"Neftçi"dəki "dahilər" YAZI

06.07.2013 | 11791 dəfə oxunub

"Neftçi" haqda tənqidi yazılarım o qədər də çox olmayıb, amma olanda tutarlı olub. Əvvəl yazmışam, təkrarlamaqda fayda var, Sadıq Sadıqovun bu kluba prezident təyin edilməsi ölkədə futbola yeni yanaşma gətirdi. Nəticədə "Neftçi" illər idi həsrət qaldığı Azərbaycan çempionluğa ardıcıl olaraq son 3 ildə sahib çıxdı, üstəgəl son ölkə kuboku. Və ən böyük tarixi yazdılar - Avropa Liqasının qrup mərhələsi.

"Neftçi"nin uğur çubuqları çoxdur və ya çox idi. Onların hamısından yazmaq yersiz olardı, çünki təkrarçılığa lüzum yoxdu. Ən əsaslardan biri isə dəqiq, son dərəcə səhvsiz götür-qoy edilən seleksiya işi idi. Amma deyəsən, son zamanlar "Neftçi"də seleksiya içinə baxan qardaşlar işlərindən o qədər razıdırlar ki, bunu yaddan çıxardıb, heyətə basməmmədi futbolçular cəlb edirlər. Qışda komandaya alınan Conni Leoni və Xose Luis Kabion transferləri bu işin başlanğıcı olmuşdu. Transfer işlərinə qəti qarışmayan Sadıq Sadıqovun beyni necə tilsimlənmişdisə, heyətdə olduğu yarım mövsümdə bircə dəfə meydana çıxmayan bu iki futbolçu üçün onları komandaya gətirənlərə güldən ağır kəlmə deyən olmadı.  Klubun digər rəsmi şəxsləri isə buna yaxşıca yorum yapıyorlardı: Heyətdəki intriqanı gücləndirmək üçün bu iki futbolçunu almışıq. Bəyəm intriqanın yaranması üçün 100 minlərlə pul çölə atılmalıdır? Məntiqləri tamamilə absurd idi... Yoxs Leoni, Kabion kimi Azərbaycanda futbolçu yox idi? Nə isə...

Gözləmək olardı ki, bu iki yanlış düzələcək, düzəldi də. Hər iki futbolçu geri göndərildi. Amma... amma səhvlərini düzəltmədilər. Qaşı düzəldikləri yerdə, Vasif Əliyev və Pavel Doroşevlə vurub sağalmaqda olan gözləri çıxardılar. Vasifin son mövsümü harda keçirdiyi belə şəxsən bəndənizə bəlli deyil. Pavel Doroşev isə sadəcə oyun satdığı üçün "Qəbələ"dən qovulan, hətta bu səbəbdən "Rəvan" və AZAL-ın da bəyənmədiyi - etibar etmədiyi  qapıçıdır.

Son illərdə Azərbaycanda ən stabil oyun göstərən Asif Məmmədovu bəyənməyən "Neftçi" seleksiyaçıları onun ünvanına "bizə daha səviyyəli futbolçu lazımdı" sözlərini işlətmişdilər. Bu da sizə daha səviyyəli futbolçu - Vasif Əliyev!

Pah atonan...

İndi bütün rəqiblər "Neftçi" tərəfə baxanda görəcəklərki Vasif kimi böyük oyunçu qarşı tərəfdədir, qışqırıb "qoymuyun, üsdümüzə irasim gəler" deyərək qaçacaqlar... həlal olsun sizə bə...

Ötən il Avropa Liqasında qrupa düşən "Neftçi"nin məhz Vasif Əliyev və Pavel Doroşev transferi sayəsində ÇL-nın qrupuna düşəcəyinə tam əminəm.

Xeyirli, uğurlu olsun...

P.S. Bu transferləri ancaq futbol dühaları edə bilərdi.

P.P.S. Daha sizə sözüm yoxdur!..



  #1   Adınız: Vahid;   E-mail: ---

12.07.2013 22:57

Saqol ay brat cox yaxsi yazmisan hec senden gozlemezdimki
Neftciden bele yazi yazasan. etiraf edimki inanmazdim cunki
seni onlarin yaxini bilirdim men

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail