Böyükağa Hacıyevin mıs-mısı... YAZI

21.01.2013 | 8777 dəfə oxunub

Böyükağa Hacıyev idman jurnalistləri üçün yaxşı kadr sayıla bilər. Çünki adam media əhlini darıxmağa qoymur. Ara sakitləşir, bir görürsən, Hacıyev kimisəbombaladı”, ya da bostanınakubikatdı. Böyükağa müəllimi bu yönünə görə hamı sevir. Kişi, kişi adamdıkişi, şablon insan deyil.

Hacıyev yenə boş oturmayıb. Antalyadan AFFA-nın Berti Foqtsun ünvanınaçarpıcıaçıqlamalar söyləyib. Əvvəlcə dediklərinə diqqət yetirək

Millinin təlim-məşq toplanışları komandanın hazırlıq prosesinə maneçilik törədir. Üstəlik millinin heyətinə “Neftçidən az futbolçu dəvət olunur. Cavid İmamverdiyev, Tərlan Quliyev  Elvin Yunuszadə kimi futbolçular millidən kənarda qalırBu bir daha onu göstərir kiFoqtsNeftçini qəbul etmir. Ümumiyyətlə təkcə Foqts yox, AFFA-da iki nəfər var ki, “Neftçinin uğurlarını qısqanırOnu da deyim kimillinin siyahısını Foqts hazırlamır. Ona hazır siyahı təqdim edilir”.

Sözlərində həqiqət yoxdur? Bu adam düz danışıb. üçün Cavid İmamverdiyev, Tərlan Quliyev  Elvin Yunuszadə kimi futbolçular qala-qala, milliyəpinəçifutbolçular dəvət olunur? Yoxsa bu üçlük onlardan zəifdir? Adlarını açıqlamağa ehtiyac yoxdur. Siz bilirsiz ki, millidə yer alan futbolçulardan ən azı yarısı o formanı geyinməyə layiq deyil. Məşqçi düz deyir, Foqts millinin heyətni özü müəyyənləşdirmir. Ya da ki, öz xeyir mənfəti üzərinə seçim edir. HacıyevinAFFA-da iki nəfər var ki, “Neftçinin uğurlarını qısqanırsözləri havaya üfürülən nəfəslə deyilməyib a. Həqiqətən , orada (hətta ikidən çox) bəzi insanlar belədir. Elxan Məmmədov hələ jim-jimdədir ki, “Neftçi böyük uğurlar qazanan klub prezidenti Sadıq Sadıqov birdən AFFA-ya rəhbər gələr. Ramin Musayev qısqanclığından çart verib ki, onun zamanındaNeftçibu uğurları əldə edə bilmədi. Kəsəsi, Hacıyev bu dəfə oluqca düz danışıb.

Öz növbəsində AFFA da ona cavab verməyə çalışıb. Assosiasiyadanfatı otur, fatı durfunksiyasından başqa heç bir işi yerinə yetirə bilməyən AFFA-nın Mətbuat İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Hacıyevə cavab verməyə çalışıb: “Milli komandada heyəti Berti Foqts müəyyənləşdirir. AFFA rəhbərliyi nəinki almaniyalı mütəxəssisə, bütün yığmaların baş məşqçilərinə sərbəstlik verib. Əvvəla, bütün yığmaların baş məşqçiləri heyətə çağırılacaq futbolçuların siyahısını özləri hazırlayırlar. İkincisi, “Neftçinin uğuruna ən çox sevinən təşkilat AFFA-dır. Baş məşqçisi Böyükağa Hacıyevə hörmətimiz var. Amma unutmayaq ki, AFFANeftçinin qrup mərhələsində evdə keçirdiyi hər 3 oyunda təşkilatçılıq işlərində yardımçı oldu.

Cavid İmamverdiyev millinin Dubay toplanışına çağırılıb. Sadəcə, əsas yox, ehtiyat heyətdə yer alıb. 21 yaşlılardan ibarət yığmamız da qış fasiləsində xaricdə təlim-məşq toplanışında olacaq. Antalyaya gedəcək U-21-in yoxlama oyunları var. Bu 2 komandanın təlim-məşq toplanışı eyni vaxta düşəndə, baş məşqçilər heyətlə bağlı məsləhətləşirlər. Buna əsasənNeftçidən Tərlan Quliyev, Elvin Yunuszadə, həmçinin Mirhüseyn Seyidov, Araz Abdullayev 21 yaşlıların toplanışına çağırılacaq”.

Mikayıl Nərimanoğlunu da qınamalı deyil, kişi kreslosu xatirinə ona verilən suala kreslo cavabı verib. Başqa deyəydi ki? Deyərdi Hacıyev düz danışıb, əcəb edib elə deyib?

Hacıyev, yaşda bizdən xeyli böyük olduğunuzdan, sizə məsləhət yox, tövsiyə xarakterli bəzi sözlərimiz olacaq. Gəlin, bundan sonra danışanda daha dəqiq danışın. İndi sizin mıs-mıs deyən vaxtınız da deyil, konkret olaraq mustafa deyin, bilməyənlər söhbətin nədən getdiyini başa düşsünlər. Camaata niyə əziyyət verirsiz?

Elnur, "Het-trik news" qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail