“Boz ip” axtarıram YAZI

10.06.2013 | 10096 dəfə oxunub

Cümə günü millinin Lüksemburqla oyununu canlı izləmək üçün əməlli-başlı hazırlaşmışdım. Çoxdandı qələbəsinə möhtac qaldığımız komandamızın gözlənilən qalibiyyətinə canlı şahid olmaq üçün. Amma əlahəzrət yuxu imkan vermədi. 2-3 saatlığa gözümün acısını almaq istəyi stadiona getməyə imkan vermədi. Yaxşıda ki, vermədi. Oyunu televiziya vasitəsilə izlədim. İnsafən ilk hissə komandamız pis oyun göstərmədi. Amma ikinci yarıda... dalağımdan sancı qalxdı. Yox, yox sözün həqiqi deyil, məcazi mənasında. Qonaqların ardıcıl bir neçə təhlükəli hücumundan sonra anladım ki, qələbə qazanmaq çətin olacaq. Berti amcanın etdiyi uzaqgörən taktiki gedişlər sayəsində 3 xal itirmədik, 1 xal qazandıq. Buna da şükür! Allaha ağır getməsin, heç bilmirəm şükür etməyə dəyərmi?

Oyun haqda uzun-uzadı yazmaq fikrim yoxdu. Əsas diqqəti matçsonrası keçirilən mətbuat konfransına yönəldəcəm. Berti amca dedi ki, çoxlu qol epizodları yaratdılar, onlardan istifadə olunsaydı, qələbə qazanardıq. “Nənəmin bığı olsaydı, baba deyərdim”. Soruşan lazımdı, kim istifadə etməlidi? “Bəxtiyarfilmindəki Ağabala müəllimin sözü  yadıma düşdü: “Kim oxuyacaq? Mən?”.  Kim qol vurmalıdı? Mən? Ona qalsa Şimali İrlandiya ilə oyunda azı 5-6 top fərqi ilə məğlub olmalı idiniz. Amma Asif Bağırovun sözü olmasın AĞbirçək TÜKəzban xalanın sayəsində 1 xalı toy-bayram edirdiniz. Berti amca daha sonra son dəqiqədə rəqibin yüz faizlik qol imkanından istifadə etməməsini dilə gətirərəkhətta məğlub da ola bilərdikdeyir. Ola bilərdiniz yox, oldunuz. Qana dönsün o bir xal. Ərazisi Bakıdan kiçik, əhalisi cəmi yarım milyon olan indiyə kimi komanda, yığma səviyyəsində heç bir uğura imza ata bilməyən cırtdanlasülh bağlamaqməğlubiyyətdən betərdi.

Yadıma bir el məsəli düşdü – “boyuna boz ip ölçüm”.  Biz tərəflərdəGəncədən üzü Gürcüstana qədər olan ərazini nəzərdə tuturambelə bir deyim var. Adətən, bir işi bacarmayan, yarıtmayan, səhv hərəkət edən adamlara deyirlər. Aran rayonlarındaboz ip” “qamışla əvəz olunur. Yəni, “boyuna qamış ölçüm”. Məktəbdə oxuyarkən, yay tətili başlayan kimi atam qardaşımla məni Tovuzakəndimizə göndərərdi. İstəsək , istəməsək , bu, yazılmamış qanun idi. İlk dəfə bu sözü orada eşitmişəm. Mənasını babamdan soruşanda belə izah etmişdi ki, “bala, ölən adamı dəfn etmək üçün onun boyunu ölçürlər ki, bilsinlər qəbiri hansı ölçüdə qazsınlar. Keçmişdə metrə yox idi. Ona görə, mərhumu iplə ölçürdülər. İpin rəngi boz olduğu üçün elə adıboz ipqalıb”. Həyət-bacada həmin ipdən o qədər idi ki. Yeri gəlmişkən, “boz ipin başqa adı da var – “çatı”. Çatıdan adətən, heyvan örükləmək, nehrə çalxalamaq, coma qurmaq başqa məqsədlər üçün istifadə edirdilər. Təkcə, ölü boyu ölçmürdülər. Axı artıq metrə var idi.

Babamın adı Ağca oğlu Göycə idi (“Göyçəilə səhv salmayın). 80 ildən çox yaşadı. Dünyasını dəyişəndə vücudu ilə torpağa Böyük Vətən Müharibəsində almanlardan aldığı ömrünün sonuna kimi yadigar saxladığı 4 “oskolu apardı. Kişinin heç yatsa yuxusuna da girməzdi ki, nəvəsi vaxtsa Berti adlı almana qarşı olacaq. Təkcə mən yox, 99 faiz futbol ictimaiyyəti. Allah sənə rəhmət eləsin baba! Sən qalib gəlmişdin, inşaallah biz istəyimizə çatarıq.

. “Boz ipdən danışırdım. Kimdəboz ipvar? Özümü asmaq üçün yox, bəzi ölçüləri götürmək üçün lazımdı.

İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail