Foqts İsraillə oyuna qapıçısız çıxacaq? REPLİKA

03.08.2012 | 16768 dəfə oxunub



Milli komandamızın baş məşqçisi  Berti Foqts ciddi problemlə üzləşib. Alman məşqçi qapıçı çətinliyi ilə üz-üzədir. Son vaxtlar Foqts əsasən 4 qolkiperə güvənirdi - Kamran Ağayev, Rauf Mehdiyev, Andrey Popoviç və Aqil Məmmədov. Amma indi bu qapıçıların hamısının başı problemə qarışıb.

Bir neçə gün əvvəl Kamran “Xəzər Lənkəran”, dünən isə Rauf “Neftçi” tərəfindən transferə çıxarıldı. Sabah yeni mövsümə start verilir. Ancaq bu iki qolkiperin gələcək taleyi qeyri-müəyyəndir. Düzdür, Raufa baxanda Kamranın işi nisbətən asandır. Hər halda ölkənin ən güclü əlcək sahibini çoxları sərəncamında görmək istəyər. Amma bir əmma var ki, aparıcı klubların demək olar ki, hamısı (“Bakı”, “Qəbələ”, “Qarabağ”) yayda heyətini əcnəbi qapıçılarla gücləndirib. Bu səbəbdən də adlı-sanlı qapıçıları transfer edən iddialıların həmin qapıçını ehtiyatda saxlayıb, Kamranı gətirəcəyi inandırıcı deyil. Bu səbəbdən də Kamranı etsə-etsə, “Neftçi” transfer edər.

Raufun durumu kritikdir.  37 yaşlı qapıçıya bundan sonra çətin ki kimsə yaxın dura. Bu səbəbdən də Foqts indidən Mehdiyevdən əlini üzsə, yaxşı olar.

Aqilin vəziyyəti daha çətindir. Hazırda Tərtərdə N saylı hərbi hissədə “slujit” eliyən Məmmədov çox güman ki, futbol hayında deyil. Vətənə borcunu ödəyən Aqil hətta andiçmə mərasimindən sonra “Bakı”ya qayıtsa belə, çətin ki 1 ayın içində əvvəlki formasını bərpa edə.

Andrey Popoviçdən isə ümumiyyətlə danışmağa dəyməz. Dubayda alman məşqçinin “dəmir” nizam-intizamına kölgə salan Popoviç çətin ki bir də Foqtsun gözünə girə bilsin. Onun əməllərindən fələk də baş aça bilmir. Mövsüm baça çatan kimi “Sumqayıt”dan qovulan Popoviç Ukraynada gününü keçirir. Bir müddətdir “Hoverlo”nun Foqstun sabiq “lyubimçik”inə maraq göstərdiyi barədə xəbərlər yayılsa da, ortada real bir şey yoxdur. Heç “Bakı” da qapıçını heyətində görməkdə maraqlı deyil. Bu gedişlə Popoviç ən azı qışa qədər elə Ukraynada istirahət etməli olacaq.

Foqts gözünü Anar Nəzirovdan da çəksə, yaxşı olar. Çünki Dieqo Koştanın gəlişindən sonra Nəzirovun “Qəbələ”nin ehtiyat oyunçular skamyasında lövbər salacağı hamıya aydındır. Əgər Nəzirova güvənilsəydi, onda o boyda xərc çəkib, braziliyalı qapıçını niyə gətirirdilər?

Uzun sözün qısası, Foqtsun işi çətinə düşüb. Bu gedişlə qapıçı problemi heç düzələnə də oxşamır. Dünya Çempionatının seçmə mərhələsinə isə az vaxt qalıb. Sentyabrın 7-də Bakıda o gün “Neftçi”yə dərs keçən “Hapoel”in çempion titulunu daşıdığı İsrail millisi ilə qarşılaşacağıq. Görəsən, bu 1 ay ərzində Foqts foks edib, qapıçı problemini necə həll edəcək?

Vahid AYXAN 




  #4   Adınız: elmeddin,ceferli;   E-mail: [email protected]

04.08.2012 09:47

"idman xeberleri"
AZERBAYCAN
CENPIYANATININ QALIBI
AVROPADA DARMADAGIN
OLDU. KULUBLARIMIZDAN
DAHA BIRI ISRAIL
SINDIROMUN QIRA BILMEDI
XEZERLENKARANIN
AVROPA LIQASINDA
ISRAILIN TELEVIV
KULUBUYLA OYNADIGI
SEFER MACINDA "3" QOLLUQ
MEGLUBIYETIN ARDINAN
CENPIYONUMUZ NEFTCIDE
SEFERDE FANTAN VURA
BILMEDI BIZIMKILERI 4:0-liq
QARA QIZILDA BOGAN
ISRAILIN TEZECE QURULMUS
HAPOEL KRAIT KULUBU
KAMANDAMIZA ESIL FUTBOL
DERSI KECDI BIZ YENE
MEGLUBIET DAMGASI YEDIK
XEYIRLI UGURLU OLSUN
HER CUR SERAITE MALIK
MILIYONLARA OYNAYAN
NEFTCI ILE HAPOEL
KULUBUNBUNU MUQAISE
ETMEK
BELE GULUNC SESLENIR.
BAKI,XEZERLENKARAN,INTER,INDIDE
NEFTCI MEGLUB OLUR
KULUBUN VITSE PREZDENTI
ISE HER MEGLUBIETDEN
SONRA DERS
CIXARMAGDANSA XALQDAN
UZUR ISTEYIR BU BILMIREM
NE VAXTA KIMI DAVAM
EDECEK AMMA BILMELIYIK
VE DUSUNMELIYIK KI, BIZIM
KULUBLAR SOZUN ESIL
MENASINDA YAXSI
TEREFDEN DUZELEN DEYIL
BUNA BIZ AGLAMALIYIG
YADA KI, GULMELIK BUNU
SIZIN IXTIYARINIZA
BURAXIRAM CAVAB MATCIN
GOZLEYEK GOREK NE
OLACAG.HELELIK BU QEDER.
MEQALE: C. ELMEDDIN.

  #3   Adınız: Elin;   E-mail: [email protected]

04.08.2012 03:29

Cahangir Hesenzade.axirda onu oynadacaq

  #2   Adınız: vaqo;   E-mail: [email protected]

04.08.2012 01:57

Guya qapida kimse dayandi ne ferqi var ya dayanmadi.onsuz da
neftcii uduzdugu kimi milli takim da onlarin millisine
uduzacaq da

  #1   Adınız: ramiz;   E-mail: [email protected]

04.08.2012 01:56

Yeqin fokts ozu duracaq qapida. amma hec onu da bacarmaz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail