Suda bişmiş makaron... ASİF BAĞIROVun yazısı

31.03.2013 | 11045 dəfə oxunub

Bir vaxtlar televiziyada bir konsentrantı yaman tez-tez reklam edirdilər. Və həmin məhsulun reklamı zamanı belə cümlə işlənirdi: - Suda bişmiş makarondan nə gözləyirsən? Yəqin yadınıza düşdü söhbət hansı reklamdan gedir. Həqiqətən, nə qədər bərəkət hesab etsək də, makaron elə makarondu və onu suda yox e, lap abi-zəmzəmdə qaynatsaq da xeyri olmayacaq. Yetər ki ona 1-2 dənə həmin o televiziyda reklam edilən konsentrant əlavə edək, pəəəəəəəəəh, elə dad əmələ gəlir ki gəl görəsən. Düzdü reklamda belə deyirlər. Aşbaz olmadığım üçün bunu nə təsdiq edə bilərəm, nə də inkar. Amma qiyməti qəpik-quruşa olan bir nəsnə üçün o boyda reklam çəkirlərsə və hələ onun Azərbaycan telekanallarında nümayişinə icazə üçün bir o qədər də xərc buraxıb dublyaj edirlərsə, bu ya həqiqətən belədi, ya da mallarını sırımağa məqam axtarırlar.

Əlqissə fikrim həmin o yemək konsentrantlarında deyil. Amma həmin reklamdakı o makaronla bağlı sual neçə vaxtdı beynimdən çıxmır. Həqiqətən də suda bişmiş makarondan nə gözləmək olar? Əlbəttə heç nə. Elə bunu bizim futbolçular barədə də demək olar. Sual ola bilər ki niyə? Bax cavab da olar ki, elə!

Hər dəfə stadiona ümidlə gəlib, başıaşağı qayıdan azarkeşlər, yenə də papağımızı soxdular yerə deyəndə mənə qəribə gəlir. Futbolçu aləminə yaxın olan şəxs kimi həqiqətən də səmimiliyimə inanın ki, bu oyunçular qələbə qazanmağı heç də azarkeşlrdən az istəmirlər. Məğlübiyyət zamanı (təəssüf ki bu hal daha tez-tez olur) azarkeşlər öz passivliyini komandanın zəif oynaması, futbolçular isə oynaya bilməməsini azarkeş dəstəyini hiss eləməməsi ilə əlaqələndirirlər. Yəni məşhur bir tamaşamızda deyildiyi kimi “Şap elə bilir Şupdadı, Şup elə bilir Şapdadır”. Və digər tərəfdən onu da ikirləşirəm ki, bizim futbolçular niyə də papağımızı yerə soxmamalıdırlar. Axı onların nəyi rəqiblərdən artıq olmağı cəhənnəmə, onunla bərabərdir ki, onlara məğlub olmasın. Elə götürək son 3 oyunumuzu.

Şimali İrlandiya ilə qarşılaşma yəqin ki yaddan çıxmayıb. Adını qoyurlar ki 5-ci uzatma dəqiqələrində qapıçımız Səlahət Ağayevin təcrübəsizliyi ucbatından buraxdığı səhv olmasaydı, və ya hesab 1-0 bizim xeyrimizə olarkən təkbətək şanslardan yararlansaydıq, qələbə bizim olacaqdı... Məsələ ondadır ki, təkcə həmin epizodlara baxsaq, nənəmin saqqalı olsaydı, ona baba deyərdim misalını xatırladan bu qondarma ifadələrlə hardasa razılaşmaq olar. Amma allahtərəfi baxanda Şimali İrlandiya məgər bekar oturmuşdu? Azərbaycan millisini bütün oyun boyu cinahlardan sürüyüb qapı üzərində asmalar eləyirdilər. Və sadəcə baş zərbələri dəqiq alınmırdı. Əgər həmin oyunda meydan sahibləri yaratdıqları qol vəziyyətlərinin çox yox, yarısından istafadə etsəydilər ən azı 3-4 qol vurmuş olacaqdılar. Odur ki, Şimali İrlandiya ilə oyunda 2 xal itirməkdən daha çox 1 xal qazanmaq barıdı danışmaq daha yerinə düşür. Yəni komandamız birçək TÜKƏzban xalaya minnətdar olmlıdır.

Lüksemburqla səfər oyununda da qələbə əldə etmədik. Baxmayaraq ki, püşkatmadan sonra səfərdən 3 xalla qayıtmaq üçün ən real və münasib namizəd elə bu rəqib idi. Amma bu da mümkün olmadı. Oyun qolsuz brabərliklə yekunlaşdı. Hər şey cəhənnəmə, komandamızın futbolçularını itkisiz 5-6 ötürməsini də görmək olmadı. Bu da həmin o suda bişmiş makaron anlayışının nəticəsidir.

Deyilənə görə (özüm şəxsən eşitməmişəm) Berti Foqts qələbə qazanmamağa səbəb kimi milli komandanın səfərə narahat təyyarə ilə uçduqlarını göstərib. Guya futbolçular az qala yerdə yatıblar. Buna 2 cavab demək olar. Ürəyində qələbə istəyi, əzmi olan futbolçu Həcc arzusunu reallaşdırmaq üçün avtobusla səfərə çıxmağa razı olanları, günlərlə oturacaqda yatanları göz önünə almalıdır. Düşünürəm ki, futbolçulara bu layiqli cavabdır. O ki qaldı Berti Foqtsun bu danışığına, ona cavab kimi 1 oyunu misal göstərmək olar. Azərbaycan yığma komandasının ilk səfər xalını qazandığı Serbiya və Çernoqoriya ilə oyunu. Həmən qarşılaşmaya millimiz bir neçə reys bir tərəfə, hətta nəqliyyat növü dəyişərək yollanmışdı. Amma yetərincə güclü Serbiya və Çernoqoriyadan xal qoparmışdı. Özü də 0-2 hesab ilə geridə olan vaxt. Odur ki, yüngül desək, lazım deyil...

Portuqaliya yığma komandası ilə oyun barədə danışmamışdan əvvəl onu da qeyd edək ki, bu nəticə də Lüksemburqun tarixinə yazıla bilər. Çünki cırtdan ölkə təmsilçisi axırıncı dəfə qapısından qol buraxmadan meydanı 30 ay əvvəl tərk eləmişdi.

Gəlib çatdıq Portuqaliya ilə oyuna. Burda da millimizdən sensasiya gözləməyə dəyməzdi. Gəlmələr nümayiş etdirdilər ki, onlar hətta Ronaldo və Nanisiz də bizdən bir baş üstündürlər. Sözün həqiqi mənasında. Qapımıza hər iki qolun başla vurulması belə deməyə əsas verir. Bu oyuna baxanda düşünmək olardı ki, Portuqaliya yığma komandası üçün vaxt məvhumu yoxdur, onlar üçün hesab və ya nəticə anlayışı var. Yəni lazım olan hesabı onlar gec-tez əldə edəcəklər. Maraqlısı o idi ki, vaxt keçdikcə Portuqaliya milli komandasında tələskənlik və həyəcan heç hiss olunmurdu.

Bax əsl məsələ suda bişmiş makarondadı. Bizim futbolçulara nə qədər konsentrant qatsan da xeyri yoxdur. Onların bacarıqları ondan artığına çatmır. Bəs onda sual etmək gərəkdir ki, əgər bu makaronun dadı dəyişməyəcəksə, lap elə konret desək aşpaz Berti Foqts onları bu qədər bişirir. Onsuz da futbolçular bir nəticə vermirsə, Foqtsa bu qədər məvacib ödəmək nəyə lazım? Yeni futbolşu nəsli yetişənədək millimizə yerli mütəxəssisin başçılıq etməsi pis olmazdımı? Sonrada seçim olduğu halda əcnəbi çalışdırıcı dəvət edib konkret nəticə barədə danışmaq olar. Yoxsa brend xatirinə Foqtsu dəvət edib nəticə nəzərə almamaqla onun nazı ilə oynamaq nəyə lazımdır?

Digər tərəfdən müntəzəm davamlı uğurlu nəticə əldə etmək istəyəm milli komandanın səviyyəli öklə çempionatı olmalıdır. Hər hansı güclü yığma komanda tanıyırmısınız ki, onun klubları və çempionatı zəif, legioneri az olsun? Və yaxud dünyada güclü klubları olan ölkələrin yığma komandasının axsadığını görmüsünüzmü? Bizdə nə əməlli çempionat var, nə də səviyyəli legioner. Sizcə belə olan halda yığma komandadan qələbə gözləməyə dəyər, ya yox?

(Het Trik news qəzeti)


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail