Peşəkarlığınıza... quzu kəsim YAZI

10.06.2013 | 8163 dəfə oxunub

Bu həftə “nədən yazım” sualı üzərində xeyli baş sındırmalı oldum. Çünki “tema” N qədər idi. AFFA-nın Türkiyə Superkubokundan imtina etməsi, millimizin növbəti biabırçılığı, Ruslan Abışovun qeyri-peşəkar açıqlaması, “Neftçi”də baş verən qəribə olaylar və s. və i.a. Amma yekunda qərara gəldim ki, bütün bunları “mix” edib, yenə də qeyri-peşəkarlıqdan cızma-qara edim. Əslində, 2 həftə ardıcıl qeyri-peşəkarları qınamağım səbəbsiz deyil.  Ötən həftə yazdığım “Qeyri-peşəkarların peşəkarlıq sevdası” adlı yazı özümə ləzzət elədi. Yox, bunu “risovkalıq” kimi qəbul etməyin. Mən nə öz yazısını bəyənlərdən, nə də yazıb, sonra müxtəlif adlardan öz yazısına “komment” göndərənlərdənəm. Özümü heç peşəkar köşə yazarı da hesab etmirəm. Çünki mənim üçün bu günə kimi idman mətbuatında bircə əsl köşə yazarı olub ki, o da rəhmətlik Adil Qaçayoğlu idi. Ondan sonra mənim özümə köşə yazarı deməyim, pis də çıxmasın, Ədalət Şükürovun özünü Rəşid Behbudovla bir sıraya qoymasına bənzəyər.  Rəhmətlik Adil bəyin yazıları ilə “525-ci qəzet”in veteranlarından olan Aydın Bağırovun sayəsində tanış olmuşam. Onunla ilk və sonuncu görüşümüz də (çox təəssüf ki, tanrı Adil bəyi aramızdan tez apardı) elə “525”in redaksiyasında baş tutdu. Amma günlərində birində Aydın mənə “Adil bəy, sənin Zidan haqqında yazını bəyənib” deyərkən, göydə uçurdum. O cür köşə yazarından xoş söz eşitmək nəyə desən dəyərdi. Uzun sözün qısası, Adil Qaçayoğludan sonra idman mətbuatında əsl köşə yazarı görməmişəm və bu gedişlə heç görməyəcəm də. Adil bəy, söz ustası idi, o sözün həqiqə mənasında sözlə oynamağı bacarırdı. Daha indikilər kimi kiminsə “şey”indən, “zad”ından yazmırdı.    Ötən həftəki yazımı tam başqa məqama görə bəyəndim. Belə ki, yazıdan 1-2 gün sonra “Futbol+” qəzetində “Bakı”nın baş meneceri Zeynal Məmmədovun (bəlkə də baş menecer vəzifəsinin qarşısında sabiq yazmalıydım. Çünki deyilənə görə, “Bakı” rəhbərliyi tamamilə istefaya göndərilib. Amma buna inanmıram. Çünki bu hal bundan öncə də bir neçə dəfə yaşanıb və bütün hallarda klubun prezidenti Hafiz Məmmədov başda doğma qardaşı Zeynal bəy olmaqla digər rəsmilərin də günahından keçib. Ona görə bu dəfə də eyni ssenarinin təkrarlanacağına inanıram) açıqlamaları ilə tanış olarkən gözlərimə inanmadım. Zeynal bəy, təxminən belə demişdi ki, Rəşad Abdullayevlə hələ müqavilə imzalayıblar. Bunun üçün yeni baş məşqçinin yolunu gözləyirlər. Onun haqda məşqçi qərar verəcək. Bu sözləri oxuyandan sonra dedim ki, deyəsən yazını oxuyub və nəticə çıxarıblar. Axı qeyd etmişdim ki, Əfran İsmayılovla müqavilə imzalanması qeyri-peşəkarlıqdı. Birdən yeni baş məşqçi Əfranı bəyənməsə, necə olacaq? Çox şükür ki, “Bakı” rəsmiləri gec də olsa ayılıblar və Əfranla bağlı yalnışlığı Rəşad Abdullayevdə təkrarlamayıblar. Buna görə onlara “əhsən” düşür. Kaş ki, digər klublarımız da belə qısa zaman kəsiyində peşəkarlaşmağa cəhd edərdilər.  Amma təəssüf ki, “Neftçi”də bu gedişlə peşəkarlığın heç “karlığ”ı da qalmayacaq. Axı, hər dəfə sayta xəbər qoyanda “Neftçi”nin qabağına PFK (yəni ki Peşəkar Futbol Klubu) yazmaqla, peşəkarlıq olmur. Peşəkarlığı əməldə sübut etmək lazımdı. Ötən mövsüm lazımı transferlər və qazanılan tarixi nəticə ilə “ağ-qaralar” hər kəsin rəğbətini qazandı. Amma bu il komanda ötən mövsüm qazandığım “bravo”ları xərcləməklə məşğuldu. Söhbət heç “Neftçi”nin kriminal kluba çevrilməsindən də getmir. Burada söhbət komandadakı “yarpaq tökümü”ndən gedir. Komandada əməlli-başlı pul davası gedir. Vobay artıq Kiprə getmək üzrədi. Deyilənə görə, APOEL-dən yaxşı təklif alıb. Ramos ötən mövsüm göstərdiyi stabil oyunu gözə soxaraq, daha yaxşı şərtlər tələb edir. Kanales isə qiymətini “dvaynoy” artırıb. N qədər qol vurduğunu qabardan çilili hücumçu ötən mövsüm aldığı 300 min dollarla qane deyil və indi rəhbərlikdən 550 min tələb edir. Bu, belə də olmalıydı. Günah təbii ki, “Neftçi”dədir. Daha doğrusu, adını çəkdiyim həmin əcnəbilərlə cəmi 1 illik müqavilə imzalayan klub rəsmisində. Əslində bu 1 il söhbəti tək “Neftçi”nin bəlası deyil. Yəqin ki, əcnəbilərlə 1 illik müqavilə imzalayanlar aldıqları oyunçunun zay çıxmasından ehtiyatlanırlar. Ya da qorxurlar ki, 2-3 illik müqavilə imzalayıb, Borets və Savinovdan canını qurtara bilməyən “Bakı”nın gününə düşərlər. Bir sözlə, vəziyyət olduqca mürəkkəbdir. Çempionlar Liqasının qrup mərhələsinə iddia edən komanda “onurğa sütunu”nu itirmək üzrədi. Vobay, Kanales, Ramos kimi futbolçuları itirəndən sonra “Neftçi”nin ÇL-in qrupuna düşməsi bir yana, heç keçənilki uğurunu təkrarlayacağı inandırıcı deyil. Hər nə qədər Tahir Süleymanov “lazım olsa, onlardan da yaxşını gətirərik” desə də, inanmayın. Birincisi, gətirənsiz elə gətirin də. Daha niyə Ramos, Vobay və ya Kanalesin əlində gilinc olmusunuz? İkincisi də ki, 200-300 minə onlardan da güclü oyunçu tapmaq mümkün deyil. Qiymətlərdən xəbərimiz var. Klublarımıza baxanda AFFA-nın vəziyyəti daha kritikdi. Əminliklə söyləmək olar ki, AFFA-dakılarda peşəkarlığın dozası artıq qıcqırıb. Təsəvvür edin ki, Lüksemburq millisinin baş məşqçisi Lük Holtsun mətbuat konfransında azərbaycan dilini bilən təcrüməçi olmayıb. Mənim kimi fransızcası “0” olan həmkarlarımız da matdım-matdım Holtsun sifətinə baxıblar ki, görəsən, nə deyir. Sonra da AFFA-nın ən çox işləyən əməkdaşlarından olan Mikayıl Nərimanoğlu günahı atıb, hansısa tərcüməçinin boynuna.  Hələ mən AFFA-nın Türkiyə Superkuboku uğrunda matçdan imtina etməsindən danışmıram. Deyirlər ki, klublarımızın avrokuboklar oyunları, eləcə də hərbçilərin dünya çempionatı var. Hə, bir də deyəsən, Maltayla yoxlama oyunumuz. Bütün bu sadaladıqlarımı tərəzinin bir gözünə qoysaq, “Qalatasaray” – “Fənərbaxça” derbisinin heç beşdə biri etməyəcək. Kimə lazımdı hərbçilərin dünya çempionatı, ya da Malta ilə oyun? Lüksemburqu uda bilmirlər, Maltanı gətirirlər ki, 2-3-ünü vurub, “futbolumuzda inkişaf  var” deyib, goplasınlar. Guya camaat kordu. Öz meydanında Lüksemburqu uda bilməyən yığmadan nəsə gözləməyə dəyər? Əsla! Superkubokdan imtina etdiklərinə görə, AFFA-dakıları da qınamıram. Yəqin qorxublar ki, “Fənərbaxça”nın “oxrana”ları “Qalatasaray”lıları döyər, biz də zibilə düşərik. Ümumiyyətlə, Azərbaycan millisindən danışmağa dəyməz. Özümə söz vermişəm ki, Foqts və onun “day-day”ları əlini yığmadan çəkməyənə qədər Azərbaycanın 1 nömrəli futbol komandasından geniş yazmayacağam. Sadəcə Elxan Məmmədova demək istərdim ki, Coko Haciyevskini millidən kənarlaşdırarkən bəhanə gətirdiz ki, Qazaxıstanla qolsuz heç-heçə oynadıq və bu nəticəyə görə də makedoniyalı, sözün həqiqi mənasında mütəxəssis olan Coko postundan uzaqlaşdırıldı. Yaxşı, bəs, 2 oyunda Lüksemburqu uda bilməyən baş məşqçini niyə saxlayırsız? Millinin Lüksemburqu uda bilməməsi AFFA rəsmilərinə də pis təsir edib. Marketinq, nə bilim nə departamentinin rəhbəri Cavid Qarayevin təzyiqi necə qalxıbsa, “istefa” qışqıran azarkeşləri söyüb. Berti Foqts kimi baş məşqçisi olan, Lüksemburq kimi komandanı uda bilməyən millinin oyununda axı azarkeşin nə işi var ki, sonra da söyülsün? Bu biabırçılığa son qoymağın yalnız 1 yolu var – millinin oyununa getməmək. Eybi yoxdu, qoy Azneftin işçiləri doldursun stadionu. Onları nə söyən olacaq, nə də döyən. Həmin Cavid Qarayevə isə üzümü tutub, demək istəyirəm ki, görəsən, nə vaxtsa cibindən 1 manat pul xərcələyib və Azərbaycan millisinin oyunna bilet alıb? Söyülməyə layiq Azərbaycan millisini bu günə salanlardı. Günah heç futbolçularda da deyil. Necə olur ki, Foqtsun bəyənmədiyi, ağız büzdüyü futbolçular Helsinkidə Finlandiyanı, Bakıda Belçikanı “sürüyə” bilirlər, amma Lüksemburqu uda bilmirlər?  Ruslan Abışov da oyundan sonra çıxıb deyir ki, “bu cür azarkeşlər bir daha stadiona gəlməsinlər”. Başa düşmədim Ruslan? Kimsə stadiona gəlib-gəlməmək üçün səndən icazə almalıdır? Abışovu hər zaman normal insan kimi tanımışıq. Amma “Rubin” deyəsən, onu da yoldan çıxarıb. Ya elə bilirsən ki, qol vurmusansa hər nə istədiyini deyə bilərsən? Yox, Ruslan yanılırsan. Unutma ki, azarkeş pul verib, bilet alırsa, millidən nəticə tələb etməyə də haqqı var, istefa qışqırmağa da.

Şahin ZÜLFÜQAROV, “Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail