Balıq başdan iylənir YAZI

22.04.2013 | 8061 dəfə oxunub

Ölkəmiz günü-gündən inkişaf edir, Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir. Bu sözləri AzTV-, İTV- tez-tez eşidirik. Ölkəmiz inkişaf edir, razıyıq. Amma təəssüflər olsun ki, cəmiyyətimiz bu inkişafdan dala qalır. Yəni, ölkənin inkişafı ilə cəmiyyətin inkişafı, insanların düşüncə tərzi üst-üstə düşmür. Əgər, bu gün Azərbaycan gəncliyi oxuduğu şeir, yoxsa meyxana dediyi anlaşılmayan Üzeyirə pərəstiş edirsə, əvəzində dahi sənətkarlara qulaq asanlarageridəqalmışadı verirsə, deməli cəmiyyətin intelektual səviyyəsi çox aşağıdır. Əgər, “davay, do svidaniyahit-paradlara düşürsə, deməli, bu cəmiyyətin musiqi zövqü korlanıb. Həm ki, Aygün Kazımova Azərbaycanın xalq artisti, Elza Seyidcahan isə əməkdar artistidirsə, deməli... 

Kiməsə qəribə gələ bilər, amma mən Azərbaycan gəncliyinin real səviyyəsini basabas avtobuslarda görürəm. Anası, hətta nənəsi yaşında qadınlara, əliuşaqlılara yer verməyən zəmanə uşağı, gözünü yumub, özünü yatmış vəziyyətdə göstərir. Bir qədər açıq-saçıq geyinmiş qadını görəndə isə ona yer verib, sonradan başının üstünü kəsdirərək, açıqda qalmış yerlərinə gözünü dikirsə, bu millətin gələcəyi təhlükə altındadır. Bəlkə kimsə, “vəziyyət o qədər acınacaqlı deyil”, ya dameşə çaqqalsız olmazdeyirsə, zəhmət çəkib, bizdə çaqqalların sayının niyə bu qədər çox olmasının səbəbini izah etsin.

Eyni hal futbolumuzda da yaşanır. Millimizin göstərdiyi nəticələrlə futbolçularımızın qazancı tərs mütənasib təşkil edirdi. Yox, kiminsə pulunu saymaq fikrində deyilik. Halalı olsun. Amma futbolçusu ildə 100 minlərlə pul qazanan ölkənin yığması dünya reytinqində 120-ci yerdə olmamalı, hər il İsveçrədə, Almaniyada, Dubayda hazırlıq keçən komanda dünya sıralamasında Tanzaniya, Surinam, Tacikistan, Mozambik, Niger, Benin, Uqanda kimi ölkələrdən geridə qalmamalıdır!

Foqts milli komandamızın baş məşqçisi təyin olunarkənTeryerin karyerasına yaxından bələd olanlar bunu uğursuz seçim adlandırdılar. Həqiqətən Şotlandiya, Nigeriya kimi futbolçu bolluğu olan ölkələrdə uğur qazana bilməyən birisinin futbolçu sarıdan korluq çəkən Azərbaycanda möcüzə etməsi qeyri-real idi. Hazırki mənzərə həmin vaxt bu seçimə müsbət yanaşmayanların haqlı olduğunu göstərdi. Amma hərdən adama elə gəlir ki, millinin uğursuzluğu bu ölkədə yalnız azarkeşləri, düzü-düz yazan jurnalistləri işsiz məşqçiləri narahat edir. Çünki Elxan Məmmədovun dediyi ilə oturub-duran mətbuat nümayəndələri hər uğursuzluğa bir don geyindirirlər. Hazırda bekar olmayan məşqçilər nəyə görə kiminləsə üz-göz olmalıyamprinsipini əsas tutaraq, Foqtsunepravçıxarmırlar. AFFA rəhbərliyindən isə danışmağa dəyməz. Əgər, Rövnəq Abdullayev çıxıb, Azərbaycan millisini 120-ci yerə yuvarlayan birinin işindən razı olduğunu deyirsə, deməli...

Millinin mənafeyini düşünənlər, Foqtsun heyətlə bağlı düzgün seçim etmədiyini bildirənlər xüsusən almanın ölkəmizdə az vaxt keçirməsindən şikayətlənirlər. Həqiqətən doğru fikirdi. Əgər, Foqts tutaq ki, Asif Məmmədovun, Cavid İmamverdiyevin, bilim Şəhriyar Əliyevin oyununu görmürsə, onu necə yığmaya çağıra bilər? (O artıq başqa söhbətin mövzusudur ki, Cihan Özkara Əli Gökdəmir, ümumiyyətlə oynamaya-oynamaya milliyə dəvət alırlar - Ş.Z.). Amma burada bir nüans var. İstənilən əcnəbi məşqçi hansısa ölkənin yığması ilə müqavilə imzalayarkən onun çalışdığı ölkədə il ərzində neçə gün keçirəcəyi haqda bənd olur. Təəssüf ki, daim peşəkarlıqdan dəm vuran AFFA rəsmiləri Foqtsun müqaviləsindəki həmin bəndi açıqlamırlar. Şəxsən, mən hesab edirəm ki, Foqts müqavilə şərtini yerinə yetirir. Yəni ki, o ölkəmizdə tutalım 2 ay ərzində 15 gün keçirirsə, deməli onun müqaviləsində qeyd olunub ki, Foqts 60 gündən 4- 1-ini burada olmalıdı. Bu zaman Foqtsa düşüb ki, Azərbaycanda daha artıq qalsın? Günah Foqtsda yox, onunla həmin müqaviləni imzalayandadır. Deməli...

Buna görə Foqtsu qınamağa dəyməz. Onun yerində olsaydım, mən elə edərdim. Tutaq ki, mənim işlidiyim müəssisə ilə bağladığım əmək müqaviləsində qeyd olunubsa ki, ayda 5 gün işə gəlsəm, ayın sonunda 300 manat alacağam, bu zaman başıma hava gəlməyib ki, 7 ya 15 gün işləyim. Elə 5 gün işləyərəm . Onsuz da artıq da işləsəm , həmin pulu alacağam. İndi Foqts da ağlını itirməyib ki, Azərbaycanda artıq vaxt itirsin. Müqavilədə göstərilən müddətdə Azərbaycanda olur pulunu alır.

Uzun sözün qısası, hər şeyi Foqtsun üstünə atmaq düz deyil. Futbolumuzun inkişafı üçün təkcə Foqtsu Almaniyaya, ya da Elxan MəmmədovuNatavanBiznes Mərkəzinə geri göndərmək yetərli deyil.

...Balıq başından iylənir.

Şahin ZÜLFÜQAROV, Het-trik news”  qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail