“Qəbələ” nələr baş verir? YAZI

BƏZİLƏRİ FUTBOLÇU TRANSFERİNDƏN YAXŞI “QIRIRLAR”

10.06.2013 | 8762 dəfə oxunub

“Qəbələ” ötən mövsüm də avrokuboklardan kənarda qaldı. Halbuki Fatih Kavlakın gedişindən sonra baş məşqçi postuna gətirilən Ramiz Məmmədovdan komandanın böyük uğurlar qazanacağı gözlənilirdi. Qış fasiləsinə qədər hər şey yolunda idi. Hətta, əyalət təmsilçisi ilkaltılıqda da yerini ala bildi. Digər elita təmsilçiləri ilə müqayisədə qış hazırlığı dövründəQəbələAntalyada özünü yaxşı tərəfdən göstərə bilmişdi. Bunu qardaş ölkədə olan komandanın oyunlarını izləyən mütəxəssislər etiraf edirdi.

Hər oldusa, fasilədən sonra baş verdi. Elə bil qurd ağacı özünü içindən yeyər kimi komandada pərakəndəlik baş verdi ki, son da hər hey Ramiz Məmmədovun istefası ilə başa çatdı. Yeganə düşündürücü məqam ondan ibarətdir ki, gənc mütəxəssisin gedişinin səbəbləri müəmmalı qaldı. rəhbərlik, baş məşqçi tərəfindən buna münasibət bildirilmədi. Ramiz Məmmədovdan sonra isə komandada yenidən canlanma yarandı. Bu da bir daha sübut edirdi ki, onun komandada qalması bir çoxlarınafutbolçulara bəzi rəsmilərə sərfəli deyildi. Çünki, o, komandaya gəldikdən sonratəmizləmə əməliyyatına başlamışdı. Görünür, bundan qorxuya düşən bəzi futbolçular onları komandayacalaq edənlər növbənin onlara çatacağınından hürkərək, qəsdən zəif oynamağa başladılar. Yəni, plan baş tutduRamiz Məmmədovun gedişinə kimtorbahazırlayıb bu plan kimlər tərəfindən irəli atılıb? Nəyə görə bütün günah baş məşqçinin üzərinə atılırdı? Kimsə qurban getməli idi həmin adam Ramiz Məmmədov olduBütün bu uğursuzluğun fonunda isə klubun rəhbər vəzifəsində qərar tutan şəxslərdən heç birinəgözün üstə qaşın vardeyən olmadı. Məgər, komandanın göstərdiyi nəticələrə onlar da cavabdeh deyillər?

Bu vaxta qədərQəbələbaş məşqçiləri növbə ilə sıralayıb. Ancaq klubda məsul vəzifə tutan şəxslər olduğu kimi qalır. Çox maraqlı bir tendensiya hökm sürürƏgər, bir komanda mövsüm ərzində baş məşqçiləri əlcək kimi dəyişirsə, bunun komandaya xeyri yoxdusa, deməli, işlər yuxarıda düz getmir. Görəsən, klub rəhbəri Tale Heydərov həmin şəxslərdən bu uğursuzluğun səbəbini soruşubmu? Məlum məsələdi ki, bu, baş verməyib. Əgər, həmin adamları məşhər ayağına ya dar ayağına çəksəydi, indi yumşaq kreslolarında rahat əyləşməzdilər. Yenə eyni simalar, yenə eyni şəxslər. İndi yeni metoda əl atıblar. Çıxış yolunu baş məşqçi postuna tanınmışalkaşləqəbli Yuri Syomini gətirməklə öz günahlarını yumaq istəyirlər. Ancaq başa düşmürlər ki, yenə onların xisləti komandanı irəli aparmaq deyil, zərbə vurmaqdı. Syomini rusvodkasına qonaq edib başını bişirəcəklər istənilən transferləri həyata keçirməklə ciblərini yaxşıca dolduracaqlar. Yuri Syominlə komanda Toni Adams kimi uçuruma yuvarlanacaq. Əvvəl İngilisalkaşına tapşırılanQəbələ”, indi rusa əmanətdi. Rusiya içkisi dünyada yaxşı tanınır. Yura dayı da içkidən vura-vura özünü Qəbələnin gözəl məkanlarında tapacaq. Yəqin ki, içkidən başı ayılmayan mütəxəssisin komandada ömrü uzun sürməyəcək. Bu vaxta qədər məşqçiləri növbə ilə yola salanQəbələona da bir vedrə bağlayacaq. Özü içi doluBeluqailə. qədər ki, klubun məsul vəzifələrində oturan şəxsləri dəyişməyibsə, komanda uçuruma yuvarlanacaq. Zaur Əzizov kimi menecerlər qədər orada kök salıbsa, “Qəbələnin uğrundan danışmağa dəyməz. Klub rəhbəri Tale Heydərov istəyirə komandası uğur qazansın, indidən sərt addımlar atmalıdı. “Qəbələnin pullarını sağa-sola xərcləyən bunun hesabına ciblərini  dolduranları vaxtında üzə çıxarmalı ifşa etməlidi. Əks halda  “Qəbələni taleyiMKT Arazkimi olacaq.

Komandada futbolçu seçiminin aşağı səviyyədə olması, transfer olunan əksər legionerlərin yerlilərdən heç səviyyəli olmaması da göz önündədi. Səbəb isə sadədilegionerlərin transferlərindən yaxşı pul tutmaq olur. Bu menecerlərə aiddi. Görəsən, baş məşqçisi bilinməyən komandaya futbolçu transfer etmək dərəcədə məntiqə uyğundu. Qəzetimizin ötən sayında bu mövzuya geniş yer ayırmışdıq. Bir daha soruşuruq, əgər Syomindən əvvəl komandaya gətirdiyiniz futbolçu birdən onun xoşuna gəlməsə, olacaq? Futbolçudan imtina edə bilməzsiniz. Çünki, artıq müqavilə imzalanıb. Buna ad vermək olarqeyri-peşəkarlıq? Əsla. Bu işin içində olanlar öz işlərinin hər yönünə yaxşı bələddilər. Sadəcə, həmin transferləri etməklə klubu deyil, özlərini düşünürlər. Təki pul olsun.

Het-trik news

P.S. Mətbuata açıqlamasında rus baş məşqçi bir neçə həmvətənini Qəbələyə gətirəcəyini açıqlamışdı. Deyilənə görə, onun gözaltı etdiyi futbolçulardan birinin az, çox – 39 yaşı var. Bir ildə gözləyib, həmin futbolçuya yubiley hədiyyəsi olaraq 5 illik müqavilə təklif edərdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail