"PEŞƏKAR" qəbələ

28.09.2012 | 9451 dəfə oxunub

Oğrunu adam eləmək mümkün olmadığı kimi, "Qəbələ"ni də futbol klubu qayırmaq çətin məsələdir. Bu komandanın hər şeyi var, təkcə futbolundan və futbol idarəçiliyindən başqa. Klubun prezidenti olan Tale Heydərov kifayət qədər savadlı insan olsa da, futboldan başı çıxmır, amma klubunu yüksək yerlərdə görmək niyyətindədir. Nə olsun, mən də rəhbəri olduğum stadium.az saytını yüksək reytinqdə görmək niyyətindəyəm, amma olmur. Tale bəylə bu məsələdə istəklərimiz bir olsa da, imkanlarımız fərqlidi. Onun çoxlu pulu var, komandası nəticəsizdir, çünki peşəkar komandası yoxdu. Biz peşəkar sayt işlədirik, saytımızın istədiyimiz reytinqi yoxdu, çünki onun qədər pulumuz yoxdur. Bunları sözgəlişi yazdım!..

Fatih Kavlak hələ bu komandaya baş məşqçi gələndə yazmışdım ki, "Qəbələ" onunla birgə Biləcəridən o tərəfə keçsə-keçsə, ya Qəbələyə gedə bilər, ya da Gəncəyə. Birdə xarizə toplanışa, başqa heç nə. Bu komanda transfer xərclərinə görə Premyer Liqada ən bahalı klubdu. Amma ortalıqda bir şey yoxdur. Səbələri aydındı. Komandaya bahalı futbolçular alınır, onlardan güclü pullar mənimsənilir, heyətin məşqçisi məşqçi kimi ciddi insan deyil, onda xarizma yoxdu (zatən Fatih Kavlak qovuldu). Başqa komandadan futbolçudan pul oğurladığı üçün qovulan bir insan bu komandada futbolçu transferinə nəzarət edirsə, orda hansı düzgünlükdən, şəffaflıqdan söhbət gedə bilər? Yoxsa bunu "Qəbələ"də bilən yoxdur?

Bu yolla davam edərsə, Tale Heydərov komandasını nəinki Avropa meydanlarında görəcək, heç ölkə kubokunun finalında da sevimli klubuna həsrət qalacaq. Bunlar elə bilirlər ki, örtüyü əla olan bir neçə stadion (Qəbələdə stadiondan söhbət gedə bilməz) - qazon hazırlamaqla hər şeyi həll ediblər. Bəylər, ağıllı məşqçi lazımdır ki, hazırladığınız o qəşəng qazonun üzərinə futbol oynaya bilən komanda çıxara bilsin. Sizdə isə hərə bir atın belində oturub, öz atın yox, başqasının atını çomaqlayır. Axı sürünü hürküdürsüz...

İndi sürüyə bələd bir məşqçi, başa gətirilib - Ramiz Məmmədov... bu üç nöqtə sizə nəyisə ifadə edir?..

Pərviz MURADOV


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail