“Turan”ın çempionluğunun 19 yaşı 2-ci yazı

21.05.2013 | 10246 dəfə oxunub

Əvvəlcə ötən sayımızda yazdığım xatirələrlə bağlı bir neçə məqama toxunmaq istəyirəm. Birincisi, diqqətsizliyim üzündən yazının əvvəlində Vəli Hüseynovun əvəzinə Vəli Qasımovun adı çəkilib. Həmin vaxt Vəli Qasımov Tovuzda yox, İspaniyada – “Betisin heyətində çıxış edirdi. Səhvimiüzümə vuranAsif Bağırov oldu. İkincisi, yazıda adı çəkilən azarkeşPosunun əsil adı Vahid Sadıqovdu. nəhayət, komandanın şəhid olan futbolçusu, rəhmətlik Vaqif Tağıyev Xatınlı kəndindən yox, Əlimərdanlı kəndindən idi. Bunları isəTuranın keçmiş əməkdaşı Rasim Əliyev ilə dəqiqləşdirdim. Bu dəfəki yazıya da elə Rasim Əliyevlə bağlı hadisə ilə başlamaq istəyirəm.

Oyundan əvvəl rayonun imkanlı hörmətli şəxsləri futbolçulara komandaya müxtəlif həvəsləndirici  mükafatlar vəd edirdilər. Puldan başqa müxtəlif əşyalar da mükafatınmenyusuna daxil idi. Məsələn, keçən dəfə dərzi Tahirinlaykasından bəhs eləmişdim. Oyunların birində 2-3 nəfər Rasimə yaxınlaşır. Üst-başlarından təbii ki, adi rayon adamları olduğu hiss olunur. Onlardan biri Rasimə komandanın qələbəsi üçün mükafat vermək istədiklərini bildirir. Rasim məbləği soruşduqda isə aldığı cavab onu çox təəccübləndirir. Demə, bu insanlar ovçuluqla məşğul olurmuşlar. Oyun günü yaxşı bildirçin ovlayıblar qərara gəliblər ki, komandaya qələbə qazanacaqları halda bir neçə bildirçin hədiyyə etsinlər.

***

Bir dəfə Rasimə qəşəngatıblar”. Deməli, adını çəkməyəcəm, rayonun çox hörmətli şəxslərindən biri oyundan əvvəlTuranın qalib gələcəyi təqdirdə futbolçulara 5 min rubl pul verəcəyini bildirir. Rasim bunu böyük həvəslə stadiona elan edir, hamı da həmişə olduğu kimi əl çalır. Oyun qurtarır, “Turanqalib gəlir. Həmin hörmətli şəxs heç olmayıbmış kimi, pulu vermədən stadionu tərk eləyir. Oğul istəyirdim ki, onun dalınca gedib desin kiay, filankəs müəllim, pulu verin?” (LapBəxtiyarfilmində olduğu kimi) Rasim abır-həyasına sığınıb pul-zad istəmir. Bir qədər sonra başda Vidadi Rzayev olmaqla bir neçə futbolçu gəlirlər Rasimin yanına ki, bəs, 5 mini ver. Hardaydı, Rasimdə o qədər pul ki, Filankəs müəllimin yerinə ödəyərdi? isə, “başına gələn başmaqçı olardeyiblər. O gündən etibarən Rasim pulu əlinə almamış elan-filan vermirmiş.

***

“Turan”ın hər qələbəsindən sonra bir qrup azarkeş düşürdülər meydançaya və əllərində bayraqlar, zurnanın sədaları altında stadionda bir neçə dəfə dövrə vururdular. Bu mənə haradasa SSRİ dövründəki 1 May paradını xatırladırdı. Sonra isə gəlib dayanırdılar fəxri lojanın qarşısında. Zurna-nağaranın sədası yayılırdı bütün rayona, azarkeşlər əl qaldırıb oynayırdılar. “Yuxarıdaoturanlar isə bu dəfə başlayırdılar özlərini göstərməyəoynayanların başına şabaş yağdırırdılar. Bir sözlə əməlli-başlı bayram ab-havası olurdu.

***

Tovuzlu azarkeşlərin möhtəşəmliyi barədə daha bir misal çəkəcəm. Musa Qurban  Qurbanov qardaşlarının ZaqatalanınDaşqınkomandasında oynadıqları vaxtlar idi. O vaxtlar indiki kimi komanda səfər oyununa 1-2 gün əvvəl getmirdi. Elə matçın başlamasına bir neçə saat qalmış stadiona təşrif buyururdular. “DaşqınTovuza gələndə zaqatalalı futbolçular avtobusdan enən kimi yerli fanatlar başlayıblarTuranı dəstəkləməyə, ta ki oyun bitənə kimi. Sonradan Tovuzda oynadığı vaxtlarda Qurban özü etiraf etmişdi ki, ilk dəfə idi ki, belə azarkeş kütləsi ilə qarşılaşırdı. Həmin oyundaDaşqının uduzmasına səbəb kimi isə, məhz azarkeşləri göstərmişdi.

***

Bu yaxınlarda “Het-trik news”də dünya futbolunda baş verən bir çox maraqlı hadisələrdən bəhs edən “Futbolun maraqlı anları” başlığı ilə silsilə yazılar dərc olunmuşdu. Əməkdaşımız Nemət Ağayevin tərcümə etdiyi həmin materialabəzək-düzəkverərkən bir hissə yadıma bir qədər sonra nəql edəcəyim hadisəni saldı. Belə ki, Latın Amerikası ölkələrinin birində oyun zamanı meydançaya bir neçə paraşütçü düşür. Onlardan biri qapıçının topu tutmaq istədiyi vaxt onunla toqquşur top qapıdan keçir. Hakim isə qolu qeydə alır. Tovuzda da buna bənzər hadisə baş vermişdi. Amma meydana paraşütçü yox, daha böyük nəsnəvertolyot (indi çoxlarıhelikopterdeyir. Amma mənə daha çoxvertolyotdoğma gəlir) düşmüşdü. Bu olay hələ mən Tovuzda olmamış, həm Turanın çempionluğundan əvvəl baş versə maraqlı olacağını nəzərə alaraq bölüşmək istəyirəm.

Tovuzun cəbhə bölgəsi olduğu hamıya məlumdu. Atəşkəsdən əvvəl şəhər stadionu təkcə futbol üçün yox bir çox başqa məqsədlər üçün nəzərdə tutulmuşdu. Məsələn, yaxınlıqda aerodromun olmaması üzündən hərbi mülki vertolyotlar birbaşa meydançaya eniş edirdilər. 1992-ci ildəTuranBakınınİnşaatçıkomandasını qəbul edirdi. Oyunun gedişində heç kimin gözləmədiyi halda meydançaya vertolyot düşür. Tovuzlular buna adi baxsalar da, bakılılar əməlli-başlı təəccüblənirlər. Hətta bir qədər qorxurlar. Həmin vaxtTuranhücumda imiş. Vertolyot isəTuranın qapısının yaxınlığına eniş edibmiş. Matçın hakimi vəziyyəti düzgün qimətləndirərək, oyunu saxlamır, Bir qədər sonra vertolyot stadionu tərk edir. Deyirəm yazıq Nemət hardan bilərdi ki, futbolun əsl maraqlı anı o vaxt Tovuzda olub. Qınamıram, həmin vaxt stolun altından düz keçdiyi vaxtlar idi.

***

Həmin dövrlər həm respublikada, həm Tovuzda camaatın durumu yaxşı deyildi. Rayonda əhalənin güzəranı həddən artıq ağır idi. Qaz gəlmirdi, işıq fasilələrlə verilirdi, suyu xüsusi maşınlar pulla gətirirdilər. Ən böyük problemlərdən biri çörəklə bağlı idi. Rayon qeydiyyatında olanlara SSRİ dönəmində ət yağın talonla verildiyi kimi çörəkpayokla paylanırdı. Hamının öz payı var idi. Mən isə qohum-əqrəbanın payına ortaq olurdum. Bir yandan da erməniqradları. Amma bütün bu çətinlikləriTuranazacıq da olsa unutdururdu. Komandanın uğuru əhalini bir qədər gələcəyə nikbin baxmağa sövq edirdi. Tovuzda olduğum 9 ayı bibimgildə qalmışam. Doğrudu, o vaxtkı baş məşqçimiz Xanoğlan Abbasov klubun bazasında otaq olduğunu, orada qala biləcəyimi demişdi. Amma rəhmətlik atam 17 yaşlı gəncin özbaşına qala bilməməsindən ehtiyatlanaraq məni bacısına əmanət etmişdi. Ötən dəfə qeyd etdiyim kimi, komanda yoldaşım Vüqar Fərhadovla bir sinifdə oxuyurdum. Rayondakı sosial vəziyyət təhsilə öz təsirini göstərirdi. Heç 10 dəqiqəlik dərs haqqında eşidibsiniz? Zəng vurulan kimi müəllim başlayırdı mövzunun izahına, qurtarmamış dərs bitirdi. 5 dəqiqəlik tənəffüsləri nəzərə alsaq 6 dərsimiz uzağı saatyarıma başa çatırdı. Bir görürdün ki, dərs vaxtı erməninin atdığıqradın səsi gəlir. Hamı tökülüşürdü bayıra. Birdənqradməktəbə düşər. Üstəlik payızda yazda bütün şagirdlər kolxoz işlərinə cəlb olunurdular. Payızda üzüm yığmağa, yazda isə yer belləməyə. Vüqarla mən məşqi bəhanə gətirərək aradan çıxırdıq. Düzünə qalsa, müəllimlərimiz bizim kələklərimizdən xəbərdar idilər. AmmaTuranda oynayırdıq deyə, üzə vurmurdular.

***

Hamı həmin illərkiTuranı Vidadi Əhmədovla yanaşı xatırlayır. Çoxları elə bilir ki, komandanı Vidadi müəllim yaradıb. OnunTuranüçün elədikləri danılmazdı. AmmaTuranın yaranması ideyası tamam başqa adamın adı ilə bağlıdı. Həmin kəs Məzahir Tağıyevdi. Soyadımızın eyni olmasına baxmayaraq, qohum deyilik. Ümumiyyətlə Tağıyev soyadı Tovuzda geniş yayılıb. Digərlərini bilmirəm, bizim nəsildə babamın babasının babasının adı Tağı olub. Özü papaqçı imiş. Elə bizim nəsili Papaqçılarnəsli kimi tanıyırlar. Kəndimiz Çeşməli sovetliyinə daxildi. isə... Məzahirdən danışacaqdım.  1991-ci ilin sonlarında Məzahir Tağıyev rayonun imkanlı hörmətli şəxslərindən biri olan Vidadi Əhmədovun yanına gedərəkTuranklubunu yaratmaq istədiklərini bildirir bunun üçün sponsora ehtiyacı olduqlarını deyir. Təbii ki, razılıqdan sonra Vidadi müəllim olur prezident, Məzahir müəllim isə klubda bir çox vacib işləri görməyə başlayır. Düzü, vəzifəsi dəqiq yadımda deyil. Amma dəqiq yadımdadı ki, pul işinə o baxırdı. İndi olduğu kimi həmin vaxtlarda da qələbəyə görə mükafatlar verilirdi. Hər oyundan əvvəl Məzahir müəllim uşaqlara deyirdi ki, bu oyun üçün qələbə olacağı təqdirdə hər futbolçuya filan qədər pul verəcəyik. Üstəgəl aylıq maaşlarımız. Hamı da canla-başla çıxırdı oyuna. İnsafən pis nəticə göstərmirdik. Tovuzda oynadığımız oyunların əksəriyyətində qələbə qazanırdıq. Səfərdə isə, hamısından olurdu. Toplayanda xeyli alacağımız var idi. Amma vaxt Məzahir müəllimdən pul soruşanda, deyirdi ki, hələ yoxdu. Bəlkə yaşlı futbolçulara pul çatırdı, amma uşaq-muşağın başını aldatmağa vardı ki. Bu xasiyyəti bir az da qaraqabaq olması bu insana qarşı məndə antipatiya yaratmışdı. SonradanTurana etdiklərini biləndə ona qarşı olan fikrimdə korrekturalar etməyə məcbur oldum. Tovuzda görüb-götürdüyüm 2 dəfə 1 “paçka” 5-lik oldu. Sovet rublunu nəzərdə tuturam. Hələ o vaxt Azərbaycan manatı təzəcə dövriyyəyə buraxılmışdı rubl ilə paralel işləyirdi. Birincipaçka komanda yoldaşımız, Mülkülü kəndindən olan Rasimin bacısının xeyir işinə, 2-cipaçka isə Sakit Alıyevin toyuna yazmışdım. Vəssalam-şüttəmam. Qalan pullarımız kimə qismət olubsa, halal xoşu!

***

1993-94- illərin statistikasına nəzər salmaq üçün PFL-in rəsmi saytına baş vurdum. Təəssüf ki, bəzi məqamlar məni açmadı. Həmin mövsüm 1-ci dəstədə çıxış edən nəinkiTuran-2”nin, bir çox digər komandaların adından da əsər-əlamət yox idi. Məsələn, Naftalanın komandasının adı yoxdu. Naftalanda oynadığımız oyun yaxşı yadımdadı. Stadion oyundan əvvəl traktorla hamarlamışdılar. Yer beton kimi idi. Üstəlik oyundan sonra toz-torpağı üzümüzdən yumağa su tapa bilmədik. Tovuza qayıdarkən yol qırağındakı arxda yuyunduq. Həmin matçı böyük hesabla udduğumuz da, Yusifin (soyadını unutmuşam) qolu da yadımdadı. Daha bir komandaBakınınMəşəlinin adı yoxdu. HəminMəşəl hər iki oyun xatirimdədi. 1-ci dövrədə Bakıdakı indikiBayıl Arenada qarşılaşmışdıq. Son dəqiqədə topu boş qapıya vura bilməmişdim. Tovuzdakı oyunda isə Tofiqin (onun da soyadı yadımda deyil) 30 metrlikdən cərimə zərbəsi ilə vurduğu möhtəşəm qol indi gözlərim önündədi. ya qonşumuzŞəmkir”. Şəmkir stadionundakı oyunda 3:0 məğlub olmuşduq. Meydançadakı tikanlarpodkatgedərkən ayaqlarımı o günə salmışdı ki, yaralar 1 aya qədər sağalmamışdı. nəhayət BakınınZabratkomandası. Heç ilk qolumu kimin qapısına vurduğumu yaddan çıxara bilərəmmi? Deyəsən, yenidən Rasim Əliyevə müraciət etməli olacam - respublikanın ənbərkgedənstatistiklərindən birinə.

İlqar TAĞIYEV, Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail