Hakimlərin Antalya toplanışından incə-kobud məqamlar... YAZI

Elçin Məmmədov: "Azərbaycanda heç kim futbolu bilmir"

27.01.2013 | 7642 dəfə oxunub

Antalyaya gedən klublarımızla yanaşı, bu şəhərdə təlim-məşq toplanışında olan hakimlərimizin də hazırlığı davam edir. Ədalət naminə ədalət təmsilçilərinin hazırlıq səviyyəsinin yaxşı olduğunu da demək yerinə düşər. Həqiqətən də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimlər üçün əla şərait yaradıb. Hər gün müxtəlif ölkələrdən olan klubların hazırlıq oyunlarına dəvət alan hakimlərimizin idarəçiliyi nəzarət altındadır. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bölgüsüylə oyunlara göndərilən hakimlər briqadasının üstündə matça baxış komissiyası da gedir. Həmin Baxış komissiyası qarşılaşmada olan mübahisəli və ya səhv qərarları oyundan sonrakı - hakimlərin oteldəki toplantısında önə çıxardır və bu məqamlar ümumilikdə müzakirə olunur. Yanvarın 25-i də istisna olmadı. Həmişə olduğu kimi, yenə də hakimlərin toplantısı Antalyada olan jurnalistlər üçün açıq idi. Budəfəki toplantıda hakimlərin idarə etdiyi son hazırlıq oyunları yox, Premyer Liqada baş vermiş mübahisəli qərarlar müzakirə olunurdu. Daha doğrusu, monitora verilən oyun epizodunda hakimin hansı qərarı verməli olduğu zalda əyləşən hakimlərdən soruşulurdu. Daha həmin oyunda referinin düz və ya səhv qərar qəbul etməsi müzakirə mövzusu deyildi.

Maraqlı, zarafatlarla dolu toplantıda bəzi məqamlar yaşandı ki, həmin anları yazı dilində sizə çatdırmağı özümə borc bildim.

Epizodların birinin müzakirəsində futbolçu rəqibinə qarşı həddindən artıq kobudluq etmişdi. Həmin epizodu şərh etmək üçün söz Anar Salamanova veriləndə, FİFA referisi bunu çox maraqlı şəkildə izah etdi. "Bu futbolçuya (kobud oynayanı nəzərdə tutur) dalbadal 4 dənə qırmızı vərəqə düşür e..." deyən Salmanovun sözləri hər kəsin gülüşünə səbəb oldu.

Gülüşə səbəb olan daha bir epizodon dialoqu isə Xaqani Məmmədovla Elçin Məmmədovun arasında yaşandı. Yenə də kobud oyundan söhbət gedirdi. Rəqib futbolçuya qarşı dəhşətli dərəcədə kobud oyun olsa da, bu hadisə gözü önündə baş verən yan xət hakiminin heç vecinədə olmur. Elçin isə həmin hakimi müdafiə edərək "burda nə var ki, görməyib də" dedi.  Xaqani müəllim isə Elçinə "Elçin, "ofsayd" deyil e, sənin kimi görmədim deyib, bəhanə gətirə, az qala futbolçunun ayağın sındıra, otur yerinə" deyərək onun cavabın verdi.

Yeri gəlmişkən, epizodların təhlili zamanı Xaqani Məmmədov hakimlərdən tələb edirdi ki, onlar həmin məqamı epizoda baxaraq şərh etməsinlər. Olayı hakim diliylə, hakimlərin nizamnaməsinə uyğun yorumlasınlar. Demək olar ki, gənc hakimlərdən heç biri bunu bacarmırdı. Bunun öhdəsindən isə yalnız iki nəfər (Elçin Məmmədovu çıxmaq şərtiylə, çünki o, hakimliklə yanaşı həm də, Hakimlər Komitəsində vəzifə sahibidir) - keçmiş FİFA referiləri olan Fariz Yusifovla Vüsal Əliyev gəlirdi. Rauf Cabbarovla Anar Salmanovda buna çalışırdı, amma əvvəl adını çəkdiyimiz iki hakimdən çox geri qalırdılar. Əliyar Ağayevlə Rəhim Həsənov isə ancaq susmağa üstünlük verirdi.

Elçin Məmmədov elə bizim fikri dolayısıyla təsdiqlədi. Məmmədovun üzünü hakimlərə tutaraq "siz qaydaları, metodikanı tam şəkildə bilsəz görərsiz ki, Azərbaycanda heç kim futbolu bilmir" deməsi də buna sübutdur.

Ümumiyyətlə isə, mübahisəli məqamların müzakirəsi zamanı (bura da ancaq futbolçuların bir-birlərinə qarşı kobud oyunları olan video görüntülər daxil idi) göründü ki, əksər hallarda hakimlər düzgün qərarlar qəbul edib. Ən böyük səhv isə Fariz Yusifovla bağlı oldu. Ötən il 15 dekabr tarixində baş tutan "Xəzər Lənkəran" - "Neftçi" oyununda (2:1) referi ikili mübarizədə bir-birlərini vuran Adrian Pit və Flavinyoya qırmızı vərəqə verməli olduğu halda, ancaq ikinciyə "sarı" göstərməklə kifayətlənmişdi. Halbuki hər iki oyunçu qırmızı vərəqəlik idi.

Flavinyodan söz düşmüşkən, daha bir epizod onla bağlı olmuşdu və braziliyalı futbolçunun simulyasiya etməsi açıq-aydın görünürdü. Bu zaman isə zalda olan bütün referilər onun ünvanına "bu çox əclaf futbolçudu", "əclafın yekəsidir", "oğraşdı", "artistdi" kimi ifadələr işlətdilər.

Son 4 ifadədən fərqli olaraq, toplantı hakimlərin yüksək əhval-ruhiyəsi ilə tamamlandı.

Vüsal BƏBİRLİ

Antalya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail