“Baksel Arena”da “seti” tutmayan milli YAZI

10.06.2013 | 11076 dəfə oxunub

Cümə günü Azərbaycanın şanlı futbol səlnaməsinə daha bir tarix qızıl hərflərlə yazıldı. Milli komandamız böyük futbol ölkəsi olan Lüksemburq seçmə komandasından “Baksel Arena”da bir xal qoparmağı bacardı. Elə bu münasibətlə də, oyun başa çatandan sonra mətbuat konfransında əzizimiz olan Berti Foqtsu ayaqlar üstə alqışlamağı həmkarlarıma təklif etdim. Hörmətli Kənan Məstəliyev “yaxşı fikirdi, amma bu adam çox abırsız insandı, elə biləcək ki, ondan xoşumuz gəldiyi üçün belə edirik” deyərək, təşkilatçı olduğum işin alınmasına mane oldu. Foqts əmi gəldi mətbuat konfransına, başladı gözəl futbol fikirləri söyləməyə və hamı heyranlıqla ona tamaşa edirdi. Birdən ağlıma gəldi, söz alıb, sual verdim: “Aydın (tərcüməçi) xahiş edirəm, sözlərimi olduğu kimi tərcümə et. Cənab Foqts, əvvəlci sizi və başçılıq etdiyiniz komandanızı Lüksemburq kimi böyük futbol ölkəsindən doğma meydanda da bir xal qoparmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Və sual edirəm ki, belə ölkəyə qarşı 3 xal üçün meydana çıxsaz da, iki dayaq yarımmüdafiəçisi oynadırdız, niyə?” Foqts əmi əvvəlcə heç utanıb eləmədən, heç arsızlıq keçirmədən də, ingilis, rus və alman dillərində mənə “çox sağ ol” dedi. Allah səndən razı olsun. Sualın da cavabında deyir ki, sistemi dəyişə bilməzlər, onun üçün belə oynadıb komandasını. Bəndəniz üçün çox maraqlıdır, Foqts kimi bir böyük məşqçi, belə bir oyunda taktiki gediş edə bilmirsə nə üçün ona “böyük məşqçi” deyirlər? İnanın, onun böyük məşqçi olduğuna bir az şübhələrim yaranıb. Alman hoca ki, Rüfət Dadaşovu əvvəldən sona kimi oynadıb əvəzində formada olan oyunçuları ehtiyatda saxladısa, daha ona sözüm yoxdu. Foqtsdan çıxmaz iş, nədənsə bu dəfə millinin oyununa heç bir müdaxilə etmədi. Biz onun uğurlu müdaxilələrini, taktiki manevrlərini Rusiya, Portuqaliya kimi milli komandalara qarşı oyunlarda görmüşdük, amma bu dəfə şahidi olmadıq. Bir məsələ də var da, olsun ki, o ölkələr zəiflərdəndir axı, yəqin bu dəfə rəqib çox güclü olub...  Başqa bir məsələ də var, oyun zamanı açıq-aydın görünürdü ki, milli birdən qızışır, hücum edir, birdənsə elə bil elektrik kəsilir, işıqlar sönürmüş kimi, hücumlar yarımçıq dayanırdı. Bilirsiz niyə? “Baksel Arena” millinin seti olduqca zəif tuturdu, bütün günahların hamısı “Baksel”dədir. Yarandığı gündən bəri bu zibil set problemin həll edə bilmirlər. Axırda milliyə də təsir etdi. Konkret olaraq millinin seti yaxşı tutmurdu.

Vüsal BƏBİRLİ, “Het-trik news”

P.S. Dünən xəbər tutdum ki, sən demə, AFFA rəsmilərindən biri – AFFA-nın Marketinq və Reklamlar departamentinin rəisi Cavid Qarayev “istefa” qışqıran azarkeşləri söyüb. Üzünü azarkeşlərə tutan bu gədə “nə qışqırırsız ə, gic...” deyib. Düzmü edib? Elxan Məmmədov açıqlamasında deyib ki, düz edib, lap əlinin içindən gəlib, hələ az söyüb, gərək daha kəskin ifadələrdən istifadə edəydi. Qardaşlar, günah sizdədi, Lüksemburq kimi komandanı uda bilməyən millinin oyununda nə azarınız var? Utanmayın, millinin oyununa gəlməyin, qoyun utansınlar. Belə biabırçılığa son qoymağın bundan başqa yolu yoxdu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail