Ramin Musayevin "yorğanı"

08.08.2012 | 10654 dəfə oxunub

Peşəkar Futbol Liqasının ümummilli lideri Ramin Musayevin yeni bəyyanaməsinə əsasən, heç bir telekanal pul ödəmədən Premyer Liqanın oyunlarını nə çəkə, nə də göstərə bilər. Çox qəşəng idyeadır e, pul qazanmaq üçün! Musayev ikinci dəfə PFL-ə başkan seçiləndən sonra, deyəsən, diktatorluq ideyasına düşüb. böyük ehtimlla,  Musayevin başı yaman qarışıqdı, yoxsa bilərdi ki, diktatorlar bir-bir tarixin yaddaşına keçməklə məşğuldur.

Musayevin yeni qərarını futbol adına pul qazanmaq baxımından nəinki iki əli alqışlayır, hətta iki ayqla təpikləyirəm də. Amma.... amma hansı futboldan pul qazanacaq? boş tribunalar önündə keçən oyunlardan? Başkan qərar verib ki, Premyer Liqanın yayım hüququnu almaq istəyən 500 min manatından keçməlidir. Bu çempionatın dəyəri nəinki 500 min manat, heç 5 qəqiyə də dyməz. Tfu o kanala da ki, 500 min verib yayım hüququn almaq istəyir.

Elə güman ki, Musayev stadiona gedəndə tribunalar onun gözünə tıklım-tıklım dolu görünür. Yoxsa hansı səbəblə 500 min eşqinə düşüb, bilmirəm. Bu kişi bu qərarıyla özünü gülünc vəziyyətə salıb deyərdim, amma demirəm. Çünki onun qərarının arxasında başqa mətləblər dayanır. Musayev yaxşı dərk edir ki, yayım hüququ üçün heç bir tərəf ona 500 min manat ödəməyəcək. Elə görüntü üçün pul ödəyən də olmayacaq. Bunu yaxşı anladığından pul söhbətini ortaya atıb ki, Premyer Liqanın oyunlarını heç kim çəkə bilməsin. Bununla da, oyunlar zamanı oynanılan oyunları millət, xalq "narod" görməsin. Axı bundan əvvəl açıq bazar idi. Bütün telekanallar, hətta saytlar belə əlinə balaca bir kamera alıb Premyer Liqanın oyunlarında baş verən hakim özbaşınalıqların, verilən səhv qərarları çəkir, hamıya göstərirdi. Bax Musayevin bütün düşündükləri bu təhər zadlardı ki,         fırıldaq işlərinin üstünə yorğan çəksin. Görəsən bu dəfə hansı klubdan sifariş alıb ki, onu çümpion edəcək?

Musayev, siz elə ölçüdə yorğan tapa bilməzsiz ki, üstünüzü bütün örtsün. Aşağı çəksəz başınız, yuxarı çəksəz ayağınız çöldə qalanacaq. Onsuz da, hamı nələr baş verdiyini yaxşı biləcək, görəcək! Özünüzü gülünc vəziyyətinə salmayın, imkan verin, gəlsinlər, çəksinlər. Arada vaxtınız olanda bir düşünün, siz hansı oyunları pulla satmaq istəyirsiz?

Utanmasan, iynamağa nə var ki?! Yalan deyirəm?.. 

Pərviz MURADOV


  #5   Adınız: Hakim;   E-mail: ---

09.08.2012 00:34

Neyleyirler elesinler, Xəzər Lənkəran-la işləri olmasın. Nə
işləri varsa öz başlarında çartlasın

  #4   Adınız: Heydar;   E-mail: ---

09.08.2012 00:05

Hkimlerle yene yixacaqlar yeqin. R.Musayev bu il qebeleye
yaman cox gedirdi. Yeqin Qebeleye cempionluq soz verib de

  #3   Adınız: Hetem;   E-mail: ---

09.08.2012 00:04

Bu Ramin Musayevden ne isteyirsiz e. o kisinin de elinden bu
gelir de. hami bilidiyi isi edir onsuz da

  #2   Adınız: zeynal zeynalov;   E-mail: [email protected]

08.08.2012 22:53

duz deyirsen qardas

  #1   Adınız: Zeynal Zeynalov;   E-mail: ---

08.08.2012 22:51

Duz yazmisz qardas. Bunlar yaxsi bilirler ki yene hakim
ozbasinaliqlari bas-alib gedecek ve buna gore de oyunlari
milletden gizledirler

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail