Klublarımız Mətbuat Günündən xəbərsizdi? REPLİKA

23.07.2012 | 14406 dəfə oxunub

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Amma deyəsən, klublarımızın bundan xəbəri yoxdu. Yox, bütün klubları nəzərdə tutmuram...

... Ad günü olanda insan həmişə onu kimlərin təbrik edəcəyini səbirsizliklə gözləyir. Hər nə qədər bunu gizlətməyə çalışsa da. Bu gün də biz jurnalistlər ad günü olanlar kimi həyəcanlı idik. Axı bu gün bizim ildə bir dəfə qeyd olunan bayramımız idi. Amma bəzi klublar quru bir təbriki də çox gördülər. “İş sosiskada döyül e, vnimatilni olmaqdadı” - məşhur bir filmdə deyilən bu ifadə lap yerinə düşdü. Şükür Allaha ki, heç kim heç nəyinə qalmamışıq. Umduğumuz sadəcə quru bir təbrik idi. Heç zəng vurub, sms yazmağa da ehtiyac yox idi. Klubunuzun rəsmi internet saytında bunu edə bilərdiz. Amma əksəriyyət bunu özünə sığışdırmadı.

Yazının əvvəlində dediyim kimi sözüm bütün klubalara aid deyil. Bu yazını səhər yazmadım. Dedim, qoy gözləyim, bayram günü bitənə kimi bəlkə səhvlərini düzəldərlər. Ona görə də indi yazıram. Yalnız 3 klub - “Neftçi”, “Simurq” və “Sumqayıt” öz rəsmi saytında jurnalistləri milli mətbuat günü münasibətilə təbrik etdi. Digərləri - “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ” və “Rəvan”dan təbrik eşitmək bizə müəssər olmadı. “Bakı”nın adını özüm qeyd etmədim. Çünki bu klubun saytında profilaftik işlər aparılması barədə elan dərhal diqqəti cəlb edir. Baş məşqçi postunda dəyişikliyi yazmayan saytdan təbrik gözləmək düz olmazdı. “Turan”, “Kəpəz” və AZAL-ın saytı isə işləmir.

Bir də jurnalistləri PFL təbrik etdi. Sağ olsunlar. AFFA-nın saytı bu dəfə də səssizliyini qorudu. Amma onları da qınamağa dəyməz. Necə də olsa, bir neçə gün əvvəl jurnalistləri bir yerə yığıb, “bəy verən atın dişinə baxmazlar” prinsipini əsas tutaraq, təbrik edib, hədiyyələrini də veriblər.

Biz “təbrik acı” deyilik. Amma nəzərə alın ki, bu gün sizlərin quru təbrikə layiq bilmədyiniz jurnalistlər il boyu, yay-qış, qar, boran, yağış demədən sizin oyunlarınıza gəlib, məşqlərinizi izləyib, sizin reklam olunmağınız yolunuzda can qoyurlar. Minnət deyil, peşə borcumuzdu, bilirəm. Amma məncə bu qədər əziyyətin qarşılığında heç olmasa saytınız vasitəsilə mətbuatı təbrik etmək də sizin borcunuzdu.

Vahid AYXAN     

 



  #7   Adınız: namik;   E-mail: [email protected]

01.08.2012 20:21

Cox elametdar hadise bas verib Ramin jurnalistleri tebrik edib

  #6   Adınız: vahid;   E-mail: ---

01.08.2012 04:28

Namik bey men anlamadaim siz yazini pis olmasi qenaetindesiz
yoxsa umumiyyetle jurnalistikamizin durumundan narazisiniz?
fikrinizi aydin ifade edin zehmet olmasa

  #5   Adınız: namik;   E-mail: [email protected]

01.08.2012 02:32

idman jurnalistikamiz futbolumuz kimi pis gundedir,bir-birlerini tamamlayirlar

  #4   Adınız: Bextiyar Əliyev;   E-mail: ---

31.07.2012 20:02

Namiq, sənin yazdıqının bu söhbətə nə dəsxli oldu - var baş
aça bilmədim. Camaat nə yazır, sən nə deyirsən.

  #3   Adınız: namik;   E-mail: [email protected]

31.07.2012 08:31

Jurnalistlerin 90% jurnalistikadan xebersizdir.

  #2   Adınız: gulya;   E-mail: ---

24.07.2012 03:09

Agilli,duzgun yaziya gore SAG OLUN!Duz deyirsiz,yaxshi yazidi!AFERIN SIZE!Sizin kimi jurnaliste!

  #1   Adınız: BALLACK;   E-mail: [email protected]

23.07.2012 13:06

butun metbuat iwcilermizi tebrik edirem ama hamsin yox..
QEYRETI ILE IWLEYENLERI QARA YAXMADAN

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail