"Neftçi"nin yeni virusu

11.08.2012 | 19921 dəfə oxunub

"Neftçi" klubuyla bağlı o qədər yazırlar. Bunlar arasında doğru olanları da var, həqiqəti əks etdirməyənləri də. Hətta iddia edənlər də var ki, "Neftçi"də yaranan komandanı - kollektivi, güclə - zor gücünə saxlayırlar. Yəni klub prezidenti Sadıq Sadıqovun qoluzorluları hərbə-zorba gələrək futbolçuları yumruq halına gətirib. Siz buna inanırsız? Mən qəti! Bəlkə də inanardım, amma arxada qalan qışın yanvar ayında şahidi oldum ki, yalan söhbətdi. "Neftçi"nin Antalyada təşkil olunan təlim-məşq toplanışına qatıldım. Komanda ilə məşqə gedir, məşqini izləyir, oyuna gedir, oyunlarına baxır, oteldə futbolçularla  yemək yeyən birisi kimi bunların cəfəngiyat olduğunun şahidi oldum. Orada hər şey göz önündə idi, futbolçularla rəhbərlik arasında həqiqətən böyük mehribançılıq vardı. Bunu görüb, amma yazmayan insafsız insan olar.

Ondan sonra komanda çempion oldu, kubokun finalın oynadı və Çempionlar Liqasının ilk təsnifat mərhələsini keçərək ikincidə rəzil məğlubiyyətlə bu turnirlə vidalaşdı. İsraildə rəqibinə 4:0 hesabıyla uduzan "Neftçi"də "vurulanlar" tez ortaya çıxdı. Komandanın baş məşqçisi əvəzi Tərlan Əhmədov "Zestafoni" ilə Gürcüstandakı oyunda zəif təsir bağışlayan Rail Məlikov haqda verilən suala "Mən Rail Məlikovun oyunundan tam razıyam. Rail bu komandanın kapitanıdır, lideridir. Railin yerinə komandaya yeni futbolçu almaqdan söhbət gedə bilməz" sözləriylə verdiyi cavabı çox tez, özü də asanlıqla unutdu. Rail Məlikov komandadan göndərildi, Rauf Mehdiyevlə İqor Mitreski də ona yolçu qoşuldu. Gecikən qərar idi. Rauf mövsüm başa çatan kimi göndərilməliydi. Niyə fikirləşirdilər, nəyi gözləyirdilər? Bilmirsiz? Tərlan Əhmədov "Zestafoni" ilə Bakıdakı oyundan sonra demişdi ki, Raufun ayağı onlara düşərlidir, bunun üçün də ona şans verirlər. Qapıçını oyunçu keyfiyyətinə, son hazırlığına görə yox, ayağının düşüb-düşmədiyinə görə əsas heyətə götürən  komandadan - onun məşqçilərindən İsraildə 4:0-lıq məğlubiyyətdən başqa nə gözləmək olardı? Railin də yaşı öz sözünü deyir. İnsan kimi çox yaxşı oğlan olan Məlikov artıq yüksək səviyyədə oynaya bilmirdi. Mitreski isə sadəcə hər oyunu yola verməklə məşğlu idi. Makedoniyada otellər şəbəkəsi olan, ölkəsində böyük biznes sahibi kimi tanınan müdafiəçi karyerasının son illərində "Neftçi"yə yalnız artıq qazanc mənbəyi kimi baxmaya bilməzdi. Sizə belə futbolçu lazım idi?

Yoxsa sizə Mahir Şükürov kimi futbolu bitmiş, tükənmiş oyunçu lazımdı? Məgər başqasını tapa bilmədiz? Yoxsa Mahirin hansı insani və futbolçu keyfiyyətlərinə sahib olması barədə xəbəriniz yoxdur? Məgər bilmirdiz ki, Şükürov "Qəbələ"dən nəyə görə qovuldu?

Yazının əvvəlindəki mətləbdən uzaqlaşmayım. Sözün həqiqi mənasında Sadıq Sadıqov "Neftçi"də bir ailə yarada bilib. Ancaq tam əmin ola bilərsiz ki, bundan sonra bu ailədə parçalanma yaranacaq, düşərgədəki ab-hava pozulacaq. Ümumiyyətlə, sadaladıqlarımın tamamilə məhv olması üçün "Neftçi"nin iki yerli futbolçu - Kamran Ağayev və Mahir Şükürovu alması bəs edərdi. Bunlar isə sonuncunu aldılar, amma nə fərqi, səbətdə gilasın birinin çürük olması yerdə qalanlarının də ifunət iyi verməsinə bəs edər. Buradan klubun prezidenti Sadıq Sadıqova səslənirəm, başınız sağolsun, yaratdığınız o ab-havaya virus düşdüyü üçün!

P.S. Avroliqanın pley-off oyunlarında "Neftçi"nin bir futbolçusunun dopinq-testdə yaxanlanması, onun qanında istifadəsi qadağan olunan hansısa "mal"ın növündən tapılması barədə xəbər eşitsəz, qəti təəccüblənməyin, olan işdsi! Kişi siqaret də çəkər, nəşə də!

P.P.S. Lap indi yadıma düşdü. Tərlan Əhmıdov deyir ki, Raillə Raufu ona görə mövsümün sonunda göndərməyiblər ki, onların potensialının açılacağına güman ediblər. Millət, futbolçu olmayan, futbolçu yetişməyən bir ölkədə, birinin yaşı 30-u keçmiş digəri isə 40-ı haqlayan oyunçudan potensialının açlacağını gözləmək olar? Hazırda saata baxıram... 03:42... Özüm ölüm, içimdən bir gic gülmək gəlir... Nə gülərdim, amma gecənin bu vaxtı gərək özünü ağır aparasan!..


P.P.S-lardan çox yazdım, QEYD: Bu virus çox təhlükəlidir. Hətta "H1N1"dən də. Sonra sizə heç "kasperiski"də kömək etməyəcək, nə qədəb "obnovit" etsəz də, xeyri olmayacaq. Çünki virus artıq yayılmağa başlayıb. Bildiyim qədəriylə, ilk gündən də Rəşad Sadiqovu "qaralayıb"...

Vüsal Bəbirli


  #17   Adınız: Vüsal Bəbirli;   E-mail: ---

31.08.2012 06:20

1. Futbol aləmində mənə yaxın və mənim yaxın olduğum insanlar
var, onlar arasında da ən çoxu əvvəl "Bakı", sonra
"Neftçi"dədir. Bunu sizə söyləməyə borcu deyiləm, amma
xəbəriniz olsa yaxşı olar. Digər tərəfdən, siz bu şərhi
yazanda biz İsraildə yox, Cənubi Kiprdəydik. Görünən odur ki,
sizin futboldan anlayəşənız ya yoxdur, ya da olduqca
zəifdir.Hər halda, İsrail sözü ilə Cənubi Kipr sözü arasında
heç bir oxşarlıq yoxdur, cənab "Bakı" azarkeşi!

  #16   Adınız: baki azarkesi;   E-mail: [email protected]

31.08.2012 05:52

vusal bey dostlarin Sadix SadixovA ,Guloxlana Israilde Bakidan gurultulu SALAMLARcatdir.

  #15   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

13.08.2012 22:23

Men Parazit sozunu bu yaziya wamil etmemiwem....oki qaldi Seviyye sohbetine...Bilenler bilir men nece fanatam.

  #14   Adınız: Sahin İmranov;   E-mail: ---

13.08.2012 20:32

Burda Neftcini hansisa bir oyuna gore qiymetlendirmirler ay
brat. Komandada olan mosennik islerden danisirlar. deyesen
hele size catmayib sohbet

  #13   Adınız: elshan;   E-mail: [email protected]

13.08.2012 13:33

Nefticinin ugur qazanmasini mende isteyirem ozude urekden.Amma realliq odur ki bir az da guclenmek lazimdir.O ki qaldi ishletdiyin parazit sozune oz medeniyyetini hamiya belli etdin.Heyif neftciye ki senin kimi seviyyesiz fanati var.

  #12   Adınız: elshan;   E-mail: [email protected]

13.08.2012 05:12

Bunlar hamisi komik ve utopik fikirlerdi ki Neftci APOEL-e qalib gelecek.Her halda Real Madride 2 qol vurmagi bacaran komanda zeif deyil.

  #11   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

13.08.2012 04:23

Gorurem bezilerinin futbol savadi qicqirib....yada gun vurub....1 komandayaki 1 oyuna gore qiymet vereler daha ne gozleyirsiz...

  #10   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

13.08.2012 04:20

Vallah bawa duwmek olmur bu parazitleri ne isteyirler Neftcini tenqid etmekden bawqa hecne qanmirlar...tenqid saglam olsa yene haqq qazandirmax olar...Muraya uduzan Baki qalib biryanda...Loxa uduzan Xezer qalib biryanda...Neftcini az qala veten xaini cixaracaxlar...Abala Kipr CL.. tarix yazan komandadi...uduzsada Werefle terk etsin Avroliqani..1 hucumcu 1 mudafieci alsa neyese umid etmek olar....InwAllah qalib gelerik...Tarix yazarix Flaqman oldugmuzu subut ederik

  #9   Adınız: Arif Quliyev;   E-mail: ---

13.08.2012 00:33

Neftci cox damba damba danisirdi ki bele ot=yuncular almisiq
ele oyuncular almisiq. Hamisinin duxune beled olduq Qarabaqla
oyunda. A kisiler Qarabaq bunlari topla cileyirdi. Ele bil
Qarabaq Goyezenle oynayirdi. Budu sizin terifli neftciniz?
Neftci yaxsi oyuncu almir. Yaxsi pul qazanacaqlari oyunculari
alir. Atama lenet eger bele deyilse. Men yaxsi bilirem her
seyi.

  #8   Adınız: Elshan;   E-mail: [email protected]

12.08.2012 15:15

Neftci heyetini daha da guclendirmelidir.Daha seviyyeli futbolcu almaq lazimdir.

  #7   Adınız: Elcin;   E-mail: ---

12.08.2012 13:42

Bu komandada hamisi Sadiq Sadiqovun inamindan sui istifade
edirler. Amma Sadiq her seyi baa dusende onlar ucun cox pis,
Sadiqovun ozu ucunse gec olacaq

  #6   Adınız: Amid;   E-mail: ---

12.08.2012 04:15

Raili Raufu Mitreskini qovmaq duzgun qerar idi. Amma onlari
qovmaqla is bitmir e. bu defe Kiprde bayraqimizi yox Neftcinin
ozun yandirajaxlar qardas cani.

  #5   Adınız: XAN Lenkerana cavab;   E-mail: ---

12.08.2012 04:08

Qaqas senin futboldan xeberin yoxdu deyesen baxmayaraq ki
ozunu aqilli gostermeye calisirsan.Neftcide hemise aile olub
ele bundan sonra da bele olacaq. Birce sozunle raziyam ki
Guloqlan vitse-prezident olsa lap superrrr olar

  #4   Adınız: Fariz Əliyev;   E-mail: ---

12.08.2012 04:06

Mən Bunlari hec basa duse bilmirem. Goresen NEFTCİDE NE
ETDİYİNİ BİLEN VAR?

  #3   Adınız: Hesenli;   E-mail: ---

12.08.2012 04:06

Bunlar Raufu coxdan gondermeliydiler. Amma ehtiyat oyunculari
olmadiqi ucun mitreskiye Raili saxlamaliydilar. Emini
oynatsinlar Rail qalsin ehtiyatda bele daha yaxsi olardi. O
ki Qaldi Mahire o bizim seviyyemizde pis futbolcu deyil. Amma
avropaliq deyil qardasim Mahirle Kipr klubuna qalib gelmek
mumkun deyil. Bu komandani oten il Lion Cempionlar Liqasinda
gucle kecdi. Neftci neye umid edir adamin gulmeyi gelir

  #2   Adınız:  Mürsəl XAN Lənkəran;   E-mail: ---

11.08.2012 23:50

Çox düzgün təhlil etmisiz, amma bəzi məqamlarla da razı
deyiləm.
1. "Neftçi" həmişə bir yumruq altında birləşəsi komanda
olmayıb. İnanmıram ki, nə vaxtsa belə bir komanda yaradılsın
orda. Çünki bu komandaya həmişə dövlət özəl qayğı göstərib,
buna görə də, o komandada isti ailə olmayacaq.
2. Mahirlə Rail müqayisəniz mənə ləzət elədi.
3. Tərlan Əhmədovun "potensial" fikrinə yorumunuz də çox
əladır.
4. Nə qədər ki, Tahir başkan ordadı, o klübede hər yaş yaxşı
yetməyəcək. Mən Lənkərandanam, Türkiyədə yaşayıram, amma
Azərbaycan futbolunu çox yaxşı təqib edir, bilirəm. "Neftçi"
as başkan vəzifəsini ləğv eləsə, daha yaxşı olar. Yaxud da, o
vəzifəyə Tahir yox, başqası gətirilsin. Məsələn, Güloğlan
bəy. Bildiyim qədəriylə bu insan çox düzgün adamdı, haqqı-
nahaqqın ayağına verən oğlan deyil. Hətta eşitmişəm ki,
futbolçuların çoxu da onun xətrini yaman istəyir. Klübün
içində olan belə insanı as başkan qoymaq daha yaxşı olar.
Tahir bəy məndən inciməsin, onu şəxsən tanımıram. Amma
Lənkəranda və AFFA-da işləyən dostlarımdan onun barəsində
soruşdum, heç birindən müsabət rəy almadım.
5. Mən qatı fanatik deyiləm, amma Lənkəranlı olduğum üçün
sipatiyam həmişə Xəzər-ə olub. Tam səmimi deyirəm, mən
Xəzərin Estoniya klubunu keçməsindən çox, Neftçinin gürcüstan
klübünü keçməsinə sevinmişdim. Hətta çox ümid edirdim ki
İsrail klübünü də keçəcək amma olmadı. İndiysə sırada Kipr
klübü var. Hər üçü bizim din düşmənlərimizdir. Uğurlar
Neftçiyə...

  #1   Adınız: Mahir Medetov;   E-mail: ---

11.08.2012 13:00

Yeri var

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail