Kreditlə qoyun

26.10.2012 | 12965 dəfə oxunub


Faizi ata malı kimi halal bilən banklara sərfəli bir təklifim var. Bəlkə əhaliyə bayram kampaniyası adı ilə kreditə qoyun verəsiniz. Onsuz da indi kredit götürmək dəbdədi. Əlbət kasıb təbəqəmiz qalın olduğundan onlar arasında krediti vaxtında ödəyə bilməyənlər də ola bilər. Belədə krediti götürən şəxs qoyun müqabilində şəxsiyyət vəsiqəsini girov qoya bilər. Şəxsiyyətin vəsiqələşdirilmiş formasına bir qoyun etibar etməyəcəklərmi? İşi zənnə, gümana buraxmamaq üçün qoyunu qəzavü qədərdən sığortalamaq da lazımdı. Hərgah kəsilənə qədər heyvanın başına bir iş gəlsə, banka ziyan dəyməsin. Qoyuna boyun olacaq zamin məsələsini də yaddan çıxarmaq olmaz. Bu işin başqa tərəfidir ki, heyvan müştəriyə faizsiz verilməlidir, əks halda boğazlanan qurbanın əti acı olar. Burda niyyət məsələsi sinəsini qabağa verir. Qorxuram ki, ətin dadını unudanlar, əli ətə çatan kimi başlayalar bundan da biznes qurmağa. Bu niyyətə bağlıdır. Kim zəmanət verir ki, o heyvan üzü qibləyə kəsiləndən sonra şaqqalanıb od qiymətinə dörd bir cəhətə satılmayacaq. Onda bunun harası qurban bayramı oldu? Tələsməyin başqa təklifim də var. Nağd pula dükandan bir ədəd “atamın qəbri haqqı” halaldı qolbasasını alırsan. Bir tərəfinə ağız, göz, qulaq çəkirsən və kəsirsən. Niyə təəccüblənirsiz, məgər reklamlarda danışan, gülən qolbasalar görməmisiniz? Hətta bu qolbasaların təzəliyi o həddədir ki, kəsərkən mələşmə səsi də eşidə bilərsən. Sadəcə gözü götürməyənlər bu sədanı bilərəkdən qarın qurultusu adlandırırlar. Daha sonra dilimləyib 7 qapıya yox, qapıya gələn 7 nəfərə paylayırsan. Belə olsa təqaüdçülərin protezə həsrət damaqları sulanmaz, kimsəsiz uşaqların ətə həsrət dodaqlarından ərşə bəd dualar yüksəlməz. Yoxsa ki, məcburdumu ki, hər kəs tazə qoyun ətindən dada? Sonra da başlayaq naşükürlüyə ki, filankəsin ət qəbuluna veto qoymuş mədəsi bulanır. Bunun harası savab oldu? Elə ən yaxşısı başımızı aşağı salıb dürməyimizi yeyək. Şora öyrəncəli mədəmizi ətlə sınağa çəkməyək sınaqlarla dolu həyatımızda. O ki qaldı körpələrə, bayram günü qapı-pəncərəni bağlayın ki, qonşu evdən gələn ət iyinə nəfsini salmasın. Axşam da nağıldan, dastandan danışın yatsın. Bakı küləklər şəhəridir, ət iyi tez dağılacaq və sabah hər şey yaxşı olacaq.

P.S. Başa düşürəm ki, qoyun kəlməsini qoçla əvəzləməli idim. Mən bacarmadım, bacarırsınızsa dəyişin.


Mehman Rəsulov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail