14 noyabr - milli futbol günü YAZI

19.11.2012 | 6639 dəfə oxunub

Bu ay bayramlardan boluq. Noyabrın 8-də bayraq, 12-də konstitutsiya, dünən də dirçəliş gününü qeyd etdik. Az qalmışdı yadımdan çıxsın, ayın 6-da da televiziya və radio işçilərinin, həmkarlarımızın peşə bayramı idi. Bir sözlə, yeyib-içmək üçün bu ay xeyli əsas var. Amma hesab edirəm ki, gələn ildən etibarən noyabr ayında təqvimdə daha bir gün qızaracaq. Noyabrın 14-ü Azərbaycanda milli futbol günü kimi elan olunacaq. Zarafat deyil, millimiz rəsmi oyunda, özü də Şimali İrlandiyadan xalla döndü. Nəzər alsaq ki, komandamız həmin oyuna ciddi itkilərlə yollanmışdı, üstəlik qolu da əclaf, pensioner xoxol hakimin boş yerə artırdığı altıncı dəqiqədə buraxdıq, deməli, sevinmək üçün xeyli əsas var.

İtkiləri elə belə xatırlatmadım. Zarafat deyil, "Tottenhem", "Köln" kimi klubların illərdi transfer siyahısında birinci yerdə olan Kamran Ağayev, Rusiyanın "Anji", Türkiyənin "Antalyaspor" klublarının aparıcı üzvü olan Mahir Şükürov, bu günə kimi Azərbaycan millisi tərəfindən oğurlandığı iddia edilən və Ukrayna mətbuatının gündəmindən düşməyən Aleksandr Çertoqanov Belfastda Foqtsun dəyərli tapşırıqlarını yerinə yetirməkdən məhrum idilər.

Buna baxmayaraq, milli komandamız erkən qol vurmağa müvəffəq oldu. Rauf Əliyevin əla zərbəsi millimizi hesabda önə keçirdi. Amma sonradan ənəvi olaraq komanda öz qapısında "yatdı". Halbuki oyundan əvvəl Foqts bu dəfə inamlı danışmışdı. Portuqaliyaya dərs almağa gedən alman Belfatsda "qələbə" deyirdi. Amma millimiz o qədər zəif oynayıb ki, hətta alman da dilə gələrək, komandasının 60-cı dəqiqədən sonra yatdığını bildirib.

Amma maraqlıdır ki, Foqts millinin müdafiəyə daha çox diqqət ayırmasından, 60-cı dəqiqədə oyunu dayandırmasından şikayətlənir. Anlaşılmayan odur ki, məgər bu taktikanı komandaya Foqts özü vermir? Yoxsa, alman "irəli gedin" deyir, uşaqlar sözünə qulaq asmır? İnanmıram ki, komandada kimsə Foqtsun sözündən çıxsın. Deməli, problem elə almandadır.

"Teryer" hələ də optimal heyəti qura bilməyib. 7-dən 70-ə hər kəs deyir ki, Əli Gökmədir, Cihan Özkaranın səviyyəsi aşağıdı, milliyə layiq deyillər. Amma Foqts inadından əl çəkmir, yenə də hər ikisinə start heyətində yer verir. Bir adam da çıxıb sual vermir ki, bu iki futbolçu nə edib ki, onları əsas heyətə layiq bilirsən? Gökdəmirin oynadığı çempionatın adı heç it dəftərində də yoxdu. Cihan Özkaranın isə "Ərciyyəsspor"un start heyətinə sonuncu dəfə nə vaxt düşdüyünü heç statistiklər də xatırlamırlar. Halbuki istər Əli, itərsə də Cihan səviyyəsində futbolçuların sayı Azərbaycanda N qədərdi. Cihandansa Bəxtiyar Soltanov, Fərid Quliyevə, Əlinin əvəzinə isə Elvin Yunuszadə, Tərlan Quliyev, Ruslan Əmircanov və başqalarına dəvət göndərmək olardı.

Bu söhbəti nə qədər istəsəniz uzatmaq olar. Amma xeyri nədi? Biz yazırıq yazaq, azarkeşlər nə deyir, desi, xeyri yoxdu. Foqts və onu Azərbaycan futbolunun xəstəliyinə çevirənlərin kefi bu dəqiqə sazdır. Yazının əvvəlində o bayram məsələsini əbəs yerə xatırlatmadım. Elxan Məmmədov kimilər indi bayram edirlər. "Fürsət bu fürsətdi" deyib, camaata inkişaf nağılları danışırlar. Amma biz kor deyilik, Elxan Məmmədov. Millimizin futbol oynamadığını hər kəs bilir və görür. FİFA-nın son reytinqində 123-cü pillədəydik. İndi isə Belfatsdakı heç-heçədən sonra 128-ci pilləyə yuvarlanacağıq. Budur sizin inkişafınız Elxan Məmmədov? Əla inkişafdır, amma nədənsə bu inkişafı siz və ətrafınızdakılardan baş heç kim görmür!

Şahin ZÜLFÜQAROV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail