Berti Foqts "peysər"dir?

13.09.2012 | 26829 dəfə oxunub

Azərbaycan millisinin İsraillə oynadığı "oyundan" sonra ən çox sevinən iki insan vardı. Birincisi Berti Foqts idi: "Şükürlər olsun İsaya, müqəddəs Məryəmə ki, uduzmadım. Ən aşağısı bir xalım var, belə davam eləsəm, müqaviləmin müddətin uzada biləcəm". Bunlar Berti Foqtsun beynindən keçirdiyi fikirlərə oxşar təxmini düşüncələridir.

Ondan da birincisi isə "Ə qaqa gördün dana, bu lənətdənmişdərə uduzmadıx, hıy..." deyən həmkarım, mömin qardaşımız Ceferson, eeee e, Anar Cəfərsoy idi.

Birdə ikinci qism sevinənlər var idi ki, bura çoxları aiddir.

1. Futbolçular: Yaxşı "premiya" alacaqları üçün.

2. Elxan Məmmədov: Rövnəq Abdullayevin yanında şəməllənməsi üçün.

3. Elşad Nəsirov: Cənab Prezident İlham Əliyevə deyəcək sözü olduğu üçün.

4. Rövnəq Abdullayev: Jurnalistlərə deyəcək sözü olduğu üçün.

Bütün bunlar bir yana, heç oyundan da yazmaq niyyətim yox idi, amma Foqts məcbur elədi. Heç o sarı tülkü üçün yazmayacam da, niyə bu oyunçunu oynadırdı, onu oynatmırdı, futbolun nə olduğunu bizim futbolçulardan öyrənən hansısa küçə futbolçusunu millidə niyə ortalığa salmışdı (sözün həqiqi mənasında Foqts həmin futbolçunu orta mövqedə "oynadırdı"). Niyə yazmayacam? Yəni başqa vaxtı zakon talkavat edən millimizin futbolçularından biri kişi çıxıb baş məşqçiyə deyə bilmədi ki, bu oyunçularla, bu sistemlə bizimki alınmır?! Özləri bilər!

Oyunun ikinci hissəsində əvəzlənən Rauf Əliyev buna etiraz olaraq Berti Foqtsu, onun köməkçisini, ümumuyyətlə, deyəsən, texniki zonada əyləşənlərin hamısını küçə söyüşlərinə qonaq etdi. Onun Foqtsa ünvanlanan söyüşləri isə jurnalistlərin əyləşdiyi tribunada çox aydın şəkildə eşidilirdi. Oyundan sonra bu barədə Foqtsa sualı şəxsən bəndəniz özü verdi: "Sizi küçə söyüşləri ilə söydüyü üçün Rauf Əliyevin milli karyerasına son qoyacaqsız, yoxsa onu bağışlayacaqsız" deyə Foqtsa sual etdim. Sarı tülkü isə "mən çox sevinirəm ki, futbolçum əvəzlənəndə belə aqressiv hərəkət edir, söyüşlər söyür" deyə cavab verdi. Zalda əyləşən jurnalist həmkarlarım isə bu cavabdan sonra biixtiyar olaraq onu alqışlamağa başladılar. Mən də alqışladım. Onları bilmirəm, amma mənim alqışlarımın mənası başqa idi. Açıqlayım o mənanı sizə.

Foqtsu bilmirəm, mən azərbaycanlıyam, mentalitetim başqadı, söz qanunlarının, vicdanlı insanların sözünün hökmü olan Binə kəndində (hərçənd artıq qəsəbə sayılır) yaşayıram. Foqts, bizim kənddə söyüşə ötəri yanaşana, söyüldüyü üçün qarşı tərəfə cavab verməyən insana "peysər" deyirlər. Səni ona görə alqışladım ki, ondan olduğunu etiraf etdin, dolayı yolla olsa belə.

P.S. Bu yazını daha əvvəl yazmışdım, amma Portuqaliya ilə oyundan əvvəl sayta yerləşdirmədim. Yoxs sarı tülkü məğlubiyyəti mənim üstümə atacaqdı.

P.P.S. Rauf Əliyev sözügedən oyunda əvəzlənərkən pisdə olsa, yaxşı bir ifadə işlətdi: "Bəsdirin daha, si... gedin. Rauf bağışlasın, çünki onun sözlərininsonuna "gedin"i mən əlavə elədim.

Vüsal Gözəlov


  #5   Adınız: ananimka;   E-mail: ---

15.02.2013 01:30

neftciden ne vaxt futbolcu olub,indide olsun

  #4   Adınız: aaa;   E-mail: ----

02.10.2012 06:45

salam foqsun yerine kim gelecek

  #3   Adınız: Pervin Xelilov;   E-mail: ---

14.09.2012 05:04

Men Foqtsun qalmasini isteyirem. Lezet edir onun bunlari lox
yerine qoymasi

  #2   Adınız: Natiq Ebilov;   E-mail: ---

14.09.2012 05:03

Gunah onda yox e onu burda saxlayanlardadi

  #1   Adınız: Serhci;   E-mail: ---

14.09.2012 01:08

Qardasim lap duz eleyib yazmisan. o adama oxsamazi burdan ele
qovmaq lazimdir ki birde Azerbaycan adini aqzina almasin. Redd
eleyin onu burdan

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail