Kim yatmış, kim oyaq? YAZI

01.07.2013 | 10394 dəfə oxunub

Bu dəqiqə Azərbaycan futbolunda alverin qızğın çağıdır. Yox, söhbət bizim klubların qanına işləmiş oyun alqı-satqısından getmir. Sözümün mustafası transfer bazarıdı. Bazar özü bazar. Kimi kimi alır, kim kimi satır, bilinmir. Klub rəsmiləri, məşqçilər, futbolçular, menecerlər, hətta bəzi jurnalistlər həsrətlə yay transfer pəncərəsinin açılmasını gözləyirdilər. Jurnalistlər dedimsə, söhbət heç xəbərlərin bolluğundan getmir. Söhbət ondadır ki, bəzi həmkarlarımız da menecerlik eşqinə düşüblər. Hansısa futbolçunu öz işlədikləri mətbuat orqanında nəyi var tərifləyir, sonra da sərfəli qiymətə hansısa kluba satılmasında yardımçı olub, faizlərini alırlar. Qınamıram, Allah kasıbçılığın üzünü qara eləsin. deyək? Allah bazar versin.

Geridə qalana müddət ərzində Azərbaycan klublarının transfer fəaliyyətinə yaxşı demək qəliz məsələdi. Niyəsini oxuduqca biləcəksiniz.

BaşlayaqNeftçidən. Ötən mövsüm heyətini səviyyəli legionerlərlə gücləndirənNeftçidən hər kəs bu il daha səviyyəli transferlər gözləyirdi. Hər halda ötən il Avroliqanın qrup mərhələsində oynayan, bu ilə isə ÇL- eyni uğura imza atmağı planlaşdıran-qaralarhələ ki yalnız bir braziliyalı müdafiəçi ilə güclənib. “NEK Neymegenin hücumçusu Platje iləKortreykin forvardının keçidi alınsa, o zaman  “Neftçinin transfer siyasətini normal adlandırmaq olar. Amma həmin forvardların ötən mövsüm vurduğu qollarla komandanı arxasınca daşıyan Nikolas Kanalesin yoxluğunu unutdurub-unurdurmayacağını zaman göstərəcək.

Neftçinin əzəli rəqibiXəzər Lənkəranın daxili bazardakı fəallığını alqışlamaq olar. Hər halda Nildo, Benuahi Rasim Ramaldanovun keçidlərini yaxşı kimi dəyərləndirmək olar. Eləcə makedon Qliqarov pis futbolçuya oxşamır. Amma gəl ki cənublular hələ azarkeşlərin böyük səbirsizliklə gözlədiyi səs-küylü keçid reallaşdıra bilmir. Axı Con Toşakın komandaya gəlişindən, eləcə fəxri-prezident Mübariz Mənsimovun iddialı açıqlamalarından sonra hər kəs Lənkəran klubuna dünya səviyyəli olmasa da, ən azından Avropada tanınan futbolçunun gələcəyini gözləyirdi. Ancaq hələ ki bir xəbər yoxdur. Bu da istər-istəməz azarkeşlərin narahatçılığına səbəb olur. Braziliyalı qapıçı Leytanın keçidini birmənalı qarşılaşmaq çətindir. Çünki komandada 2 qapıçıOrxan Sadıqlı ispan Dolbas var. Əgər komandaya Leyta gəlirsə, o zaman Doblas getməlidir. Çünki komandada 2 əcnəbi qapıçı olacaqsa, onlardan biri ehtiyatda qalmalıdır. Böyük məbləğ verib, əcnəbi qapıçını ehtiyatda saxlamağın dərəcədə düzgün olub-olmadığına isə özünüz qərar verin.

Qarabağhələ ki heyətini 2 əcnəbi futbolçu ilə gücləndirib. Amma onların komandaya qədər faydalı olacaqlarını zaman göstərəcək. Çünki Nikolas Gelaşvili Cevanni Le Roy Martin haqda qəti söz söyləmək çətindir. Onların komandaya fayda verib-verməyəcəklərini Avroliqa oyunları göstərəcək. Ağdam klubunun bəzi nümayəndələri gürcü forvard haqda ağızdolusu danışırlar. Lakin Nikolasın 2 yoxlama oyunundasusmasıinsanda bir qədər şübhə oyadır. Yetər ki, gürcü hücumçu ötən ilQarabağı çempionluqdan məhrum edən sabiqNeftçili adaşı Kanales qədər komandaya fayda versin.

Avroliqada ölkəmizi təmsil edəcək klublar arasında ən aktivi kimiİnteri qiymətləndirmək olar. Çünki Kaxaber Tsxadadze demək olar ki, ötənmövsümkü heyətin yarısını dəyişib. Vaqif Cavadov, Aleksandr İaşvili, İvan Alixandro Benites, Laşa Salukvadze, Matiya Spiçiç, Alvaro Sezar Mikel, Flavio Bek Junior kimi futbolçuların adları karyeraları göz oxşayır. Amma durub desək ki, “İnterqabağına çıxanıdağıdacaq”, yalan olar. Bununla belə, bəzi keçidlərə diqqət yetirdikdə Kaxaber Tsxadadzenin yenə yerlibazlığından əl çəkmədiyini görmək olar.

O ki qaldı. digər klublara, indi onların fəaliyyətinə qiymət vermək çətindir. Hər halda, onlar avrokuboklarda oynamayacaqlar tələsməyə heç bir əsas yoxdur.

Şahin ZÜLFÜQAROV, "Het-trik news" qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail