Xaqani Məmmədov, nə demək istəyirsən? YAZI

ANAR SALMANOV, SƏN HEÇ VAXT BABƏK QULİYEV QƏDƏR CƏSARƏTLİ OLA BİLMƏYƏCƏKSƏN!

22.04.2013 | 10057 dəfə oxunub

Azərbaycan hakimliyinin ürəkaçan səviyyədə olmadığı haqda çox deyib, çox yazmışıq. Qəzetimizin ilk sayından elə bu barədə çox yazılar gedib, bu gedişlə gələcəkdə çox gedəcək. Amma Xaqani Məmmədov bandası haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinəHet-trik newsu özünə düşmən hesab edir. Lakin zaman hər şeyi yoluna qoyur. Cari mövsümdə baş verən hakim səhvlərini bir-bir xırdalamağa ehtiyac yoxdu. Təkcə Anar Salmanovun sonuncuNeftçi” – “Qarabağmatçında təyin etdiyi penalti Azərbaycan hakimliyinin real səviyyəsini ortaya qoydu. Həqiqətən Qarabağın saytında yazıldığı kimi bu, dünyada analoqu olmayan penalti idi. Anar SalmanovunNeftçiişlədiyinifutbol ictimaiyyəti yaxşı bilir. Bunu özümüzdən icad etmirik. Statistika dediklərimizi təsdiq edir. Salmanov-qaralarüçün ən düşərli hakimdir. FİFA referisinin qardaşının daNeftçidən çörək yediyini nəzərə alsaq, deməli, böyük Salmanovun-qaralaraişləməsi” “vozduxsöhbət deyil.

Əslində, hakim insandı, o da səhv edə bilər. Amma etdiyin səhvi qəbul etmək ürək istər. Salmanov mətbuata verdiyi açıqlamadaNeftçi” – “Qarabağmatçında səhv etdiyini boynuna almadı. Yenə FİFA-nın qaydalarını əsas gətirərək, söhbəti fırlatdı. Qınamıram, dediyim kimi, etdiyi səhvi qəbul etmək böyüklükdür. Bu baxımdan Babək Quliyevi Salmanov üçün misal çəkə bilərəm. “Bakı” – Xəzər Lənkəranmatçının səhəri günü ikincilərin direktoru olan, sabiq FİFA referisi Babək Quliyevdən Vüsal Əliyevin təyin etdiyi penalti barədə fikirlərini soruşdum. Babək Quliyevin cavabı sözün həqiqə mənasında kişi kimi oldu: “Vüsal Əliyev həmin epizodda penaltini təyin etməkdə haqlı idi. Həmin epizodda yüz faiz penalti var idi. Əgər, o həmin an penalti verməsəydi, bax, bu əsl biabırçılıq olardı”.

Xaqani Məmmədov bu dediklərimizi qəbul etmir. Sual versən ki, “Azərbaycan hakimliyi niyə inkişaf etmir”, bizi yalançılıqda günahlandıracaq. Deyəcək ki, Anar Salmanov uzun illərdən sonra dünya çempionatının seçmə mərhələ oyununu idarə edib. Əliyar Ağayev Rəhim Həsənov UEFA-nın perspektivli hakimləri arasındadır, ingiliscə yaxşı bilirlər, s. i.a. Amma bütün bunlarvozduxsöhbətdi. Salmanovun təyinatını elə şişirdirlər ki, eşidən deyər yəqin, İtaliyaİspaniya oyununu idarə edib. Maltanın oyununu idarə etmək uğur deyil, Xaqani Məmmədov. Əkələrin İmratovu dünya çempionatında meydan sulayır, siz Salmanovun adı dünya futbolunda it dəftərində olmayan Maltanın oyununu idarə etməsi ilə fəxr edirsiz. Budu inkişaf? İnkişaf ona deyərlər ki, həmin sizin sevimli Salmanovunuz, Həsənovunuz, Ağayeviniz gedib, dünya Avropa çempionatı demirəm, Avroliqanın qrup mərhələsində oyun idarə etsin. Lakin bu gedişlə biz bunu görməyəcəyik. Ona görə hakimliyimizin irəli getməsi haqda danışılanların hamısı yalandır, YALAN!

Xaqani Məmmədov işinin öhdəsindən gələ bilmədiyinə görə son zamanlar çox aqressivləşib. Əgər, aqressivləşməsəydi, hansısa jurnalistin sözünə olmayan oğlunun filan yerindən misal gətirməklə cavab verməzdi. Dünən isə Məmmədov lapquşlayıb”. “Kim Anarın cəzalandırıldığını deyirsə, başını daşa döyübdeyir, Xaqani Məmmədov. Mən üzümü ona tutub, deyirəm. Xaqani Məmmədov, həmin xəbəri mən Futbolxeber.az saytında yazmışam. Eləcə digər saytlarda bu xəbər yazılıb. Başqalarını deyə bilmərəm, amma öz adımdan cavab verirəm ki, “başıvı daşa döymüsən, beş artıq”. Bu məsələnin bir tərəfi. Qaldı ki, ikinci tərəfinə hər bir jurnalist hansısa xəbəri yazarkən, bu haqda qarşı tərəfin fikirlərini öyrənir. Aprelin 19-u, günorta saatlarında mən sizə bu xəbərə münasibət bildirməniz üçün zəng vurdum. Amma siz ənənəvizə sadiq qalaraq, yenə telefona cavab vermədiniz. Vermirsiz, mən deyirəm heç verməyin. Son vaxtların məşhur meyxanasında deyildiyi kimi, “verən versin, verməyən oğlumun...” Necədi, ləzzət edir?

Şahin ZÜLFÜQAROV, Het-trik news”

P.S. Bu yazını yazmamışdan öncə başlığıXaqani Məmmədov, demək istəyirsiniz?” seçmişdim. Hər halda, olsa, Məmmədov yaşda böyük olduğuna görə ona Siz deyə müraciət etmək istəyirdim. Amma Xaqani Məmmədov həmin xəbəri yazanlar üçünbaşını daşa döyürdeyirsə, ona Siz düşmür!

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail