Düdüy və ya oral qərarlar YAZI

09.04.2013 | 14115 dəfə oxunub


Uşaqlıq illərimi iki hissəyə bölmək olar. Cansıxıcı Bakı dövrü yay tətilini keçirdiyimiz İsmayıllı günləri. Birinci barədə o qədər söz demək olmur. Amma 11 uşaq atası olan dayımın yay tətilində nəinki bacımla mənə, hətta qonşu uşaqlarına da ata nəvazişi göstərməsi hələ gözümün qabağındadır. Sürücülüklə bir baş külfəti dolandıran rəhmətlik, uşaqlara güldən artıq söz deməz, amma məni nədənsə arda yağlıdüdüyə qonaq edərdi.

Valideyinlərimlə münasibətim həmişə dostcasınazarafat üzərində qurulub. Elə indinin özündə yemək çay süfrəsi arxasında söhbətləşərkən (etiraf edib ki, bu, axır vaxtlar nadir hallarda baş verir) “bir-birimizin bostanına daş atmasaq sakit olmarıq. Amma aramızdakı bütün budinc əməkdaşlıq barədə razılaşmaolmasına baxmayaraq uzun müddət bir dəfə ağzımı açıb ata-anamdan soruşmamışdım ki, bu dayım dediyi düdüy nəmənədir onun mənə, mənim o düdüyə aidiyyatım var. Fikirləşirdim ki, hər hansı bir söyüşün ərkyana, amma əzizləmə formasında deyilməsi ola bilər. Lap elə oğrəş kimi...

Buna o vaxtlar televiziyada gedənKomediyalar aləminə səyahətverilişinə baxarkən saniyən əmin oldum. Nəcəf bəy VəzirovunYağışdan çıxdıq, yağmura düşdükkomediyasının televiziya üçün kiçik hissəsi səhnələşdirilmişdi. Yaşlı nəsil yaxşı xatırlayar, orada Hacı Qənbər rolunu xalq artisti, hamının Cəbiş müəllim kimi daha yaxşı tanıdığı Süleyman Ələsgərov ideal canlandırıb. Əsəri danışmaq istəmirəm, amma hiyləgərlərin hoqqasından sonra bütün kapitalını itirən Hacı, eyni zamanda ağlını da itirir. Bax o səhnəcikdə Hacı Qənbərin övrəti Dilbər xanım, ona dərman verərkən Hacı, divardakı şəkli göstərək, “Bilirsən o kimin şəklidir? Düdüy İsrafilin!” sözünü deyir. Bax o sözləri eşidərkən uşaqlıq çöhrəmə qızartı çökmüş bir daha həmin sözün söyüş olduğuna əmin omuşdum. Hələ bığaltı donquldanmışdım ki, utanmırlar efirdə gör pis-pis sözlər deyirlər.

SSRİ dönəmi dağıldıqdan sonra bizim böyük qardaşımız ruslardan türklərə reinkarnasiya oldu. Elə futbolda da Dinamo, Spartak, Çernomorets, Torpedo anlayışları yoxa çıxdı. Müstəvidə Qalatasaray, Beşiktaş, Fənərbaxça, Trabzonspor kimi anlayışlar var idi. Lev Yaşin, Oleq Bloxin, İqor Belanov adları deyilərkən gözlər döyülür, uşaqlar Rıdvan Dilmən (soyada bax e, Dilmən), Feyyaz, Rüştü kimi adlara bəlkə səcdə edirdilər. Bir dəfə bu oyunlara baxmaq zərurəti uzun illər məndə qalan suala axır ki, cavab tapdırdı. Şərhçinin bir neçə dəfə təkrarından sonra utana-utana anamdan düdüy sözünün mənasını soruşduqda fit, tütək cavabını aldım. Ondan sonra məndə ikinci problem baş qaldırdı. O vaxtlar dayım mənə niyə düdüy deyirdi? Mənim fitə (tütəyə), ya fitin (tütəyin) mənə aidiyyatı vardı?

Gəlib çatdım yazımınMustafasına. Bu yazını çoxdan yazmaq istəyirdim. Beynimdə hardan başlayıb harda bitirəcəyimi çox götür-qoy eləmişdim. Elə indinin özündə epiloq, proloqu tapa bilməmişəm. Amma yazımdan əl çəkmək niyyətində deyiləm.

Jurnalist əhlindən elə biri tapılmaz ki, indiyə kimi, “o nədi, ağzına gələni yazırsaniradı ilə qarşılaşmasın. Bu sözlərlə mən qələm əhlinin tərəfini saxlamaq istəmirəm. yazıq ki, 4- hakimiyyətdə işinin məsuliyyətini dərk eləməyənlər yox deyil. Amma elə iradlar da var ki, yersiz olmaqdan əlavə tövsiyyə göstəriş xarakteri daşıyır. Misal üçün hər hansı bir hakimin işi barədə (Hakimin çəxsiyyəti yox, işi. Bu fərqli məvhumlardır) bir reportaj qəhrəmanın xoşuna gəlməyəndə iradınıelə yazı yazarlariradı ilə bildirir. əsas da gətirir ki, materialı belə, belə, bax belə yazarlar. “Hakimliyi məndən yaxşı bilməyəcəksən ki?”

Maraqlısı odur ki, həmin şəxslər eyni güvənliklə jurnalistikadan başları çıxdığı qədər jurnalistlərin hakimlikdən anlayışı ola bilər. Amma burada fərq var böyükdür. Hakimlər həmişə işlərinin çətinliyini qərarın ani verməkdə məhkum olduqlarında görürlər. Bununla ikiəlli razıyam. Belə çıxır ki, qələm əhlinin yazmağa, hətta redaktə etməyə vaxtı var. Bu isə həmin hakimin jurnalistə dediyiağzına gələni yazırsaniradını yersiz edir. Çünki jurnalist, ağZına yox, ağLına gələni yazır. Hakim isə əksinə, ağzına gələn qərarı verə bilər. Sözün həqiqi məcazi mənasında. Əvvəla onun oral qərar verəcəyi ilə bağlı xəbərdarlıq fitə ağız vasitəsilə hava üfrülməsinə gətirir. İkincisi isə, sonradan qərarını futbolçulara izah edir. Bu da şillə-təpiklə yox, danışıqla olur.

UEFA Çempionlar Liqasının play-off mərhələsində MUReal oyununda Cüneyt Çakırın Nanini meydandan qovması birmənalı qarşılanmadı. Biri onun düz addım atdığını dedi, başqası qarşılaşma ərzində buraxdığı səhvləri sadaladı. Sovet futbolunun məşhur müdafiəçilərindən biri, dəfələrlə SSRİ çempionu olmuş Aleksandr Bubnovun fikri mənimlə üst-üstə düşdü. Ona görə yox ki, mən MU-ya azarkeşlik edirdim, ya dəliqanlı barsaman olduğum üçün Realın məğlubiyyətinə görə hər şeyə razı idim. Sadəcə olaraq, həmin epizodda qırmızı vərəqə verən Cüneyt Çakır birinci hissəyə, 42-ci dəqiqəyəboylanmalı idi”. Bubnovun təbirincə desək, həmin epizodda artıq topu itirmiş Arbeloa açıq ayaqla rəqibintəsərrüfatınazərbə endirir hakim bunu yalnız sarı ilə cəzalandırır. Halbuki həmin epizod, sərtliyinə görə Naninin meydandan qovulmasındakı toqquşmadan daha aqressiv idi. Mən Çakırla bağlı sosial şəbəkədə fikrimi bildirdim. Təkcə onu yazdım ki, türkün məsəli düdüyü, azərbaycan məsəli düdüyə tapşırmazlar.

Bu epizodu hərə bir cür yozur. Azarkeşlər, jurnalistlər, hakimlər... Əlaqə yaratdığım hakimlərdən biri qırmızı vərəqəni yerli saydı, amma ilk hissədəki epizodu görmədiyini vurğuladı. Mənim üçün həmin epizoda AFFA Hakimlər komitəsinin sədri Xaqani Məmmədovun fikri maraqlıdır. tək o epizoda yox, elə bu yazıma da. Səbəb sadədir. Azərbaycan hakimləri arasında polisi var, keçmiş idman müəllimi var, biznesmeni olmamış deyil. Amma cənab Məmmədov hakimlər arasında ən yaxşı jurnalistdir. Çünki o, 90- illərdə, hələ hakimlik etdiyi dövrlərdəİdmanqəzetində çalışıb (burda qeyri-qanuni şey yoxdur).

Xaqani müəllim, məndən böyük olsanız da zənginizi gözləyəcəyəm. Özüm zəng edərdim, amma bir neçə dəfə cəhdim uğursuz olub. Nömrəmi dəyişməmişəm. Problem olsa PFL-dən operator Nadir kömək edər. Əvvəlcədən sağ olun.

Asif BAĞIROV, "Het-trik news" qəzeti


Asif Bağırov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail