəran təmsilçisi mütləq səfərdəSlimaya qalib gəlməli idi. Rəqibin 26 dəfə ölkə çempionu olması, oyunun vaxtının 2 gün öncəyə çəkilməsi, süni ot örtüyünün istənilən səviyyədə olmamasıbütün bunlar bəhanədən başqa bir şey deyil. “Xəzər Lənkəran” “Slima udmalıydı, vəssəlam! Oyun ərzində maltalıların rəqib qapısına cənublulardan daha çox zərbə endirməsi biabırçılıqdır. Təbii ki, “Xəzər Lənkəran” “Slima evdə məğlub edərək, mərhələ adlayacaq. Bəs, sonra? Bu gedişlə ikinci mərhələdəMakkabi” “səddi keçilməz olacaq. Axı Maltadakı oyunlaXəzər Lənkəranın Hayfa təmsilçisini mübarizədən kənarlaşdırması utopiyadan başqa bir şey deyil. Həqiqətən gözünə düz baxmaq lazımdır. BugünküXəzər Lənkəran” “Makkabiqarşısında çox böyük əziyyət çəkəcək. Beləcə, komandanın Avropa macərası ikinci mərhələdə bitəcək. Anlamadığım budur ki, komanda yenə Avropada cəmi 1 mərhələ adlayacaqsa, o zaman Con Toşakı baş məşqçi postuna gətirməyin mənası nədir? 1 mərhələni elə Yunis Hüseynovla da adlamaq mümkündür.

Bütün bunlara baxmayaraq, Con Toşaka alqış düşür. Uelsli mütəxəssis növbəti dəfə bizim məşqçilərə Avropa məşqçilik mədəniyyətini nümayiş etdirdi. Nəticəyə görə bütün məsuliyyəti üzərinə götürən Toşak səhvləri olduğunu etiraf etdi. Avropada bu cür hallar adi qarşılanır. Gəl ki, bizim üçün məşqçinin səhvini boynuna alması ŞOK-du. Elə buna görə Toşak haqda adamın tənqidi fikirlər yazmağa əli gəlmir.

İnterin oyunu haqda da konkret fikir bildirmək çətindir. Çünki komanda ev oyununda rəqibindən 1 baş üstün oynasa da, qələbə qazana bilmədi. Evdə qeydə alınan 1:1-lik heç-heçədən sonra adətən ikinci oyunda ev sahibi olan komanda növbəti mərhələyə adlamaq üçün daha şanslı görünür. Amma bu sözləriMarihemn” – “İntercütünə aid etmək olmaz. “İnterrəqibdən daha güclür. Komandanın heyətində yaxşı futbolçular cəmləşib. İlk oyunda təmsilçimiz yalnız 1 səhvə yol verdi bu səhv qolla nəticələndi. Ümid edək ki, cavab matçındabankirlərdaha yaxşı oynayaraq, səhvə yol verməyib, istədikləri nəticəni qazanaraq, mərhələ adlayacaqlar. Bundan sonrası isə Allah kərimdi.

Avropadakı digər təmsilçimizNeftçiisə hələ mübarizəyə qoşulmayıb. Amma komandanın Avstriyada yoxlama oyununda göstərdiyi nəticələr heç ürəkaçan deyil. KomandaVolqaEnerjiqarşısında aciz qaldığı halda, yalnız Almaniyanın yarı həvəskar, yarı peşəkar klubuna qalib gəlib. Bu nəticələr isə gələcəyə böyük ümidlərlə baxmağa əsas vermir. Komandanın baş məşqçisi Böyükağa Hacıyev isə hər yenilgiyə bir bəhanə tapır. Burada isə bayaq Toşak haqda dediyim sözləri yada düşür. Toşak kişi kimi səhvini boynuna aldığı halda, Hacıyev hər uğursuzluğa bir don geyindirir. Görəsən, vaxtsa onun dilindənsəhv məndə olducümləsini eşidəcəyik?

Şahin ZÜLFÜQAROV, Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail