Əfqan, məgər sən kişi deyilsən? - KÖŞƏ

24.04.2011 | 8149 dəfə oxunub

Əfqan, heyf imkanım olanda qulağının dibinə bir sillə geyindirməmişəm. Yadındadır, təxminən bir il öncə Lənkəranda "Xəzər Lənkəran"la "Neftçi"nin oyununda tir-tir əsirdin ki, "bizi burdan sağ buraxmayacaqlar". 15 min azarkeşin önündə bizə "toy" tutmuşdun. Qol vururduq - saymırdın, etiraz edirdik - məhəl qoymurdun. Nəhayət, camaatın səbri daşdı. Onda hamı sənin tikəndən bir parça istəyirdi. Qurban olasan Mais Mənsimova, kimlərinsə xətrinə sənin canını qurtardı. Sağ-salamatsan, öz işində, öz yolundasan...

rnrn

O vaxtkı oyundan sonra cəzalananlar arasında mənim də adım var idi. Çünki hələ oyundan əvvəl "Əfqan bizə qan uddurmağa gəlir" deyə fikirləşən Ağasəlim Mircavadov, hələ ilk yarıda aşkar səhvindən sonra sənin üstünə şığıyanda, ardınca mən də getdim. Ki, onu sakitləşdirim. Səninlə də kiçik dialoqumuz oldu. Mənə and içdin ki, az öncəki epizodda qol yox idi. Mən də titrədiyini görüb, bəlkə də tribunalara toplaşmış 15 min "Xəzər Lənkəran"sevərə xəyanət edirmiş kimi, sənə "sakit ol, diqqətli ol, narahat olma" dedim. Sonra da oyunun sonuna yaxın sənin və briqadana daxil olanların kötəklənməsi başlayanda, qardaşlarım kimi sizi qorumağa çalışdım. Amma yenə deyirəm, onda bir il öncəni görə bilsəydim, bir sillə də mən çəkərdim qulağının dibinə.

rnrn

Sonra hakim otağına girib halınızı öyrənmək istəyərkən söhbətimiz oldu. Sən and-aman etdin ki, qərəzli olmamısan. Əslində, digərlərini videotəkrarsız təhlil etmək mümkün olmadığından məni sadəcə bir epizod maraqlandırırdı. Top cərimə meydançasında indi adını xatırlamadığım "Neftçi"nin oyunçusunun əlinə dəyişmişdi. Sən "top əlini tapdı", "arada məsafə az idi" deyərək, qərəzsiz olduğunu sübut etmək istəyirdin. Sənə inandım. Hətta otaqdan çıxanda, əlini sıxdım, olanlara görə "bağışlayın" dedim.

rnrn

İndi utanıram. Özümü xəyanətkar bilib, sənin səmimiyyətinə inandığıma görə utanıram. Çünki iki gün öncə sən "Şəfa"da qaydalarla oturub-durmadığını göstərdin. Top Mjavanadzenin əlinə dəyən epizod Lənkərandakından çoxmu fərqlənirdi? İndi mən heç vaxt dəyişməyəcəyim fikrimi deyim. O vaxt Lənkəranda sən penalti verə də bilərdin. Ən azı, oyunun axarına görə: biz "Neftçi"ni meydandan silmişdik. Amma özünü hakim sayan və Allahı unutmadan futbolçu və məşqçilərin haqqını müəyyənləşdirmək cəsarətinə sahib olan insan "Şəfa"da penalti təyin etməməli idi...

rnrn

Biri var döyülüb kişilikdən olmaq, biri var döyülüb, kişi qalmaq. Bəlkə də penalti verməsəydin, "Neftçi" uduzsaydı, yenə döyüləcəkdin. Amma kişi kimi döyüləcəkdin.

rnrn

Əfqan, məgər sən kişi deyilsən?

TURAL ƏSGƏROV


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail