Gedin, Erməni futbolçulardan dərs alın, milli üzvləri...

12.06.2013 | 10011 dəfə oxunub

Azərbaycan millisi Lüksemburqu "Baksel Arena"da uda bilməyəndə, (1:1) AFFA  rəhbərliyi bütün günahları atdı "Baksel"in üstünə ki, qələbə qazanmamaqda məhz onlar xəta ediblər. Soruşdular ki, ayə, bəs bunlar nə qayırıf? Dedilər, həmin gün arenada "Baksel"in seti yaxşı tutmadığından, millidə problem yaranıf, futbolçular oynaya bilməyifdi. Elə həmin gün AFFA-nın baş katibi Elxan Məmmədov başkan Rövnəq Abdullayevə deyib ki, bəlkə, "Baksel"i qovalıyax!? Başkanda alicənablıq edib, deyib: "Qovalasax nə dəyişəcək? Heç nə. Odey,  Ermənistan millisi də evində Maltaya uduzu. Bəhanə var, biz niçyə edirik, onlar uduzur".

Həqiqətən, Lüksemburqu uda bilmədikdən sonra tənqidlərdən qaçmaq üçün çox yaxşı bəhanə idi, Malta bizə təsəlli olmuşdu. Maltaya məğlubiyyətdən sonra erməni futbolçular az qala "xalq" və mətbuat tərəfindən düşmən elan edilmişdilər. Biz həmişə özümüzə böyük xalq demişik, amma böyüklüyü məhz erməni futbolçular göstərdi. Dığa dediyimiz bu futbolçular bütün tənqid və təhqirlərdən nəticə çıxararaq bir neçə gün sonra səfərdə Danimarka millisini 4 cavabsız qolla məğlub etdi. Onlar futbolu necə oynamaq lazımdı, necə oynayırlar, tənqiddən, hətta təhqirdən də necə nəticə çıxarmaq lazım gəldiyini hər kəsə göstərdilər. İlanın ağına da lənət, qarasın da. Bir erməni bəndənizin gözündə ancaq erməni olaraq qalır, onları futbolçularıyla böyütmək kimi bir fikrim də yoxdur. Heç bizimkiləri də kiçiltmək niyyətində deyiləm, amma onlardan örnək almalıdırlar, ya yox? Hansısa mənasız kubokda kasıb erməni klubunu məğlub edib, sonra erməniləri döyməklə iş bitmir. Heç olmaya, onlar kimi futbol oynamağı öyrənin. O zaman sizi onlarla müqayisə etmərəm, yoxsa, sizə elə erməni deyəcəm. Ya oynamayın, erməni olaraq qalın, ya da kişi kimi futbol oynayın, öz adınızla müraciət edim.

Sizdə, ermənidə olan qədər də qeyrət yoxdu?..


P.S. Təbii ki, sözüm hər futbolçuya aid deyil. Oyundan sonra azarkeşləri günahlandırmaqla da iş bitmir, kişi olub, kişi kimi futbol oynamaq lazımdı. Boşboğazlıq etmək yox...

Vüsal  BƏBİRLİ



  #2   Adınız: Pervin;   E-mail: ---

13.06.2013 00:03

qaqas lap duz edib yazib deyesen senin futboldan hec anlayisin
yoxdu a. foqts canina azar etsin onu bura ne ucun getirifler?
getiriblerki uqur qazandirsin. bacarmirsa cixsin getsn ele
ozumuzunku olanda da bele oynayirdilar da ay menasiz insan

  #1   Adınız: resad;   E-mail: [email protected]

12.06.2013 16:00

Necede menasiz yazidir. Yeni sen bu nece ilde basa dusmedinki,
Azerbaycan yaxsi futbolcu yoxdu. Foqts neynesin axi? Yaziq her
sey eliyir. Senin kimi savadsiz jurnalistler ise yazi xetrine
ele yazirsiz. Ayib olsun size

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail