Yolun açıq olsun, Ruslan YAZI

03.03.2013 | 9147 dəfə oxunub

Bir dostum var, “SpartakEmin MahmudovuKrılya Sovetova icarəyə verəndə iki gün deyinə-deyinə gəzdi. Soruşanda olub, dedi ki, “görmürsən, bizimkini icarəyə verirlər, amma erməni dığasını gətirib əsas heyətdə oynadacaqlar”. “KrasnodardanSpartaka transfer olunan Movsisyanı nəzərdə tuturdu. Dostum sözünü belə qurtardı ki, “görəsən, o dığanın qabağına bir azərbaycanlı balası çıxara bilməyəcəyik?”.

Bəziləri Emin Mahmudovu artıqbizimkihesab etməyə bilər. Amma gəlin, tələsməyək. Çünki Mahmudov Aleksandr Səmədovdan fərqli olaraq, hələlik Rusiyanın əsas deyil, yalnız gənclər millisinin formasını geyib. Onu hələ Azərbaycan yığmasına qazandıra bilərik. Yetər ki, AFFA-dakılar düzgün siyasət aparsın.

Dığa söhbətinə qayıdaq, indi fəxrlə üzümü dostuma tutaraq deyirəm, “Sahib, narahat olma, onların Movsisyanı varsa, bizim artıq Ruslan Abışovumuz var”.

Bəli, uzun çək-çevirdən sonra Ruslan AbışovunRubinə transferi baş tutdu. İndi bizim Rusiya Premyer Liqasında təmsilçimiz olacaq. Düzdü, son illər Mahir Şükürov Vaqif Cavadov da Rusiyanın ən güclü çempionatında çıxış ediblər. Amma hər ikisinin çıxışı uğursuz qısamüddətli alındı. Halbuki Rusiya çempionatında bizim Nazim Süleymanov, Vəli Qasımov, Dmitri Kramarenko kimi təmsilçilərimiz olub. İnanaq ki, Ruslanın Kazandakı karyerası daha da uğurlu alınacaq.

Etiraf edim ki, Abışovu heç vaxt qeyri-adi istedad hesab etməmişəm. Mənim üçün son illər Azərbaycan futbolunun yetişdirdiyi ən güclü müdafiəçi Rəşad Sadıqovdu kimsə razılaşmaya bilər, amma hesab edirəm ki, Abışov Rəşaddan ən azı 1 baş zəifdi. Təəssüf ki, Rəşadın Türkiyədəki karyerası istədiyimiz kimi alınmadı. Amma indi hər birimiz gözümüzü Ruslana dikmişik. Çünki AbışovAzərbaycandan da futbolçu çıxırfikrini rusların beyninə yenidən yeritməlidir. Bizə daimqaragözüylə baxan ruslar indi bir qarabalanın bacarığından danışmalıdılar. Necə ki, Vladiqafqazda bütün stadion bir ağızdanSulya, Sulyaqışqırırdısa, indi qoy, Kazan publikası Abışov, səni o dərəcədə sevsin. Ruslan, hər şey sənin öz əlindədir. Şəxsi tanışlığımız olmasa da, dost-tanışdan eşitdiyimə görə Ruslan dikbaş, özündənrazı deyil. Bəziləri kimi özünüulduzhesab edib, onun-bunun üzünə tüpürmür, “risovkalıqeləmir. O günRubinin saytında bir video yerləşdirilmişdi. Həmin videoyazıda bir epizod diqqətimi çəkdi. Ruslan avtobusa minərkən, komanda yoldaşına yol verdi. İnanın ki, həmin məqamı görərkən bir azərbaycanlı kimi fəxr elədim, Ruslanın hərəkəti ləzzət elədi. Deməli, bu oğlan böyük-kiçik yeri biləndi. Yetər ki, “şişməsin”.

Əslində indi Abışıvun transferi zamanı keçirdiyimiz hisslər bizə tanışdır. Bir neçə il öncə Vaqif Cavadov daTvente yollanarkən çox sevinirdik. Amma təəssüflər olsun ki, sevincimiz uzun çəkmədi. Bir qədər bəxtsizlik, Vaqifin erkən zədələnməsi mövsümün sonunda baş məşqçi Stiv MaklareninTventedən ayrılması Cavadovun Hollandiya karyerasını erkən bitməsi ilə nəticələndi.

Bayaq da dediyim kimi, indi hər birimiz sevinir, Ruslana görə fəxr edirik. Axı o sıradan bir komandaya yox, vaxtı iləBarselona, bir neçə gün əvvəl isəAtletikonu diz çökdürənRubinə gedir. Yolun açıq olsun, Ruslan. Unutma ki, Azərbaycan xalqı səninlə fəxr edir sənə inanır. Çalış ki, ümidləri doğruldasan. Əksər həmkarların kimi sən tez bir zamanda başıaşağı şəkildə vətənə dönmə.

ŞAHİN, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail