Toyuq-cücəyə möhtac İmişli stadionu və İmişli futbolu YAZI

24.06.2013 | 26611 dəfə oxunub

Hazırda Azərbaycan futbolu stadionlardan, bazadan əziyyət çəkdiyi bir vaxtda, ölkənin ən gözəl futbol arenalarından olan İmişli şəhər stadionu top və futbolçu üzünə həsrət qalıb. Əslinə baxsaq İmişli futbolunun tarixi bir qədər uzağa gedir, amma bizə uzaq tarix yox, hazırki durum daha çox maraqlıdır. Əsası 2004-cü ildə qoyulan “MKT Araz” futbol klubu Azərbaycan çempionatında çıxış etdiyi zaman özündən söz etdirməyi bacarmışdı. Dəfələrlə Azərbaycan çempionatının elitasında iştirak etmiş bu komanda qısa müddət ərzində iddialı bir komandaya çevrilərək Azərbaycan Kubokunun finalında oynamağa da macal tapmışdı.

Bununla yanaşı Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də isə UEFA İntertoto Kubokunda təmsil etmişdi. Baxmayaraq ki, hər iki cəhdi uğursuz alınmışdı. İmişli təmsilçisi barədə bir faktı da xatırlatmaq yerinə düşər ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının 2010-cu il noyabrın 26-da açıqlanan klublarının reytinq cədvəlində bu komanda XXI əsr üçün sıralamanın ilk onilliyi 131,5 xalla Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdu. Bütün bunlar 5 ildə qazanılan nəticələr idi.

Bu komandanın fəaliyyətini dayandırması da çox maraqlı idi. 26 iyul 2007-ci ildə Polşada “Qrotslin”ə 1:0 (ilk oyun 0:0) hesabıyla uduzaraq UEFA kubokunun ilkin təsnifat mərhələsində mübarizəni dayandıran klubun rəhbərliyi komandanın fəaliyyətinə xitam verdi. Klubun o vaxtkı prezidenti İkram Kərimli bunu komandaya sponsorluq edən şirkətin maliyyə problemləriylə üzləşməsiylə əlaqələndirmişdi. Bu isə bəhanədən başqa bir şey deyildi. Məsələ onda idi ki, İmişli klubuna himayədarlığı hazırda “Qəbələ”nin prezidenti olan Tale Heydərov edirdi. Onun adamları  isə bu klubda olan maliyyə yeyintilərini “boss”a çatdırdıqlarından, Heydərov əsəbləşərək “MKT Araz”ın fəaliyyətinə xitam vermişdi, əvəzində bütün diqqətini “Qəbələ”yə yönəldi. Bir fakt da danılmazdır ki, klub dağılan günü Heydərov “MKT Araz”a aid avtobusun təcili olaraq “Qəbələ”nin ixtiyarına verilməsini əmr etmişdi. Bu komandaya rəhbərlik edən klubun direktoru Mirheydər Səfiyev və baş menecer Ramiz Qarayev “MKT Araz”ı o qədər çapıb-talamışdılar ki, Tale bəydə səbr yeri qalmamışdı. Bax beləcə, iki şəxsin güdazına gedən təkcə “MKT Araz” olmadı. Nəticədə imişli şəhəri futbolsuz, azarkeşləri klubsuz qaldı. Onlar isə heç nə itirmədilər. Qazandıqları isə çox şey oldu və hələ də bundan bəhrələnərək yaşamaqdadılar.

Klub dağılandan sonra bəzi ümidlər vardı ki, İmişlidə futbol yenidən bərpa oluna. Axı bu şəhərin yeganə stadionu ulu öndər Heydər Əliyevin adın daşıyır. Məhz bu məqam yerli azarkeşlərin ümid yeri olub və qalmaqdadır da. Ancaq görünür ki, Azərbaycan futbolunun başında oturanlara İmişlidə futbolun olması və xalqın lideri olan Heydər Əliyevin adını daşıyan stadionda qonşuluqdan gələn toyuq-cücələrin eşənək atması maraqlı deyil.

İmişlidə son durumla bağlı xəbərləri isə ora yolu düşən əməkdaşımızdan öyrəndik. Onun sözlərinə görə, bazada hər şey olduğu kimi qalır. Otaqlardan kif iyi gəlir, trenajor zalını toz basıb, qazonda ot dizdəndir, qısası, hər şey baxımsız vəziyyətdədir. Amma diqqət, baxım olsa, böyük xərclər çəkmədən qısa müddət ərzində stadionu diriltmək olar. İmişli camaatı da futbol üçün çox “susayıb”. Əbəs yerə deyil ki, indi rayon əhlinin hamısı burada yeni klubun yaradılacağından danışır. Eşitdiklərimizə inansaq, yeni klubun adı da elə “İmişli” olacaq. Bunun yalan və ya doğru olacağını zaman göstərəcək. Fakt isə odur ki, Heydər Əliyev adına İmişli şəhər stadionu yiyəsiz, futbolsuz, topsuz, futbolçusuz, azarkeşsiz qalıb. Toz basıb, içində toyuq-cücə gəzişir. Hətta deyilənlərə görə, arada qazona qoyun-quzu da buraxırlar ki, ot heyf olmasın. 

Gözünüzü açın, AFFA rəhbərliyi. Dağda-daşda, dəniz kənarında, qayalıqda stadion tikdirib, gərəksiz yerlərdə süni futbol  meydançaları yaratmaq istəyirsiz, amma olmayacaq. Çünki quyuya nə qədər su tökürsən tök, bununla quyu dolmaz. İmişlidə isə futbol üçün hər şey var. Sadəcə yiyəsi yoxdu. Təbii ki, AFFA rəhbərliyi siz olanda, bir ölkənin futbolu Elxan Məmmədovun əlində oyuncağa çevrildiyindən, başqa nəsə gözləmək də ağılsızlıqdır.   

“Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail