Premyer Liqanın “altılıq” mərəzi YAZI

11.03.2013 | 9131 dəfə oxunub

Bir tanışım var, əslən cənub bölgəsindəndi. Xudmani bir dükanı var, bütün gününü başını alverlə qatır, 2-3 gündən bir yolum oradan düşür. Hər dəfə gedəndə oturub diqqətlə televizorda idman proqramlarına, olanda futbola baxdığını görürəm. Yaşı qırxı keçsə , futbola uşaq kimi həvəsi var. Hər dəfə futbolla bağlı suallar verməkdən yorulmur. Düzü çalışıram verdiyi sualları cavablandırım. Axırıncı dəfə, dükana girəndə, televizordan hansısabozbaşmüğənninin mənasız ifasını eşitdim. Şou-proqrama baxırdı. Soruşanda ki, “niyə futbola baxmırsan?”, “Day marağım qalmayıb, “Xəzər Lənkəran” “altılığa düşə bilmədideyə cavab verdi.

Lənkəran komandasınınaltılığadüşməməsinə görə futboldan asi duşən təkcə mənim tanışımdı? Əsla, bilirsiniz qədər azarkeşin futbola marağıölüb”? Təkcə lənkəranlılar deyil, bir çox bölgələrimizdə bu maraq yox dərəcəsindədi. Bu yazıda səbəb kimi 1 nüansaçempionatın keçirildiyi hazırki formata diqqət ayırmağa çalışacam.

Əvvəlcə qısaca olaraq tarixə nəzər salaq. Azərbaycan birinciliyi 1992-ci ildən keçirilməyə başlayır. İlk  birincilik 26 komanda 2 yarımqrupda mübarizəyə aparırdı. Hər qrupda ilk 6 yeri tutan komanda medallar, qalanları isə elitada qalmaq uğrunda mübarizə aparırdılar. Növbəti mövsüm eyni qayda ilə keçirildi, lakin bu dəfə qrup qalibləri ikinci yerin sahibləri çempionun taleyinə aydınlıq gətirməli olmuşdular. Daha sonra keçildidədə-babaqaydasına. Yəni çempionatda iştirak edən bütün komandalar bir-biriləri ilə həm evdə, həm səfərdə görüşməli idilər. Ta ki, 2009/10 mövsümünə kimi. Məhz o vaxtdan bərialtılıqfikri ortaya atıldı. 4 ildi ki, davam edən bu keçirilmə qaydasında isə cəmi bir dəyişiklik olub. Həmin mövsümdən birincilikUnibank Premyer Liqasıadlandırılırdısa, bu mövsümdən Premyer LiqaTopazoldu. isə... Keçək əsas mətləbə.

Bu mövsüm başlamamışdan 12 komandanın hamısı ilkaltılığadüşmək uğrunda mübarizə aparacaqlarını bəyan etmişdilər. Bir neçə tur sonra məlum oldu ki, onlardan yalnız 8-nin buna gücü çata bilər. Vaxtilə Azərbaycan çempionu olmuşTuran”, “Kəpəz”, həmişə futbol şəhəri kimi tanınmış Sumqayıt təmsilçisi Rəvanın birincilikdə iştirakı demək olar ki, formal xarakter daşıyırdı. Necə deyərlər, düşmən məni alverdə görsün. Qalan komandalardan hansınınaltılıqdan kənarda qalacağını isə hamı maraqla gözləyirdi. Qismət elə gətirdi ki, AZAL-laXəzər Lənkəranbuşərəfəlayiq görüldülər. AZAL-ın kənarda qalmasının kimdəsə təəssüf hissinin oyadacağına inanmıram. Çünki, bu komandanın azarkeşi demək olar ki, yox səviyyəsindədiözlərini, qohum-əqrabalarını klubun uşaq futbol komandalarının üzvlərini saymasaq. “Xəzər Lənkərana  gəldikdə isə, komandanı nəinki lənkəranlılar, demək olar ki, bütün cənub zonasının əhalisiMasallı, Astara, Lerik digər rayonların camaatı dəstəkləyir. Maraqlı bir faktı qeyd edim. cənubdan fərqli olaraq qərb bölgəsində vəziyyət heç belə deyil. İnanmıram ki, hansısa tovuzluKəpəzə, ya da gəncəliTurana cani-dildən azarkeşlik eləsin. Bu zonanın komandaları arasında keçirilən bütün qarşılaşmalar həmişəderbixarakterli olub. Xallar vacib olmayan oyunlarda belə ölüm-dirim mübarizəsinə çıxıblar. EynənQalatasaraylaFənərbaxça yaReallaBarselonakimi.

Mətləbdən uzaqlaşmayım, “altılıqsisteminin meydana çıxması çempionata olan marağın artmasına hesablanmışdıBurada ən güclülər mübarizə aparacaqdı maraqlı oyunların sayı çox olacaqdı. Məntiqlə düzgün addım olar ... Amma ikincialtılıqolmasaydı. Ən zəiflər isə elitada qalmaq uğrunda savaşacaqdılar. Savaşdılarmı? Sual olunur, əgər ötən mövsüm sonuncu yeri tutan 2 komanda – “SumqayıtTurangüclülər dəstəsində qaldısa, üzr istəyirəm, saxlanıldısa, hansı mübarizədən, maraqdan söhbət gedir? ya başqa bir sual, birinci dəstədə il  iki yerin sahibiQaradağNeftçalaniyə yüksək dəstədə yoxdu? İmtina etdilər, ya da nəsə alınmadı? Bu mövsümXəzər Lənkəranın ilkaltılıqdan kənarda qalması cari formata daha bir zərbə vuracaq. Onsuz da azarkeş sarıdan əziyyət çəkən birinciliyə maraq getdikcə sönməyə başlayacaq. Rəsmilər bu sistemin uyğun olduğunu dəfələrlə bəyan etsələr , gec-tez bu format ləğv olunmalıdı.

Avropanın 5 aparıcı futbol ölkəsinə nəzər salsaq, çempionatın dairəvi sistemlə keçirildiyini görürük. Onlardan birini nəzər yetirək. Təsəvvür edin ki, ingilislər, ya da italiyalılar birdə onda ayılacaqlar ki, ey dadi-bidad, biz indiyə kimi necə böyük səhv etmişik. Gərək keçəkaltılıqsisteminə. Yeri gəlmişkən, ötən mövsüm Türkiyədə buna oxşar hal yaşanmışdı. Türk arkadaşlarımız özlərindən Amerika kəşf edərək, Superliqdə mübarizə aparan komandaları dairəvi sistemdən sonra hərəsində 4 komanda olmaqla 4 qrupa bölmüşdülər. İlk dördlükdə yer alanQalatasaray”, “Fənərbaxça”, “BeşiktaşTrabzonsporçempion adı, sonuncu 4 komanda isə elitada qalmaq uğrunda mübarizə aparırdısa, qalan 2 qrupdakıların məqsədi bəlli deyildi. Doğrudu, ilkdördlükdəki oyunlar böyük marağa səbəb oldu. Kim daha çox derbi izləmək istəməz? Amma türklər bunu azarkeşlərin yox, televiziya yayımından daha çox gəlir əldə etmək xətrinə etmişdilər. Bizdə isə, çempionatın yayım hüququnu almaq istəyən telekanal yoxdu. Niyə? Çünki maraqsızdı. Bu başqa söhbətin mövzusudu, növbəti sayımızda bu bölgələrimizdə futbola olan marağınbuxarlanmasıilə bağlı məsələyə toxunacam. Türklərlə bağlı fikrimi tamamlayım. Nəticə oldu? Səhv etdiklərini anladılar, yenidən qayıtdılar dairəvi sistemə. Həm dünya futbolu tarixində baş verməyən maraqlı bir hal yaşandı. Bir komanda digərini cəmi yarım xal qabaqlamaqla çempion oldu. Gülməlidi, deyilmi? Bunun necə baş verdiyini izah edəcəm. Xəbəri olanlar növbəti abzası oxumasalar da olar.

İlkin mərhələdə 18 komanda dairəvi sistemlə mübarizə apardılar. Yekunda topladıqları xallar 2-ə bölünərək qrup mübarizəsində aktivlərinə yazıldı. “Qalatasarayın ilk mərhələdəki 77 xalı ikiyə bölündükdə 38,5 elədi. Yarım xalı federasiya onlara hədiyyə verdi ki, tamlıq yaransın. “Fənərbaxçain isə 68 xalı yarılandı 34 oldu. Qrup oyunları zamanıCim-bom” 9, “Fənər 13 xal yığdı. Beləliklə, yekunda 48 xal yığanQalatasaray” “Fənərbaxça 1 xal qabaqlayaraq, çempion oldu. Həmin bir xalın yarısını federasiyanın payı olduğunu nəzərə alsaq, çempionun taleyini yarım xal həll etdi.

Bir neçə il əvvəl mətbuatdaaltılıqformatı ilə bağlı geniş diskussiyaların aparıldığı xatirimdədi. Bu sistemdən narazı olanların sonradan nəyə görə fikirlərindən dönmələri çoxlarına sirr deyil. Açıb-ağartmayacam, sadəcə, bu sistemdən imtina etmək futbolumuza daha çox xeyir verəcək. Fikrimcə, bu barədə yenidən fikirləşmək yaxşı olardı. Yenə lənkəranlıları misal çəkəcəm, birincilik bitənə kimi inanmıram ki, Lənkəran şəhər stadionunda anşlaq olsun. Təbii ki, kubok oyunları bura aid deyil. ÇünkiKəpəz oyuna baxmaq kimə lazımdı? İnanmırsınızsa, bir qədər səbirli olun. “Rəvanla kubok oyununu izləməyə stadiona 5 min azarkeş gəlmişdi. Bu rəqəmi PFL-in rəsmi saytından götürmüşəm. Reallıqda isə daha çox olmalıdı. Əgər ikincialtılıqdaRəvanla çempionat oyununa bundan çox azarkeş toplaşsa, onda mən pas”.

Bəs, çempionatı hansı formada keçirmək yaxşı olardı? İndi hamı Avropaya inteqrasiyadan dəm vurur. Ən azındanböyük beşlikölkələrində qüvvədə olan format daha maraqlı alınardı. Kiçicik bir əmma olmasaydı. Orada yüksək liqada ən azı 18 komanda mübarizə aparır. Bizdə isə heç 12-si düz-əməlli yığılmır. Ən real daha maraqlısı bir çox Avropa ölkələrinin müraciət etdikləri model olardı. 10-12 komanda bir-biriləri ilə 3 ya 4 dəfə qaşılaşardı. Bu təqdirdə həm oyunların sayı artar, çempionatda fasilələrə az olar, həm birincilik daha maraqlı keçərdi. Danimarka İsveçrə birincilikləri məhz bu formatda keçirilir. Hər halda fikirləşməyə dəyər.

Lap yadımdan çıxmışdı, yazının girişində söhbət açdığım tanışımın verdiyi sualları həmişə dolğun cavablandırmağa çalışmışam. Bircə sualından başqa – “Bizdə vaxt futbol olacaq?”

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail