AvtoQol YAZI

10.12.2012 | 4702 dəfə oxunub

Azərbaycanın futbol üzrə yığma komandasıAvro 2016”-nın final mərhələsinə düşməyi qarşısına hədəf qoyub. Biz yığmaya xeyli sayda gənc futbolçu cəlb etməliyik ki, Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etsinlər”.

Bu sözlər hörmətli AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdur. Anlayışı olan adam yaxşı bilir ki, bu sözlər Abdullayevə məxsus deyil. Bu cümlələr ya Elxan Məmmədova, ya da Elşad Nəsirova aiddir. Rövnəq bəy neyləsin, onlardan soruşur necə olacaq, yəqin, elə cavab alır. Ölkə prezidentinə yaxınlığı ilə seçilən Elşad Nəsirov onun kadrı kimi tanınan Elxan Məmmədovdan aldığı olumlu sözlərdən ürəklənən AFFA prezidenti belə açıqlamalar verir. Əslində, dövlət başçısı yanında ölkə futbolu üçün cavabdeh şəxs o olmadığından, Abdullayev üçün millinin hansı ildə hansı mundialda iştirak etməsi, etməməsi o qədər vacib deyil. Bu səbəbdən , onu qınamıram. Sadəcə, AFFA prezidenti üçün bir sualım olacaq: "şəxsən Azərbaycanı - Siz 9 milyon əhalini yaşadan neft sektoruna rəhbərlik edən insansız. Bəyəm Azərbaycan futbolunda zərrə qədər irəliləyişin olmadığını görmək bu qədər çətindir, Rövnəq müəllim?"

Rövnəq müəllimdən əl çəkdim, keçim başqa mətləbə. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov - bu insanın işi oyunları yola verməkdir, sözün hər iki mənasında. O günləri qonağı olduğu futbol verlişlərinin birində hakimləri qoyub bir kənara, “Turanın qapıçısı Andrey Popoviçi müzakirə edir. Poponun hansısa ölkədə yaxşı hərəkətlər etmədiyindən danışır. Aşıq, sözün qurtarıb? Sən vaxta kimi elə daley-daley deyəcəksən? Popoviçin hərəkətlərinə qiymət verməkdənsə, ağzı karvansaray qapısı kimi açıq olan, üstəlik, sənin cocuğun kimi tanınan Rəhim Həsənovun çənəsinə - dilinə sahib çıx. Rəhim oyunlardan sonra klub rəhbərləriylə davaya girir, üstəlik, onları təhqir edir. Niyə bunun qarşısını almırsan? "Dux"un çatmır?

Məmmədovdan söz düşmüşkən, onun qonağı olduğu verlişdə çox gülməli bir an yaşandı. Aparıcı qonaqlar İspaniyanın, ümumiyyətlə, dünyanın ən ünlü qəzetlərindən olanAsı qeyri-peşəkarlıqda ittiham edirlər. Bəylər, digər ispan mətbu orqanlarının yazdığı məlumatlara görə, sizlərinAsı çox ciddi ittiham etmənizdən sonra qəzet rəhbərliyi təcili iclas keçirib. Bəzi işçilər işdən məhrum edilib, bəzilərinə çox ciddi töhmət, bəzilərinə para cəzası verilib. Sonda da hamısına tapşırılıb ki, sizə baxıb, örnək alsınlar...

Məzəniz olsun... Qol deyil e, təmiz avtoqoldur...

Vüsal ƏBÜLFƏTOĞLU, "Het-news" qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail