Hərbçilərə biganəlik, “Neftçi”nin agentləri və Ştirlits YAZI

01.07.2013 | 7532 dəfə oxunub

Heç ayın 26-da hərbi paradı izlədiniz? Mənim imkanın olmadı, amma televiziyadan gördüyüm  kadrlardan ləzzət aldım. Səmimi sözlərimdi. Ola bilər  kimsə məni qınasın ki, orduda kifayət  qədər problemlərimiz var, torpaqlarımız işğal altındadı s. i.a. Amma yenə , azından öz istehsalımız olan silahları görmək, səmada bayrağımızı seyr etmək xoş idi. Paraddan uzun-uzadı yazmaq fikrim yoxdu. Sözünmün canı başqadı. Həmin təntənəli keçiddən cəmi bir neçə gün sonra Bakıda hərbçilər arasında Dünya çempionatı keçiriləcək. Utandığım məqam məhz bununla bağlıdı. Çempionatın keçirilməsindən yox, hərbçi-futbolçularımıza bəslənilən biganəlikdən, təşkilatçıların yarışa barmaqarası münasibətindən.

Müdafiə Nazirliyinin yarışa laqeyd münasibət göstərməsi başadüşülən deyil. O boyda paradı keçirə bildilər, balaca bir çempionatı təşkil edə bilmirlər? Bəlkə istəmirlər, nələrinə lazımdı? Kaş ki, təşkilati işlər AFFA-ya tapşırılardı. Qadasın aldıqlarım nəyi bacarmasalar, belə işlərin pərgarıdılar. İndi elə bir reklam düzüb-qoşmuşdular ki, elə bir Azərbaycanda hərbçilərin yox, elə Dünya çempionatının özü keçirilir. Bir yandan şəhəri bəzəyən plakatlar, televiziyada mətbuatda gedən reklam çarxları... Cennifer Lopes. Heyf.

Mənə qalsa, bu çempionatı çox mənasız hesab edirəmFİFA futbolun inkişafı adı altında gündə bir turnir ortaya atır. Amma əslində məqsəd pul qazanmaqdı. Elə son Konfederasiyalar Kubokunu buna misal gətirmək olar. Yayımdan kifayət qədər irəli düşən ali qurum tamaşaçı auditoriyasının azalmasından xəbərsiz olmaz. Əlqərəz, hərbçi-futbolçularımıza biganəlik göz önündədi. Belə olmasa, onları məşq keçmək üçün gündə bir qapıya salmazdılar. Düz-əməlli şərait yaradardılar. Allah sənə rəhmət eləsin Siyavuş Aslan. Onun rol aldığıYol əhvalatıfilmində rəhmətlik Eldəniz Zeynalovun dediyiMən hələ Tuziki demirəm. Qonşunun itidi...” sözləri yadıma düşdü. İndi mən hələ PAZ-iki (ya da MAZ-iki) demirəm. Qonşumuzun ötən əsr istehsal etdiyi avtobusdu. Futbolçularımız üçün ayrılıb. isə, buna da şükür!

Bir neçə gün əvvəl mətbuatdaNeftçinin agentləri ilə bağlı informasiyalar dərc olundu. Konkret olaraq, “Sport favroitqəzetində. Babalı yazanların boynuna, elə bir zəmanədə yaşayırıq ki, hər şey ola bilər. Düzü, 20 ildi mətbuatdayam, bir neçə dəfə belə halların şahidi olmuşam. Əgər həqiqətən NeftçininBakıXəzər Lənkəranda agentləri fəaliyyət göstərirsə, vay bizim futbolun halına. Görəsən hansı sirri çatdıracaqlar? Onsuz da hər şey göz önündədi. Bir vay o jurnalistlərin halına ki, 3-5 manata mənliklərini satırlar. Xəbərçiliklə jurnalistikanın adına xələl gətirirlər. Əslindəxəbərçisözü o qədər pis qəbul olunmamalıdı. ANS telekanalında bu proqram efirə gedəndən sonra hörmətə minib. Azından belələrinin 4 hərfdən ibarət başqa adları da var.

Agent demişkən, yadıma Ştirlits düşdü. Düzdü, futbola bağlılığı yoxdu. Amma bir-iki kəlmə SSRİ-nin ən məşhur ən bədbəxt agentindən söz açmaq istəyirəm. Dəfələrlə Ştirlitsin baş qəhrəmanı olduğuBaharın 17 anıfilmini izləmişəm. Hər dəfə böyük zövqlə. Əslində Ştirlitsə həsəd aparmışam, ta ki onun ömür yolunu öyrənənə kimi. Onun  həyatının necə faciəli olduğundan çoxları xəbərsizdilər. Ştirlits obrazı Yulian Semyonovun qələmə aldığı əsərdə Maksim Maksimoviç İsayev kimi göstərilir. Amma onun əsl adı Vsevolod Vladimiroviç Vladimirovdu. 1900- ildə dünyaya gələn Vsevolod gənc yaşlarından agent həyatı yaşayır. 1922-ci ildə Vladivostoka ezam olunandan bir il sonra oğlu Aleksandr anadan olur. Maraqlıdır ki, Ştirlits bundan 18 il sonra – 1941-ci ildə xəbər tutur. Müharibədən sonra sovet əsgərləri tərəfindən ağır yaralanan agent möcüzə nəticəsində sağ qala bilir. Bir müddət Argentinada Müllerlə işləyən Vsevolod Vladimirov SSRİ- dönəndən sonra Stalinin əmri ilə həbs olunur. Halbuki, 2-ci Dünya müharibəsində göstərdiyi fədakarlığa görə Stalin ona SSRİ qəhrəmanı adı vermişdi. Bu harasıdı, tarixə hələ məlum olmayan səbəblərə görə, Ştirlits həbsxanada olarkən onun həyat yoldaşı oğlu Stalinin göstərişi ilə güllələnir, özü isə yalnız SSRİ rəhbərinin Beriyanın ölümündən sonra azadlığa buraxılır. Bu, SSRİ-nin ən məşhur agenti haqda olan kiçicik kədərli faktdı. Ştirlitsi qəhraman elan edən Stalin onun həyatını necə məhv etdisə, sizləri , əgər varsınızsa, qəhraman edənlər onun gününə salmasalar da, sonda hörmətsiz edəcəklər. Məlum məsələdir ki, xəbərçiliyə görə, ölkəmizdə heç kim öldürülmür ya ailəsinə xətər dəymirBəs, axirət dünyasında necə?

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail