Gorun çatlasın, ay Bəhramov...

... GÖR, YOLUVU KİMLƏR DAVAM ETDİRİR

11.12.2012 | 8634 dəfə oxunub

Azərbaycanda hakimliyin səviyyəsi istənilən səviyyədə deyil. Bəyənməyib, adam yerinə qoymadığımız, Moskvada qapazaltı elədiyimiz əkələrin İmratovu dünya çempionatının final mərhələsində meydan suladığı halda, bizimkilər avrokubokların qrup oyunlarını ya yuxularında görürlər, ya televizorda, ya daPlay Stationda. Bilirəm, hakimliyin səviyyəsinin ölkəmizdə aşağı səviyyədə olması köhnə söhbətdi. Bu haqda dəfələrlə yazılıb, bu gedişlə hələ çox yazılacaq da. Amma cifayda. İrəliləyiş yoxdur ki, yoxdur. Əslində inkişaf var, amma Berti Foqtsun rəhbərliyi altında milli komandamız necə tısbağa sürəti ilə inkişaf edirsə, elə hakimliyimizin inkişafı da o cürdü. Əvvəlki illərə baxanda indi hakimlərimiz daha yüksəksəviyyəli şəraitdə hazırlıq keçirlər. Məsələn, əvvəllər hakimlərimiz ən yaxşı haldaSKİF məşq edirdisə, indi qışda Antalyada, yayda Sloveniyada hazırlıq keçirlər. Əvvəllər ənxodgedən hakim07” sürürdüsə, indi hətta qadın hakimlər inomarkada gəzir...

Bu yazını yazmağa məni vadar edən məqam isə tam başqadı. Bir müddət əvvəl Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mətbuata açıqlama verdi ki, uzun illərdi FİFA hakimi statusunu daşıyan Fariz Yusifovla Vüsal Əliyev gələn ildən daha beynəlxalq arenaya çıxa bilməyəcəklər. Onların əvəzinə Əliyar Ağayevlə Rəhim Həsənov FİFA referisi olacaqlar.

Əliyar Ağayevlə işim yoxdu, haqqı danmaq olmaz, perspektivli hakimdi. Ötən mövsüm bir neçə vacib oyundan, o cümlədən ölkə kubokunun finalından alnıaçıq çıxıb. Əliyara güvənmək olar. Amma Rəhim Həsənovun adını FİFA-ya göndərməyin biabırçılıqdan başqa adı yoxdu. Həsənov kimi hakimlərin sayı yetərincədi. Rəhimin heç bir qeyri-adi istedadı yoxdu. Kimsə bu günədək Rəhim Həsənovun ardıcıl iki matçı yüksək səviyyədə idarə etdiyini görüb? Özünüzü çox yormayın, nəinki iki, onun düz-əməlli bir oyununu da xatırlamaq müşkül məsələdi. İşi-peşəsi ancaq qalmaqaldı. Çox uzağa getməyək. Cari mövsüm ekvator xəttinə yalnız indi çatsa da, geridə qalan turlar ərzində Rəhim minimum 3 dəfə diqqət mərkəzinə düşüb. Hər 3 halda da səhvləriylə. Özü Həsənovun səhv etdiyini mən demirəm, AFFA-nın İntizam Komitəsi deyir.

FAKT 1. Sentyabrın 29-da Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilənTuran” - “Xəzər Lənkəranoyununda baş hakim Rəhim Həsənov qonaqların müdafiəçisi Ruslan Abışova qırmızı vərəqə göstərdi. Lakin matçın videoyazısı izləndikdən sonra hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən Ruslan Abışova göstərilən qırmızı vərəqə ləğv edilib.

FAKT 2. Dekabrın 2- Topaz Premyer Liqasının XV turununXəzər Lənkəran” - AZAL matçının 34- dəqiqəsində baş hakim Rəhim HəsənovXəzər Lənkəranklubunun futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərib. Lakin matçın videoyazısı izləndikdən sonra hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilib.

Rəhimin üçüncüquşuQarabağ” - “Turanoyununda oldu. Düzdür, digər iki nümunədən fərqli olaraq bu dəfə AFFA-nın heç bir komitəsi onunepravçıxarmadı. Əvəzində referi sonuna 4 dəqiqə əlavə etdiyi görüşü 97 dəqiqə oynatmaqla bir daha səviyyəsini ortaya qoydu. Matçı canlı olaraq izləyən biri kimi deyə bilərəm ki, həmin tip qarşılaşamaları idarə etmək Həsənovun səviyyəsinə uyğun deyil. Oyun boyumandrajda olan, tez-tez yalnış qərarları ilə diqqət çəkən Həsənov əbəs yerə vaxtı da xeyli uzatdı. Guya ki, “Qarabağa bu lazım idi? Hamı bilir ki, Ağdam klubu bu ölkədə kişi kimi futbol oynayan 3-4 komandadan biridir. Oyundan sonra da Həsənov başladıTuranın vitse-prezidenti Namiq Məstanovla qırğına çıxmağa. Həmin söhbətidə kiminprav”, kiminnepravolduğunu bilmirəm, bildiyim odur ki, hakim səviyyəsini qorumalı, heç vaxt belə ucuz söhbətlərə getməməlidi. Görəsən, komitədən kimsə Rəhimə Məstanovlarazborkaçürütdüyünə görəzamıçaniyaedib?

Ən qəribəsi odur ki, İntizam Komitəsi Rəhim Həsənovun ötən tur səhv buraxdığını aşkar etsə , gənc hakim cəzalanmadı. Əksinə, Hakimlər Komitəsi bu tur ona yenidən təyinat verdi.

Uzun sözün qısası, Rəhim Həsənovun hansı səbəbdən FİFA referisi adına layiq görülməsi qaranlıqdı. Azərbaycan çempionatında edib ki, indi gedib xaruqələrini xaricdə təkrarlasın? Yox, daxili çempionatda buraxdığı səhvləri beynəlxalq arenada da təkrarlasa, kitabımız bağlandı.

Bir ki, Xaqani Məmmədov deyir ki, Fariz Yusifovla Vüsal Əliyevi ingilis dilini yaxşı bilmədiklərinə görə geri çağırırlar. Bəyəm Rəhim ingiliscə bilir? Ay-hay. “Qəbələni Toni Adams çalışdırdığı vaxtlar idi. Adamsın komandası Respublika stadionunda meydana çıxmışdı həmin görüşün dördüncü hakimi Həsənov idi. Oyunun gedişi zamanı Adams ən azı 10 dəfə, kənardan belə eşidiləcək səsdə rəqibin ehtiyat oyunçular skamyasındakıların ağzını-üzünübəzədi”. Amma Həsənov bir dəfə olsun ingilisəgözün üstə qaşın vardemədi. Burdan da iki fikir ortaya çıxır. Ya Rəhim 5 yaşında uşağın belə mənasını bildiyiF... younun demək olduğunu bilmir, ya da Adamsa söz deməyə cürəti çatmır. ƏgərRəhim ingiliscə bilir, düzgün varinatBdideyirsinizsə, mən sual verirəm, “öz ölkəsində əcnəbiyə bir söz deməyəduxu çatmayan birisi, sabah əcnəbinin ölkəsində ona nəsə deyə biləcək?” Ay-hay.

ŞAHİN, "Het-news" qəzeti




  #1   Adınız: Feyruz Amanullayev;   E-mail: [email protected]

11.12.2012 16:05

Halal olsun Sahin Ele hakimleri avropada stadion temizlemeye apararlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail